Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Körpənin yatağı necə olmalıdır?

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.
Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.
Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır.

Davamı →

Uşaqlarda xaya problemləri

Kriptorxizm nədir? Uşaq ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə böyrəklər səviyyəsində, bel nahiyyəsində qoyulur. Bətndaxili inkişafda xaya xayalığa doğru enməyə başlayır, 8 – 9 – cu aylarda xayalığa enir. Uşaq doğularkən hər iki xaya xayalıqda olmalıdır. Bəzən uşaq doğularkən xaya xayalığın dibindən nisbətən yuxarıda qalır ( xayalığın yuxarı qütbü səviyyəsində ). Belə halda tam enməmiş olmasına baxmayaraq doğulduqdan bir neçə ay sonra, təqribən 6 aya özbaşına ( müalicəsiz ) xayalığın dibinə enir. Bu prosesə xayanın transpozisiyası və ya yerdəyişməsi deyilir. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və xaya enməli olduğu yolun hər hansı bir hissəsində ( qarın, qasıq kanalı daxilində və.s ) qalır xayalığa qədər enmir.
Davamı →

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir?

Uşaqların "əla" və ya «zəif» qiymət almaq qorxusu ilə yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.
Davranışları yönləndirən ilk faktor daxili (təbii maraq), digərləri isə xarici (mükafat və ya cəza) motivasiyalardır. Bəs, uşaqların yaxşı oxumalarını hansı daha yaxşı təmin edər? Onların mükafatlandırılmadan zövq almasına nail olmaq mümkündürmü?
Davamı →

Məktəbə yeni başlayan uşaqlar üçün valideynlərə tövsiyələr

Məktəbə yeni başlayan uşaqların valideynlərinə tövsiyələrimiz var:
1. Məktəbə həvəslə yola salın
Valideynlər uşaqlarının böyüməsi ilə bağlı qarışıq duyğular hiss edirlər. Bir tərəfdən sevinib, fəxr hissi keçirərlər, digər tərəfdən təəccüblənərlər. Uşaqların xoş və inamlı formada məktəbə yola salmalısınız. Beləliklə, özlərini daha inamlı hiss edəcəklər. Özlərinə əmin olacaqlar.
Davamı →

Nitqin düzgün inkişafı

Valideynlər uşağa  hər zaman diqqət yetirməlidir. Xüsusilə  -  analar  bətnində uşağı hiss etdiyi  ilk  andan onu tərbiyə etməli və ünsiyyətdə olmalıdır. Uşaq  ata – ana məhəbbətini hiss etməlidir.  Ana bətnində uşaqla  düzgün ünsiyyət qurmaq  gələcəkdə uşağın  tez  danışmasına  kömək edir. Uşaq dünyaya  gəldikdən  sonra da diqqət azalmamalıdır. Ana ilə bərabər atanın da üzərinə  böyük  məsuliyyət  düşür. Bundan əlavə  ata  uşaqla   müxtəlif  oyunlar oynamalıdır. Belə oyunlar  gələcəkdə  uşağın  intellektual səviyyəsini yüksəldir. Bildiyimiz  kimi ailə kiçik bir  dövlətdir. Və bu dövləti qurmaq üçün  ata – ana  uşaqlarını  düzgün  tərbiyə və düzgün  nitqinin  inkişafı üçün əlindən  gələni  əsirgəməməlidir.
Davamı →

Uşaqlar üçün idmanla məşğul olmağın faydası

Uşaqların böyümə və inkişaf dövründə hüceyrələrinin böyüməsi və çoxalması nəticəsində bədən hüceyrələrində artım görülür. İnkişaf dövründə isə toxuma quruluşları və hüceyrə quruluşları böyüdükcə formalaşır. Bu dövrlərdə düzgün qidalanma qədər keçirilən idmanın uşaqlar üzərində həm fiziki, həm də zehni və ruhi müsbət təsirləri olur.Kiçik yaşda əldə edilən vərdişlər həyat boyu qalıcı ola. İdman etmək də bu vərdişlərdən biridir.

Davamı →

Yenidoğulmuşların immuniteti. Timomeqaliya (timuslu uşaqlar)

Timomeqaliya erkən yaşlı uşaqlarda tez-tez rast gəlinən haldır. İmmunitetin yaranmasına cavabdeh olan çəngəlvari (timus) vəzinin ölçüləri bir qədər artmış olsa lazımi səviyyədə fəaliyyət göstərmir.
Timomeqaliyalı uşaqların immuniteti kifayət dərəcədə olmur və onlar digərlərinə nisbətən daha tez-tez kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxur və xəstəliyi daha ağır keçirirlər. Timomeqaliyanın dəqiq diaqnozunu USM (ultrasəs) və ya rentgenoqrafiya müayinəsi vasitəsilə qoymaq olar.
Davamı →

Kaprizli uşaqlar

Uşaqların istədiklərini və istəmədiklərini bilmək çətindir. Onların dünən sevdikləri yeməyi bu gün sevməmələri olduqca adi haldır. Əgər uşağınız kaprizli yemək mərhələsindən keçirsə, yemək vaxtları həqiqi imtahana çevrilə bilər.
Uşaqların demək olar yarısı kaprizlidirlər və bir çox uşağın bəhanəli günləri olur. Bunun təbii olmasına və sizin bu mövzuda tək olmadığınıza baxmayaraq, üzünü hər şeydən çevirən uşağı idarə etmək müxtəlif, balanslı pəhrizi təmin etməyə çətinlik yarada bilər.
Davamı →

Körpələrdə diş çıxarma

Əksər körpələrdə 6 ayında kəsici dişlər çıxmağa başlayır, lakin bəzilərində 3 ay kimi erkən bir dövrdə də diş çıxması normaldır — hətta  bəzi körpələr dişləri çıxmış vəziyyətdə doğulur, lakin bu normal deyil. Digər körpələrdə dişlər gec çıxır, ancaq uşaq ilk ad gününədək diş çıxartmasa, bu barədə həkimlə məsləhətləşmək məsləhətdir.
Davamı →

Körpə 10-11 aylığında

10 ayında körpənin hərəkətliliyi və əqli marağı artır və əlavə enerji tələb olunur. Lakin belə bir kiçik qarın ilə gün ərzində kiçik miqdarda tez-tez müxtəlif qidalar vermək onlara lazım olan enerji və qidanı təmin etmək üçün ən yaxşı yoldur. Şüşədən içmək, əllə yeyilən qidalarla oynamaq və ya qaşıqla özünün yeməsinə həvəsləndirmək körpənin koordinasiya bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər. Öz səylərini həvəsləndirmək və onlarda özünə inam yaratmaq üçün çox mükafat verməyi unutmayın.
Davamı →