Bəzən həyat verir, bəzən də həyatı məhv edən Atomlar

Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır. 

 Bütün dünya II Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb. 

Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq: 

 Partlayış anı…

Bir atom bombasının Xerosima və Naqasakidə olduğu kimi 2.000 metr yüksəklikdə partladığını fərz edək. İlk nüvəni parçalayan neytron kütlə daxilində zəncirvari reaksiyalar meydana gəlir. Yəni ilk parçalanan nüvədən çıxan neytronlar başqa nüvələrlə toqquşur və bu nüvələri də parçalayır. Beləliklə, bütün nüvələr sürətlə zəncirvari şəkildə parçalanır və çox qısa zaman ərzində böyük partlayış baş verir. Neytronlar elə sürətlə hərəkət edirlər ki, saniyənin milyonda biri qədər kiçik zamanda bomba təxminən 1.000 milyard kilokalorilik enerji meydana gətirir. Bombanın çevrildiyi qaz kütləsinin istiliyi bir anda bir neçə milyon dərəcəyə və qaz təzyiqi də bir milyon atmosferə yüksəlir. 

 Partlayışdan saniyənin mində biri qədər sonra…

Partlayan qaz kütləsinin diametri böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Bu şüalar “başlanğıc parıltı”sını meydana gətirir. Bu parıltı onlarla kilometr uzaqda olan hər hansı bir insanda korluğa səbəb ola bilər. Belə ki, bu parlaq işıq Günəş səthindən yayılan işıqdan yüzlərlə qat daha böyükdür. Partlayış anından başlayaraq keçən zaman elə qısadır ki, partlayışın yaxınlığında olan adam gözlərini qırpmağa belə vaxt tapa bilmir. 

 Şokun təzyiqi ilə elektrik qüllələri, iki hissədən ibarət olan körpülər və şüşə-polad konstruksiyalı göydələnlər də dağılır. Partlayışın yaxınlığında pudraya bənzər incə toz kütləsi havaya qalxır.

 Partlayışdan 2 saniyə sonra…

Parlayan kütlə və onu əhatə edən hava alov topu meydana gətirir. Səthi çox isti və Günəşdəki qədər, hətta ondan da parlaq olan bu alov topundan yayılan istilik 4-5 kmsahədəki bütün yanar maddələri alovlandırmağa kifayət edir. Alov topunun parlaqlığı da gözlərə bərpa edilməyən zərər verə bilər. Burada alov topunun ətrafında çox böyük sürətlə yer dəyişdirən şok dalğası olur.

 Partlayışdan 6 saniyə sonra… 

Bu anda şok dalğası yerə dəyir və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən uzaqlaşdıqca azalır. Bu yerdən təxminən1,5 kmuzaqda belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1%-dir.

Partlayışdan 13 saniyə sonra..

Şok dalğası yayılır və onu alov topunun qovduğu havanın yerdəyişdirməsi səbəbindən yaranan partlayış izləyir. Bu partlayış saatda 300–400 km sürətlə yayılır.  
Bu zaman alov topu soyuyur və həcmi azalır. Havadan yüngül olduğu üçün yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə başlayır.

 Partlayışdan 30 saniyə sonra…

Alov topu yüksəldikcə kürə forması dəyişir və göbələk formasına çevrilir.

 Partlayışdan 2 dəqiqə sonra…

Göbələk formalı bulud 12.000 metrlik yüksəkliyə, yəni atmosferin stratosfer təbəqəsinin altına qədər yüksəlir. Bu yüksəklikdə əsən küləklər göbələk formasında olan buludu yavaş-yavaş dağıdır və buludu yaradan maddələri (əsasən radioaktiv qalıqları) atmosferə yayır. Bu radioaktiv qalıqlar çok xırda olduqlarından atmosferin daha yüksək qatına çıxırlar. Bu qalıqlar yerə düşmədən əvvəl atmosferin üst təbəqələrindəki küləklər vasitəsilə dünyanın ətrafında bir neçə dəfə fırlanır. Beləliklə, radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır. 

Atom partlayışlarında sonra yaranan şüalar canlılar üzərində ya birbaşa, ya da partlayış əsnasında meydana gələn zərrəciklər vasitəsilə təsir edir. Bu zərrəcik və ya şüalar maddə daxilində sürətlə hərəkət edir və qarşısına çıxan atom və ya molekullarla çox şiddətli şəkildə toqquşur. Bu toqquşma hüceyrənin həssas quruluşu üçün fəlakət ola bilər. Hüceyrə ölə bilər və ya sağalsa belə, daxilində bəlkə həftələr, aylar, illər sonra meydana gələn xərçəng xəstəliyi yarana bilər.  

 Bütün bu sadalananlara gözümüzlə belə görə bilmədiyimiz atomlar səbəb olur. Atomlar bəzən həyat verir, bəzən də həyatı məhv edir.

 

0 şərh