1 yaşa qədər körpənin qidalanması

1 yaşına qədər körpəmizi ay ay necə bəsləməliyik?

0 - 4 ay Körpə Bəslənməsi:
Körpəniz ağladıqca və acdıqca ana südü verməlisiniz. Ana süddən kəsilərsə və ya qeyri-kafi südü olarsa, ana südünə adaptasiya olan bir əmzik mannası verə bilərsiniz.

4 - 6 ay Körpə Bəslənməsi:
Yumşaq və düyünsüz (topaksız), yarımaye pürelər verin. Ana Südü və ya manna, ana südünü aldığı müddət boyu davam edilməlidir. Ana südü yoxdursa və ya qeyri-kafidirsə 3-4 pay 2 nömrə “davam mannası” verilməlidir. Qaşıq Mannası - əlavə qidalara keçiş mərhələsində başlanğıc olaraq, düyülü bir manna verilməlidir. Bu dövr üçün hazırlanmış sütlü qaşıq mannaları, dənli qaşıq mannaları və qab mannaları istifadə edə bilərsiniz və ya özünüz evdə istifadə etdiyiniz əmzik mannaları ilə pudinq hazırlaya bilərsiniz. Qaşıq mannaları ayran kimi sulu bir şəkildə olmalıdır, hər gün 3-4 çay qaşığı verin və miqdarı hər gün bir az daha artırın.

Bir həftə sonra manna poza konsistensiyasında edilər. Meyvə şirəsi qaşıq mamasından 2 həftə sonra verilə bilər. Mövsümünə görə meyvə seçilər və suyu sıxılaraq hazırlanar. 1-2 çay qaşığından başlanaraq verilər və yavaş - yavaş artırılar. 1-2 həftə sonra püre şəklində verilə bilər. 2 həftə boyu davam edilə bilər.

Tərəvəz şorbası - Meyvə püresindən 2 həftə sonra verilər. Bəzən 5 - 6 aylarda pudinqə başlanar və 1-2 həftə sonra tərəvəz şorbalarına keçilər. Ancaq yaxşı çəki alan körpələrdə pudinqdən əvvəl ümumiyyətlə günorta yeməyində, sulu olaraq 1-2 çay qaşığından başlanaraq yavaş - yavaş artıraraq verilər. Uşağın istəyinə görə hər gün artırılar və 1 həftə sonra püre halına keçilər. Tərəvəz şorbasına daha sonra əlavə olunacaq qidanlar; balqabaq, gül kələmi, göy noxud və yaxşı bişmiş təzə lobya qatamaq olar. Ümumiyyətlə ilkinci yeməyə əlavə qidası olan qatıq, pudinq yerinə də verilə bilər. Pudinq Tərəvəz püresindən 1-2 həftə sonra ümumiyyətlə isə 6-cı aydan etibarən axşam yeməyi (18: 00- 20: 00) olaraq verilər. Qaşıq mannası və ya düyü unu ilə hazırlanmış pudinq də ola bilər.

7 - 8. Ay Körpə Bəslənməsi:
Ana südünü almalı və bu minvalla davam edilməlidir. Ana südü yoxdursa və ya qeyri-kafidirsə ən az 300 ml. “davam mannası” verilməlidir. Meyvə və tərəvəzləri püre halında rahatlıqla verə bilərsiniz. Artıq əlinə - ağızında gəmirici çubuq formasında çiy tərəvəzlər də verə bilərsiniz. Bu dövrdə ət və balıqlara keçilə bilər. Taxıl dənləri, soyulmuş pomidor, suda qaynadılmış quru ərik 7-8-ci aylarda verilə bilən digər uyğun qidalardır. Naharda uşağa meyvə püresi, tərəvəz püresi, pudinq və qatıq kimi qidalar verilə biər. Yumurta - qatı bişmiş yumurta sarısını, uşaq nahara alışdıqdan sonra 8-ci ayda günaşırı 1 çay qaşığı olaraq bəslənmə proqramına əlavə olunar, yavaş - yavaş miqdarı artırılar. Bir həftənin sonunda körpə tam bir yumurta sarısını yeyə bilər.

Dənli şorbalar - mərcimək, kaşa, südlü aş kimi qidalar, təzə tərəvəz şorbalarına öyrədilmiş olan körpələrə 8-ci aydan sonra dəyişik dadları öyrətmək məqsədiylə verilə bilər. Ət və toyuq dəri və yağları ayrılaraq 7-8-ci aylarda püre halına gətirilərək verilə bilər. Balıq 8-ci ayda günorta yeməyində püre şəklində ət yerinə dəyişdirilərək verilə bilər. Küftə 8 –ci ayda günorta yeməyində verilə bilər. Qaraciyər 8-ci ayda günorta yeməyində ət ilə dəyişdirilərək püre şəklində 15 gündə bir dəfə olmaq şərti ilə verilə bilər.

8 - 9. Ay Körpə Bəslənməsi:
Yemək dənələri bir az daha böyük ola bilər. Sürtgəcdən keçirilmiş və ya püre yerinə doğranmış yeməklər hazırlaya bilərsiniz. Öz-özünə yeməyi öyrənməsi üçün əlinə tez-tez əlla yeyilə bilən yeməklər verin. Ət və balıqlar qızartma və ya qaynatma halında verilə bilər. Qızarmış çörək, duzsuz ev yeməkləri, şorba kimi qidanları istifadə edə bilərsiniz. Plov, Makaron və Dolmalar 8-ci aydan sonra qatıq ilə qarışdırılaraq verilə bilər.

10-12. Ay Körpə Bəslənməsi:
Bu aylarda evdə yeyilən hər şeyi körpəniz də yeyə bilər. Bişirərkən yeməklərin duzsuz olmasına diqqət yetirin. Ət, balıq və toyuqları kiçik loxmalara ayıraraq verin.

 

0 şərh