İlk qaz bulud kəşf edildi

Amerikalı astronomların apardıqları tədqiqatlar nəticəsində, 13,7 milyard il əvvəl kainatın yaranmasından sonra meydana gələn qaz buludunu kəşf etdilər.

 Amerikanın “Science” jurnalında dərc olunan məqalədə bildirilib ki, bu qazın komponentləri kainatdakı elementlərin əsasını təşkil edən maddələrin yaranmasına səbəb olub. Kainatın yaranma nəzəriyyəsi olan “Böyük partlayış”a (Big Bang) görə, əvvəl hidrogen və helium kimi yüngül elementlər əmələ gəlib. Daha sonra yüz milyonlarla il keçib, qazlar yaranıb, sıxlaşıb və planetlər əmələ gəlməyə başlayıb.

Kaliforniya Universitetinin astronomiya və astrofizika professoru Xavyer Proçaskanın dediyinə görə, dünya tarixində ilk dəfə olaraq hidrogen və helium kimi yüngül elementləri tədqiq etməyə başlayıblar. O: “İlk dəfə kainatın ilk anlarında ulduzlardan gələn ağır elementlərin qarışmadığı qazları araşdırırıq”, – dedi.

Astronomlar bildiriblər ki, həmin qaz buludunda karbon, oksigen və silisiumun olmaması hidrogenin saflığına dəlalət edir.

 

0 şərh