Səhər yeməyinin QARA SİYAHISI

   Bəzən olur səhər yeməyini yemirik, bəzənsə düzgün olan qidanı qəbul etmirik. Bu gün rastladığım bir məlumatı sizinlə paylaşmaq istəyirəm. 

İnsanın səhərlər yediyi qidalar onun sağlamlıq vəziyyəti baxımından mühüm rol oynayır. Dietoloqların fikrincə, səhərlər acqarına yeyilməsi qadağan olunan məhsulların «qara siyahısı» mövcuddur. 

Belə ki, həkimlər səhər tezdən banan və yoqurtun yeyilməsini qadağan edirlər. Bananla bağlı əsas problem onun tərkibində çoxlu maqneziumun olmasıdır. Ona görə də səhərlər banan yemək vərdişi orqanizmdə kalsium-maqnezium balansının pozulmasına gətirib çıxarır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Yoqurt isə mədəyə düşərkən öz faydalı xüsusiyyətlərini qismən itirir. Buna görə də onu səhər yeməyindən iki saat sonra və ya yuxudan qabaq yemək daha yaxşıdır.

Bu mənada portağalın acqarına yeyilməsi o qədər də yaxşı ideya deyil. Çünki bu zaman qastrid və allergik reaksiya riski artır. Xurma və pomidor isə «qara siyahı»ya tərkiblərində olan pektin və mədə daşlarının yaranmasına şərait yaradan aşılayıcı turşunun olması səbəbindən düşüblər. Siyahıda habelə sarımsaq, konservləşdirilmiş və hisə verilmiş məhsullar da var.

Həkimlər mədə qişasını qıcıqlandırmamaq üçün xiyar, bibər və kələm kimi çiy tərəvəzlərdən imtina etməyi tövsiyə edirlər. Xüsusilə həzm sistemində problem olan adamların buna riayət etmələri daha vacibdir. Şirin kartof isə «mədədə ağırlıq hissi»nin yaranmasına görə «günahkar»dır.

Habelə soyuq içkilərdən imtina etmək lazımdır. Yeri gəlmişkən, onlar menstrual tsiklin pozulmasına gətirib çıxarır.

Onu da yadda saxlamaq lazımdır ki, ac insanın şəkər qəbul etməsi orqanizm üçün əsl gözlənilməzlik olur. Belə ki, mədəaltı vəzi sadəcə olaraq lazımi miqdarda insulin ifraz etməyin öhdəsindən gəlmir. Nəticədə qanda şəkərin miqdarı anomal səviyyəyə çatır və turşu-qələvi balansı pozulur.

mənbə: trend.az

 

6 şərh

pascal
«Onu da yadda saxlamaq lazımdır ki, ac insanın şəkər qəbul etməsi orqanizm üçün əsl gözlənilməzlik olur. Belə ki, mədəaltı vəzi sadəcə olaraq lazımi miqdarda insulin ifraz etməyin öhdəsindən gəlmir. Nəticədə qanda şəkərin miqdarı anomal səviyyəyə çatır və turşu-qələvi balansı pozulur.»

Sən demə neçə illərdir biz səhər yeməyində şirin çayla mədəmizin «evin yıxmışıq..?» Hələ ramazan ayında orucu xurma ilə açanda..? Burda xurma da ac qarına yeyilənlərin  «qara siyahı»sındadır axı. 

asel
mənə də təəccüblü gəldiyi üçün paylaşmaq istədim. bu  türk alimlərinin gəldiyi qənaətdir.
pascal
Paylaşdığın üçün çox sağ ol. Məncə, ya, bu dietoloqların ağlı çaşıb, ya da, insanlar heç nə bilmirlərmiş ki, illərdir belə qidalanırmışlar.
Ramil
Asel, bu əhəmiyyətli nəşrə görə çox sağ olun. Azərilərin ən sevimli yeməyi var — şirinçay. Ən yaxşısı da elə budur.
DrELM
Azerilerin seher yemeyinde bir problem yoxdur mence. İzahedim:
Seher 1-2 stekan su hemin gün erzinde insana özüne güven verir. Nece tesir etdiyini bilmirem, amma gece susuzluğunu (dehidratasiya) berpa etmek kimi özelliyi ola biler.

Çay terkibi ile namelum olsa da koffein yene de gece susuzluğunda düşmüş tezyiqimizi süretle berpa edir. Onu da deyim ki, türk çayının (beyenmediyim qaynanmış acı zeher) mede üçün ziyan olduğunu düşünürem.

Şirinçaydakı şeker (qlükoza) hele ağızda iken dilaltındakı damarlarla qana emilir. Ve aclığı süertle berpa edir.

Çörek — terkibindeki poli-şekerlerle şeker ehtiyatının esasıdır. Şirinçaydakı şeker enerji üçün ilk saniyelerden başlayaraq 30 deq davam edirse, poli-şeker (polisakkaridler) geç hezm olunur amma 1-2saat müddetinde insanı enerjili tutur.

Yağ — En gec parçalanan amma enenerjili qida. yarım günlük enerjini özünde saxlayır.

Pendir — Bağırsağımızdakı floranın ve Kalsiumun esası. Ezelerlerin yığılmasını başlatan ion kalsiumdur. ve s.. 
asel
geniş və ətraflı izaha görə təşəkkür edirəm