Yer kürəsi və kosmos

Yer kürəsi insanlar üçün nəhəng kütləsi olan böyük yaşayış məkanıdır. Lakin əslində isə bizim planetimiz yerləşdiyi kainatın kiçik bir hissəciyi-ni təşkil edir. Günəşsisteminin ümumi kütləsinin 99%-dən çoxu bilavasitə Günəşin özündə cəmləşmişdir. Kainat milyardlarla qalaktikalardan, ulduzlardan, asteroidlərdən və insanlar üçün hələ də tam aydm olmayan qara boşluqlardan ibarətdir. Kainatın ölçüləri bu günə kimi dəqiq hesablanmamışdır, lakin bir şey məlumdur ki, o, daim genişlənməkdədir. Heç şübhəsiz, Yer kürəsi qısa bir müddət ərzində yaranmamışdır. Əslində, kainatın əmələ gəlməsi ilə Yerin yaranmasını milyardlarla illər ayırır. Bu dövr ərzində yüzlərlə ulduzlar yaranmış, yanmış və yox olmuşdur.
Astronomların fikrincə, kainat təqribən 20 milyard il bundan öncə baş vermiş güclü partlayış nəticəsində yaranmışdır. Fantastik kataklizm olaraq bu hadisə Böyük partlayış adlandırılmışdır. Beləliklə, kainat hidrogen və heliumdan ibarət kosmik «toz'la dolaraq tədricən ulduzların və qalaktikaların yaranmasına səbəb olmuşdur. Bu günədək məlum olan qalaktikalarm sayı 6 milyardı ötmüşdür. Bizim qalaktikamız təxminən 14 milyard il bundan öncə formalaşmağa başlamışdır. Günəş sistemi qalaktikanın „Süd yolu“ adlanan hisssində yerləşir. Süd yolunu diskəbənzər formada, spiral şəkilli, planetlərin və ulduzların yerləşdiyi məkan kimi təsvir etmək olar. Günəş sistemi Süd yolunun kiçik bir hissəciyi olaraq, təqribən 4,6 milyard il bundan öncə yaranmışdır. Məlum olduğu kimi, Günəş ətrafında elliptik orbit üzrə dolanan doqquz planetdən biri də Yer kürəsidir.
Planetimizin yarandığı ilkin dövrdə Yer üzərinde yüksək temperaturlar üstünlük təşkil edirdi. Yer kürəsi yalnız qazlardan ibarət idi. Təxminən 3,6 milyard il bundan öncə dağ süxurlanndan ibarət Yer qabığı formalaşır.
Yer kürəsi öz orbiti üzrə Günəş etrafında saatda 107.200 km sürətlə dolanır. Günəş sisteminin bütün planetləri Günəş ətrafmda eyni istiqamət üzrə dolanırlar. Günəşdən 150 milyon kilometr məsafə aralı olan Yer kürəsi, eyni zamanda, öz oxu ətrafında, saat əqrəbi hərəkətinin əksi istiqamətində fırlanır. Bu gün Yerin insanlarm təsəvvüründəki formasının kürə şəklində təsviri alimlərin müşahidələri və tədqiqatları nəticəsində əldə olunmuşdur. Bu sahədə qədim yunan alimləri Aristotel, Platon, Eratosfen, Ptolemey və Hipparxın əldə etdikləri biliklər orta əsrlərə qəder Yerin öyrənilməsində əsas elmi mənbələr idi. Günəş sistemi haqda o dövrdə yaranmış geosentrik nəzəriyyə uzun müddət danılmaz fərziyyə kimi qəbul olunmuşdur (bu nəzəriyyəyə görə, Günəş sisteminin bütün planetləri Yer ətrafmda dolanır).
Yer planeti və başqa Günəş sisteminin elementləri
Dahi polyak astronomu Nikolay Kopernik Günəş sisteminin və Yer kürəsinin öyrənilməsində çox mühüm addımlar atmışdır. N.Kopernik ilk dəfə olaraq Günəş sisteminin quruluşu ilə bağlı heliosentrik nəzəriyyəsini irəli sürmüşdür. Məhz bu nəzəriyyəyə görə, bütün planetlər Günəş ətrafmda dolanır.Eyni zamanda, Yerin öz oxu ətrafmda fırlanmasını da o sübut etmişdir.
­ Günəş sisteminin yaranması prosesində Yer kürəsi asteroidəbənzər kütlələrlə toqquşaraq bucaq anı gücünün təsirinə məruz qalmışdır. Bucaq anı gücü-nün qalması qanununa görə, Yer kürəsi özünün fırlanma qabiliyyətini milyard illər ərzində itirməyəcəkdir. Əldə olunmuş yeni biliklər Yer üzərində baş verən bir çox təbii proseslərin aydınlaşmasına imkan yaratmışdır.
Yer kürəsinin öz xəyali oxu ətrafında fırlanması və bunun da nəticəsində yaranmış mərkəzdənqaçma qüvvəsinin təsiri altında onun forması tədricən də-yişilmişdir. Bununla bağlı olaraq, Yer kürəsi qütblərdən elə bil ki, sıxılaraq, ekvatorial hissələrdə əksinə böyümüşdür. Məhz buna görə, ekvatorial hissədə Yer kürəsinin radiusu qütb hissəsinə nisbəten 21,3 km uzundur. Yer radiusunun orta göstəricisi 6371,211 km sayılır.
Yer kürəsinin Güneş ətrafinda hərəkət etdiyi orbitin uzunluğu 940 milyon kilometrdir. İl ərzində Gü-nəşin ətrafında dolanan Yer üzərində tədricən fəsillər bir-birini əvəz edir. Şimal və Cənub yarımkürələrdə fesillərin fərqlənməsini Yerin xəyali oxu-un maili olması ilə izah etmək olar. Yer oxunun hərəkət orbitinə nisbətən maili bucağı 23,5 dərəcə təşkil edir.
Yer kürəsinin xəyali oxunun çıxış nöqtələri Şimal və Cənub qütblər adlanır. Alimlərin son tədqiqatları göstərir ki, qütblər tedricən hərəkət edirlər. Nəticədə bu, Yer oxunun maili bucağının deyişilməsinə səbəb ola bilir və Yer üzərində baş veren təbii proseslərin gedişində öz əksini tapır. Eyni zamanda, Günəşdə gedən proseslər (qara ləkələrin çoxal­ması, odlu „dillərin“ intensivləşməsi və s.) kosmosda geomaqnit boranlarm yaranmasına gətirib çıxarır və bu da Günəş sistemində olan bütün planetlərə öz təsirini göstərir.
Ulduzların və planetlerin öyrənilməsi xüsusən orta əsrlər dövründə güclü olmuşdur. Günəş sisteminin tədqiqində dünya şöhrəti qazanmış məşhur alimlər Qalileo Qaliley, İohann Keplər və Nikolay Koperniklə yanaşı, azerbaycanlı astronom Nəsirəddin Tusinin də adını çekmək olar. Nəsirəddin Tusi XIII əsrdə yaşamış və öz dövrünün böyük alimi və dövlət xadimi olmuşdur. Nəsirəddin Tusi Azərbaycanda yaradılmış ilk rəsədxananın banisi sayılır. Azərbaycanın qədim şəhərlərindən biri olan Marağadakı bu rəsədxana onun təşəbbüsü ilə yaradılmışdır. Həmin rəsədxanada elmi-tədqiqat işlərinin aparılması üçün zəngin kitabxana da təşkil olunmuşdur.
Kosmosun və Yer kürəsinin öyrənilməsində XX əsrin ikinci yarısı yeni bir mərhələ hesab olunur. Hələ 40-cı illərdə Almaniyada FAO tipli reaktiv raketlərin istehsalına xüsusi səy göstərirlər. Almanlar bu reaktiv raketin vasitəsilə ilk dəfə kosmosa insan göndərməyə cəhd edirlər. Lakin raketin kosmosa çıxmasına baxmayaraq, bu ilk cəhd qəza ilə nəticələnir.
1957-ci ildə keçmiş SSRİ ərazisində kosmosa Yerin ilk süni peyki buraxılır. Həmin vaxtdan bu günə kimi kosmosa minlərlə süni peyklər çıxarılmışdır. Süni peyklər vasitəsilə Yerə onu əhatə edən məkan haqqmda bir çox qiymətli məlumatlar göndərilir. Bununla yanaşı, süni peyklər bilavasitə Yer kürəsinin özündə baş verən təbii və texnogen proseslər haqqında da geniş informasiya toplayır ki, bu da sosial-iqtisadi ve ekoloji problemlərin həllində getdikcə çox mühüm rol oynayır. Əlbəttə, Yerətrafi orbitdə süni peyklərin sayının ildən-ilə artması onların toqquşma ehtimalını artırır. Odur ki, bu gün Yerətrafı məkanda „ekoloji gərginlik“ sahəsinin yaranmasından damşmağa ciddi əsas var. Çox güman ki, yaxın gələcəkdə süni peyklərin sayının orbitdə tənzimlənməsi ən ciddi problemlərden birinə çevriləcəkdir.

0 şərh