Rütubət və yağıntı
Buxarlanmanın intensivliyi səth örtüyündən, havanın temperaturundan və küləyin sürətindən asılıdır.
Tropik enliklərin okean səthində buxarlanma maksimal (2000mm), tropik səhralarda və qütbətrafı sahələrdə isə minimaldır (0-100mm). Müəyyən temperaturda maksimal buxarlana bilən rütubət miqdarına mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Buxarlanma və mümkün buxarlanma arasındakı fərq quraqlıq dərəcəsi adlanır. Maksimal quraqlıq dərəcəsi tropik səhralarda müşahidə olunur.
İqlim xəritələrində buxarlanma qabiliyyəti eyni olan əraziləri birləşdirən xətlər izoqaminlər adlanır.
Ardı
- ?
- 19 fevral 2012, 01:25
- luminat
- şərh əlavə et
Atmosfer təzyiqi,külək,hava kütlələri
* Şaquli istiqamətdə — yer səthindən yuxarı doğru qalxdıqca cazibə qüvvəsinin azalmasına görə təzyiqin azalması (barik pillə);
* Üfüqi istiqamətdə -Yerin qeyri-bərabər işıqlanması(termik) və öz oxu ətrafında fırlanmasına görə ( dinamik) təzyiq qurşaqları formalaşır.
Ardı
İqlim tipləri
Müəyyən ərazidə xarakterik olan hava tiplərinin təkrarlanan çoxillik rejimi isə iqlim adlanır.
İqlim əmələgətirən əsas amillər aşağıdakılardır:
* Coğrafi enlik(günəş radiasiyası);
* Atmosferin ümumi sirkulyasiyası (hava dövranı, okean cərəyanları və s.)
* Səth örtüyü ( su, quru ,dağ, düzənlik və s)
Ardı
- ?
- 08 aprel 2011, 23:25
- luminat
- şərh əlavə et
Atmosferdə temperatur
Havanın temperaturu termometr adlı cihazla ölçülür. Termometri metereoloji stansiyada 2 m hündürlükdə quraşdırılan qutuya qoyurlar. Orta sutkalıq temperaturu bilmək üçün hər 3 saatdan bir (sutkada 8 dəfə) temperaturu ölçürlər. Sonra temperaturları toplayaraq ölçmələrin sayına (8-a) bölürlər. Əgər gün ərzində həm müsbət həm də mənfi temperaturlar olarsa, müsbət və mənfi temperaturlar ayrılıqda toplanır, böyük rəqəmdən kiçik rəqəm çıxılır və ölçmələrin sayına bölünür. Bu zaman nisbətdə bölünənin işarəsi saxlanılır. Orta sutkalıq temperaturları toplayıb, aydakı günlərin sayına bölməklə orta aylıq temperaturu, orta aylıq temperaturları toplayıb ilin 12 ayına bölməklə orta illik temperaturu tapmaq olar.
Ardı
Buludlar və yağıntı
Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir. Formasına görə buludlar 3 cür olur:
1. Laylı buludlar — 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir.
2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır.
3. Lələkvari buludlar — daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır.
Ardı
- +7
- 15 may 2010, 14:59
- 2ral
- şərh əlavə et
Külək
Havanın yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsinə külək deyilir Külək Yerdə təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır. Təzyiq fərqi nə qədər çox olsa, küləyin gücü və sürəti bir o qədər böyük olar. Külək – istiqaməti, sürəti və gücü ilə xarakterizə olunur. Küləyin sürəti anemometr ilə, küləyin istiqaməti və gücü isə flügerlə ölçülür.
Küləyin istiqaməti dedikdə, onun üfüqün hansı istiqamətindən əsdiyi nəzərdə tutulur. Küləyin istiqamətini üfüqün əsas və aralıq cəhətləri və ya azimutla təyin edirlər.
Ardı
- +2
- 09 may 2010, 19:35
- 2ral
- şərh əlavə et
Atmosferin ümumi sirkulyasiyası
Planetar küləklər. Troposferin eyni xassələrə malik böyük həcmli havasına – hava kütləsi deyilir. Hava kütləsi müxtəlif səth örtükləri üzərindən keçərkən onların fiziki xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, okean üzərində hərəkət edən hava kütləsi rütubətli; səhra üzərində hərəkət edən hava quru, isti və tozlu; qar və buz örtüyü üzərində formalaşan hava soyuq, quru və şəffaf olur. Hava kütlələri daxil olduqları ərazinin havasının uzun müddət dəyişməsinə səbəb olur. Temperaturuna görə hava kütlələri isti və soyuq olur. Yer kürəsində 4 hava kütləsi var:
Ardı
Atmosferdə su
Atmosferdə 14 min km3 su buxarı var. Bunun 86%-i okean və dənizlərdən, 14%-i isə quru səthdən buxarlanma hesabına atmosferə daxil olur. Suyun maye və bərk haldan qaz halına keçməsi prosesinə buxarlanma deyilir. Buxarlanmanın intensivliyi — döşənən səthdən, temperaturdan, havanın rütubətliliyindən və küləyin sürətindən asılıdır. Buxarlanmanın ən yüksək kəmiyyəti tropik enliklərin okean səthi üzərində (2000 mm), ən az isə tropik səhralarda (50-100 mm) olur. Ekvatorda yüksək buludluluqla əlaqədar buxarlanma (1000 mm) xeyli azdır. Ekvatordan qütblərə doğru buxarlanmanın miqdarı azalır.
Su buxarının maye hala keçməsi kondensasiya; su buxarının birbaşa bərk hala (qar, buz) keçməsi isə sublimasiya adlanır. Müəyyən temperaturda buxarlana bilan rütubət miqdarına buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma deyilir. Tropik səhra və savannada buxarlanma qabiliyyəti daha yüksək; Arktik səhra və tundrada isə daha azdır. Buxarlanma qabiliyyəti daha böyük olan ərazilərdə — sutkalıq temperatur amplitudu böyük, fiziki aşınma intensiv, canlılar aləmi isə (bitki, heyvan) kasıb olur.
Ardı
- +1
- 03 aprel 2010, 18:19
- 2ral
- şərh əlavə et
Hava və iqlim
Müəyyən vaxta troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Havanın elementləri- temperatur, rütubət və təzyiq; hava hadisələri isə — külək, yağıntı, şimşək və s.-dir. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. Iqlim yaradan amillər aşağıdakılardır:
Ardı
- 0
- 30 mart 2010, 23:09
- 2ral
- şərh əlavə et
Atmosferin quruluşu
Yeri əhatə edən hava təbəqəsi atmosfer (yunanca «atmos»-buxar, «sfera-təbəqə deməkdir) adlanır. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. Atmosfer 78% azot, 21% oksigen, 0.03% karbon və s. qazlardan ibarətdir. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Atmosfer 5 qatdan ibarətdir:
1. Troposfer- atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir. «Hava fabriki» adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir.
Ardı
- 0
- 22 mart 2010, 20:28
- 2ral
- şərh əlavə et
