Bizim Facebook...

Deməli belə , ilk öncə onu qeyd edimki , özüm çox aktiv Facebook istifadəçisiyəm. Lakin , ətrafımdaki , facebook istifadəçilərinə qarşı bir çox iradlarım olduğundan bunu yazmaq qərarına gəldim.

Niyə ? Çünki , Azərbaycanda hal-hazırda facebook çox sürətlə yayılmağa başlayır. Əlbətdə , insanlar sosial şəbəkələrdə aktiv olması təqdiredici haldır. Lakin , hər bir şeydə olduğu kimi burdada məqsəd önəmlidir.
Facebook Azərbaycanda daha çox hansı məqsədlə istifadə olunur ?
Bir saat ərzində facebook Azərbaycan səhifələrinə nəzər yetirsək , düzdür , eyni şeylər xaricdədə var, lakin hər şeyin ifrat dərəcəsinə varmamaq lazımdır. Eyniadlı səhifələr , Like yığmaq uğrunda mübarizə  və s və ilaxır.  Yuxarıda Azərbaycan Səhifələri sözünü işlətdim , lakin əslində nəinki Azərbaycan səhifələri , həmdə Profilləri bu işi yerinə yetirir.
Necə  ? Məsələn: telefonla   facebook a daxil olan bir şəxsin ilk işi dostlarının sayını artırmaq istəyi olur , bundan sonra gəlir statusa gələn like lar sayı və hesabının tutulması ( İnanıram , BİZ  belə şeyləri saymaqdan boyun qaçırıb riyaziyyat dərsi oxusaq , bu daha səmərəli olar.)  kimi şeylər.

Sözüm onda yox , bir qrupdan danışdıq , yaxşı bəs öz təsəvvürümdəki ideal facebook istifadəçisi necə olmalıdır ?  “Faceboook”  ingilis söz birləşməsidir, üz kitabi  mənası verir. Yəni , şəxsi fikrimcə , insanın şəxsi xüsüsiyyətləri , xarakteri , nə işlə məşğul olduğu facebook a daxil olarkən aydın olmalıdır.   Elə belə deyilki , artıq bir sıra şirkətlərə müraciət edərkən , həmin şəxslərin seçimi zamanı facebook akkauntuna nəzər salınır, çünki bu şəbəkə artıq bütün dünyanı əhatə edib,yetərincə ciddi (yəni heç kəs üçün bu sadəcə wap chat  deyil) formada idarə olunur və ŞƏBƏKƏLƏŞMƏ-yə dair veriləcək ilk nümünədir.

Nə qədər , insanlar başa düşməsədə , artıq qəbul etməliyik ki, Facebook Sosial Media-nın tətbiq sahəsidir. Yüzlərlə şirkətlər facebook sahəsində işləyir.

Bütün bunları nəzərə alıb , hər kəsdən , facebook akkauntlarını daha səmərəli formada istifadə etmələrini xahiş edirik.

0 şərh