Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Daha ağıllı uşaqlar üçün bu qidaları yeyin

Yumurta sarısı, yağsız qırmızı ət, quş əti, balıq, paxlalar, qoz və kələmin bütün növləri (ağ kələm, gül kələm, brussel kələmi və s.) ana bətnində olan uşağın beyninə müsbət təsir edir.

Kornell Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, bu qidalar körpənin zehni inkişafına müsbət təsir edir.

Araşdırmada 26 hamilə qadın iştirak edib. Onların qidalanmasında sadaladığımız məhsulların miqdarı artırılıb. Araşdırma göstərib ki, eksperimentdə iştirak edən qadınların dünyaya gətirdiyi uşaqlarda məlumatı qavramaq sürəti kiçik yaşlardan yüksək olub. Bu isə gələcəkdə İQ səviyyəsinin yüksək olmasına işarə edir.



Davamı →

Uşaq ana ilə yatmalıdırmı?

Tibb işçiləri uzun müddət öz uşaqları ilə bir yerdə yatan valideynlərlə mübarizə aparmağa çalışıblar.
Ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artması ilə əlaqələndirirlər. Lakin Keyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər.

Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.
Davamı →

Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?

Analar çox zaman körpəsinin əmziyi yerə düşdükdə avtomatik olaraq yumağa imkan olmadıqda onu öz ağızlarına salaraq təmizləyib, yenidən körpənin ağzına qoyurlar.

Çoxlarına gigiyenik görünməsə də, əslində mütəxəssislərin fikrincə bu uşağın sağlamlığı üçün xeyirlidir, onun immunitetini möhkəmləndirir.

Bu istiqamətdə aparılan araşdırmanın nəticəsi Sietldə keçirilən «Allergiya, astma və immunologiya» konfransında açıqlanıb. Alimlər 128 ana arasında uşaqların əmziklərini necə təmizləmələri ilə bağlı sorğu keçiriblər. Onlardan əmziyi qaynar suda, qabyuyan maşında, axar suda sabunla və yaxud da ağızları ilə təmizlədiklərini soruşublar.
Davamı →

Ana südü ilə qidalanan körpənin aclıq əlamətləri

Körpələr əmizdirilməyə hazır olduqlarını müxtəlif əlamətlərlə bildirirlər. Körpənizin hərəkətlərinə fikir versəniz əmizdirmə prosesi hər ikiniz üçün asan və uğurlu olar, həm də bu prosesdən ikiniz də razı qalarsınız.

Körpənizin ac olduğunu anlamaq üçün heç də ağlamağını gözləməyin. Ağlamaq körpənin ac olduğunu bildirmək üçün əl atdığı ən sonuncu vasitədir.

Körpənin ac olduğunu göstərən əsas əlamətlər aşağıdakılardır:
  • Oyanıqlıq
  • Yumşaq səslər çıxarmaq
  • Ağız gəzdirmək (dodaqları yalamaq, dili bayıra çıxarmaq)
  • Döşə sarı can atmaq (başını döşə tərəf çevirmək və ağzını açmaq)
  • Əlini ağzına aparmaq
  • Yavaş-yavaş ağlamaq və getdikcə daha da güclənmək

Davamı →

Uşaq arabasının üzərinə tülbənd örtməyin

Siz də körpənizi günəşdən, ağcaqanaddan qorumaq üçün arabasının üzərinə tülbənd örtürsünüz? Bunu qətiyyən etməyin!

Bir çox ana uşaq arabasının üzərinə tülbənd örtür və bununla uşağı qoruduğunu düşünür. Ancaq isveçli həkimlərin fikrincə, arabanın üzərinə tülbənd atmaq istiliyi qat-qat yüksəldərək, ani körpə ölümü sindromu riskini artırır.

Uşaq həkimi Svanet Norgren nazik tülbəndin belə, hava sirkulyasiyasını əngəlləyib içəridə istiliyə səbəb olduğunu açıqlayıb.
Davamı →

Bir aylıq körpənin qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədikdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur. Körpə uşağın istədiyi isə isti ana qucağıdır. Yenidoğulmuş uşaq müdafiəsiz, köməksiz və tamamilə öz anasından asılı olur.

Bəs nə etmək lazımdır?
Bu sual bütün anaları düşündürür, amma öz övladının ana südü ilə doyuzdurmaq istəyən ana, bu sualı ağlına da gətirmir və körpəsinə ana südü verir.

Anasının döş giləsini ağzına alan körpə isə həvəslə özünü doyuzdurmağa başlayır. Hətta qısa müddət keçdikdən sonra ana qucağına körpəsini aldığı zaman uşaq özü həvəslə döşü axtarıb tapır. Ana südü ilə qidalanma uşağın sağlam böyüməsinin sığortasıdır. 
Davamı →

Hamiləlikdə körpənin zehni inkişafını artırmağın 5 yolu

Hamiləlik müddətində körpənin sağlam dünyaya gəlməsi üçün nələr etməli olduğunuz barəsində hər yerdə danışılır. Ancaq ən vacib olan körpənin zehni inkişafıdır və ümumilikdə bu barədə çox az məlumat verilir.

Mütəxəssislər irsi genlərin körpənin zəka səviyyəsini təyin edən ən əhəmiyyətli fakt olduğunu deyirlər. Ancaq buna baxmayaraq, ana namizədlərinin bu inkişafa töhfə verməsi də mümkündür. Körpənizin beyin gücünün inkişafı üçün aşağıdakıları edə biləsiniz:
Davamı →

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə («smes») qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər.

Bütün dünyada pediatrlar uşaqlara 6 ayına kimi yalnız ana südü və ya ana südü olmadığı halda «smes» verməyi tövsiyə edirlər.

Uşağın 6 ayı tamam olandan sonra ona əlavə qidaları verməyə başlamaq olar. Lakin bu halda da uşağın əlavə qidalara hazır olub-olmadığını təyin etmək lazımdır. Bunu pediatr uşağı müayinə etdikdən sonra təyin edir.
Davamı →

İştahsız uşaqlar üçün nə etməli?

Gün ərzində ən çox hansı qidanı yediyini kəşf edin
Xüsusilə proteinli süd, qatıq və ət kimi doyurucu qidaları gərəyindən artıq yeməsi uşağın iştahsızlığına səbəb olur. Belə hallarda bu qidanın miqdarını azaldaraq və ya ana yeməklərdən çıxararaq böyüməsi üçün lazım olan digər qidalara qarşı da iştahının olmasını təmin edə bilərsiniz.

Yemək yeyərkən maye qəbul etməməlidir
Xüsusilə şorba ilə yeməyə başlamaq və yemək zamanı turşu, ayran, qatıq, su kimi qidaların doyma hissi yaratdığını unutmayın.
Davamı →

4 aylıq uşağın qidalanması

Südəmər uşağın dördüncü ayında onun qidasını əsasən ana südü təşkil eləməlidir. 4 aylıq uşaq gün ərzində 6 dəfə ana südü ilə qidalanmalıdır. Düzdür, bu zaman ananın südü uşağı doyuzduracaq qədər olmalıdır. Amma, bəzən bu aylarda ananın südü arta və ya azala da bilir. Uşağın 4 ayı olduğu müddətdə ananın südü uşağını doydurursa bu zaman həmin uşaq sağlam böyüyür.

Südün miqdarı artdığı zaman isə, uşaq tox olduqda artıq südü sağıb döşlərdən boşaltmaq lazımdır. Bunun üçün isı xüsusi südsağan alətdən istifadə edilir. Südsağan alətlə döşlərin sağılması rahat və effektlidir.

Bu alətin əllə mexaniki işləyən və elektriklə işləyən növləri vardır. Südsoran alətdən istifadə edən zaman isə onun sterlizasiyasına diqqət yetirmək lazımdır.
Davamı →