Uşağı çimizdirərkən

Körpələr dərilərində kifayət qədər qoruyucu yağ təbəqəsi olmadığı üçün tez üşüyürlər və iqlim dəyişikliyinə uyğunlaşa bilmirlər.Bu isə körpələrin dərisinin qurumasına səbəb olur. Ona görə də hamam suyunun temperaturu 36 dərəcə, otaq temperaturu isə 22-24 dərəcə olmalıdır. Körpə tez üşüdüyü üçün onun çimmə müddəti 5-6 dəqiqədən çox olmamalıdır. Körpəni çimizdirməzdən əvvəl və sonra diqqət edəcəyiniz ən mühüm xüsusiyyətlər bunlardır:

Çimizdirməzdən əvvəl...
* Körpəni mütləq ac, ya da qidalanmadan ən azı 1,5 saat sonra çimizdirin. Çünki tox qarınla çimizdirdikdə mədəsinə təzyiq göstərə və qusmasına səbəb ola bilərik.
* Soyuq su ilə isti suyu qarışdırıb ilıq su hazırlayın. Suyun temperaturunu dirsəyinizlə yoxlayın.
* Körpənin dərisinə uyğun, gözlərini yandırmayan körpə şampunları və ya sabunlarından istifadə edin.

Çimizdirərkən...
* Çimizdirməyə bədənindən başlayın. Başını ən axırda yuyun.
* Körpəni baş, çiyin və kürəyini bir əlinizlə dəstəkləyərək vannaya oturdun. Başını yuyarkən üzü üstə olmasına və qulaqlarına su getməməsinə diqqət yetirin.
* Göbəkbağı düşənədək körpəni vannaya yatırmadan, üzərinə su tökərək, göbəkbağı düşdükdən sonra isə vannaya yatıraraq çimizdirə bilərsiniz.
* Körpəni çimizdirərkən yanınızda bir yardımçınız olsa, pis olmaz.

Çimizdirdikdən sonra...
* Körpəni qurulamaq üçün 2 dəsmal götürün. Dəsmalın biri ilə körpənin bədənini quruladıqdan sonra geyindirənə qədər ikinci dəsmalla bədənini bükün. Çünki bədənindəki suyu özünə çəkən dəsmal körpənin üşüməsinə və sürətli şəkildə istilik itirməsinə səbəb olur.

Mənbə: Zaman qəzeti

0 şərh