Reytinq
1.26
səs: 1

Bloq haqda

Avtomobillər,avtomobil markaları,avtomobillərin tarixi,avtodünya yenilikləri

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (10)

mr13 papatürk Əliyev Nurane Shahbazova Helsink Aristotel AykaJackson BaKiNeC Abdulyar yravil

Gözəllik və təhlükəsizlik bir arada

Şalvarda və idman ayaqqabısında avtomobili idarə etmək çox rahatdır. Amma sürücülük vəsiqəsi aldıqdan sonra nazikdaban hündür ayaqqabılar, dar cazibədar yubkalar və uzun şubalar qadınların qarderobundan çıxmır. Əsl qadın sürücü öz zərifliyini heç nəyə dəyişməz. Bəs gözəlliklə təhlükəsizliyi necə uzlaşdırmalı?
-   İdman üslublu istənilən geyimlər. Qoy bayağı tövsiyə sizi pərt etməsin. Hazırda “glam-sport” dəbdədir və trikotaj tunikaların, “top”ların, bluzonların, sviterlərin streyç-cinslərlə, leqtinslərlə və trikotaj şalvarlarla kombinasiyası nəinki qadınların cazibədarlığını artırır, həm də onları daha cavan göstərir. Soyuq hava üçün gödəkçə və krossovkalar və ya boğazlı çəkmələr məsləhətdir. Sıx yol hərəkəti axınında onlar sizin hərəkətlərinizi məhdudlaşdırmayacaq. Bu geyimlərdə diqqətiniz avtomobilin idarə olunmasından yayınmayacaq, özünüzü komfortlu və inamlı hiss edəcəksiniz.
-    Uzunluğu dizə qədər və ya dizdən azacıq yuxarı olan yubkalar avtomobili idarə etmək üçün optimal variantdır.

Ardı

Yolda yatmamaq üçün məsləhətlər

Bəzi tədqiqatlar göstərir ki, yuxulu sürücü sərxoş sürücü qədər təhlükəli ola bilər. Uzaq yol gedərkən yatmamaq və sayıqlığı qorumaq üçün sizə növbəti metodları təklif edirik.
Lakin yadda saxlayın: əgər çox yorulmuşsunuzsa, yaxşı olar ki, avtomobili yolun kənarına sürüb bir az yuxulayasınız. Bu fürsətdən istifadə edin və özünüzü qoruyun! Tərkibində kofein olan qida məhsullarından və içkilərdən istifadə milyonlarla sürücünün sınaqdan çıxardığı köhnə və etibarlı metoddur. Çoxları üçün qara qəhvə yuxunu birdəfəlik qovmaq üçün ən sadə bir vasitədir.

Ardı

Dizel mühərriki yoxsa benzin?

Avtomobilin potensial alıcısı özünə sual verir: hansı avtomobili alım? Benzin mühərrikli, yoxsa dizel mühərrikli? Bu suala birmənalı cavab vermək mümkün deyil.
Düzgün qərarın hansı amillərdən asılı olduğunu nəzərdən keçirməyə çalışaq. Əgər avtomobil dizel mühərriki ilə təchiz edilibsə, istismar prosesində yanacağın daha az sərf edilməsi sayəsində vəsaitlərinizə qənaət olunacaqdır. Bu nə ilə izah edilir? Dizel mühərrikində sıxılma dərəcəsi 20-22 vahid arasındadır, benzin mühərrikli avtomobillərdə isə bu göstərici 9-10 arasındadır ki, bu da birincilərin qənaətcilliyini təmin edir.
Bundan başqa, dizel mühərrikinin işlətdiyi qatışığın tənzimlənməsi əsasən keyfiyyətli olur, yəni dirsəkli valın fırlanma tezliyindən və silindrlərə düşən yükdən asılı olmayaraq, demək olar ki, verilən havanın miqdarı eyni olur, istifadə olunan yanacağın miqdarı isə iş yükü artdıqca çoxalır.
Lakin hətta mühərrik tam gücü ilə işləsə belə, ötürülən yanacağın kütləsi eyni həcmli benzin mühərrikindən 1,5 — 1,7 dəfə azdır.

Ardı

Mühərrikin alışması

Qotlib Daymler mühərrikin alışdırma sistemində açıq alovlu metaləridən borulardan istifadə edirdi. Lakin bu, yanğın təhlükəsi yaradırdı. Üstəlik, akkumulyatorun yükü yalnız bir neçə on kilometr məsafəyə çatırdı. Axı o vaxt akkumulyatoru yükləmək üçün müasir generator tipli hər hansı qurğular mövcud deyildi. Maqneto vasitəsilə yandırma sistemi vəziyyətdən çıxış yolu oldu. Onun tətbiqi alman mühəndisi Robert Boşun başlıca xidməti idi.
O, 23 sentyabr 1861-ci ildə Almaniyanın cənubunda (kiçik Albek şəhərində) çoxuşaqlı ailədə anadan olmuşdu və ailənin on iki övladından on birincisi idi. Valideynlərinin mehmanxanası və pivə müəssisəsi, habelə torpaq sahəsi vardı. Albeker-Ştaybe yolu həmin sahədən keçirdi. Bu sahə Boş ailəsinin əsas gəlir mənbəyi idi. Onlar torpaqlarından keçidə görə ödəniş alırdılar.

Ardı

Land Rover

Yarım əsrdən artıqdır ki, Britaniyanın Land Rover şirkəti dünyanın hər yerində nüfuzu ilə tanınan avtomobillər istehsal edir. İkinci Dünya Müharibəsinin dəhşətli nəticələrindən sonra yenicə özünə gəlməyə başlayan dünya avtomobil sənayesində bu əfsanəvi markanın yaranma tarixi elə bu avtomobilin özü kimi unikaldır.
Müharibə zamanı çoxsaylı sifarişlər sayəsində mənfəət əldə etmiş Britaniya sənayesində müharibədən sonrakı illərdə istehsal resurslarının və sifarişlərin kəskin çatışmazlığı hiss olunurdu. Hökumət təcili tədbirlər görməli idi. Yaranmış böhranlı vəziyyətdən necə çıxmağı və iqtisadiyyatı necə bərpa etməyi planlaşdırarkən hökumət ölkənin avtomobil sənayesinə xüsusi və mühüm yer ayırdı.
Bu cür mürəkkəb iqtisadi şəraitdə Rover kompaniyası mülki avtomobil istehsalının bərpası üçün hökumətdən icazə aldı və Solihalldakı (Solihull) yeni zavod kompaniyanın ixtiyarına verildi.

Ardı

Benzinlərin xüsusiyyəti

Benzinlərin əsas istismar xüsusiyyəti detonasiyaya qarşı davamlılığıdır. Detonasiya – avtomobilin işlətdiyi yanacağın çox tez (partlayışa bənzər) yanması və yanma kamerasında zərbə dalğalarının əmələ gəlməsi prosesidir. Detonasiya porşenlərin və çıxış klapanlarının yanıb korlanmasına səbəb olur. Detonasiyanın üzə çıxan əlamətləri bunlardır: metalın özünəməxsus taqqıltı səsinin və vibrasiya, işlənmiş qazların qara rəngi (qara tüstü), mühərrikin qeyri-sabit işləməsi.
Detonasiyanın əsas əlaməti mühərrikdən sərt cingiltili taqqıltı səsinin gəlməsidir, həmin səslər sürücünün yerindən yaxşı eşidilir. Bir çox sürücülər düşünürlər ki, bunlar porşenlərin çıxardığı səslərdir. Əslində isə bu səslərin mənbəyi detonasiya (zərbə) dalğasının təsiri nəticəsində yaranan mühərrikin detallarının vibrasiyasıdır.

Ardı

Qadın sükan arxasında

Günümüzdə qadınları sükan arxasında görmək adi hal alıb. Lakin 100 il bundan əvvəl yəqin ki, bu heç kimin ağlına gəlməzdi. Lakin avtomobilin ixtirasından sonra qadınların ona maraq göstərməsi heç də uzun müddət tələb etmədi. Bu istiqamətdə atılan ilk addımlardan sonra qadınların bu məsələdə iştirakı vacib hal aldı. Hətta avtomobillə bağlı bəzi ixtiralarda qadınların da böyük rolu olmuşdur.
Nikolaus Avqust Ottonun kəşfindən sonra uzun müddət mühərriklərin təkmilləşdirilməsi ilə məşğul olmuşlar. Bu dövr ərzində qadınlar avtomobil tarixinə öz adlarını yazmağa başlamışlar. Əgər xanımı olmasaydı, yəqin ki,  mühəndis Karl Benz benzinlə işləyən  avtomobili ixtira etməzdi.
Hər şey Berta Benzin öz uşaqları ilə həyat yoldaşının avtomobilində qonşu şəhərə səyahəti ilə başladı. Bəzi çətinlikləri nəzərə almasaq bu səyahət çox maraqlı keçdi. Çünki o zaman yanacaq yalnız apteklərdə və kerosin dükanlarında satılırdı.

Ardı

Şinlər

Satışda yeni və bir qədər köhnə, kameralı və kamerasız, radial və diaqonal, çıxıntılı və akvaprofilli şinlər vardır. Avtomobilin “ayaqqabılarının” necə olmasından onun yolda davamlılığı, hərəkətin komfortluğu və sizin təhlükəsizliyiniz çox asılıdır. Buna görə də şinləri seçərkən onlar haqqında ən azı zəruri informasiyaya malik olmaq faydalı olar.
Konstruksiyalarına görə şinlər kameralı və kamerasız şinlərə bölünür. Kameralı şinlərin dövrü keçmişdə qalmışdır. Həm də kameralı şinlər taxılmış təkərlərdə şinomontajda əlavə çətinliklər yaranır, onlar deşilmələrə qarşı çox həssasdırlar.

Ardı

Avtomobil satıram. Nə etməli?

Avtomobili olmayanlar onu almağa, avtomobili olanlar isə onu satmağa çalışırlar. Bu məlum fikirdə yüz faiz də olmasa, hər halda müəyyən qədər həqiqət var. Əgər avtomobilinizi satmaq istəyirsinizsə, onda nə etməlisiniz?

Alıcını seçərkən…

Əlbəttə, ilk növbədə öz niyyətiniz barədə potensial alıcılara məlumat verməyiniz gərəkdir. Ən sadə variant bu barədə dostlarınıza, qohumlarınıza və işdəki həmkarlarınıza deməkdir. Lakin yaxınlarınıza avtomobil satmağa dəyərmi – bu heç də sadə sual deyil.
Birincisi, onlar nədənsə əmindirlər ki, siz dostluq münasibətləri xətrinə ilkin qiymətin, az qala, əlli faizini onlara güzəşt edəcəksiniz. İkincisi, satışdan sonra “xoşbəxt alıcılar” iradlar irəli sürməyə başlayacaqlar: avtomobilin burası sınıb, orası işləmir. Odur ki, əvvəlcədən şərt qoyun ki, sonradan iradları qəbul etməyəcəksiniz.

Ardı

Benzinə qatılan əlavələr

Hazırda şəhərimizdə bir çox şirkət benzinə qatmaq üçün müxtəlif əlavələr təklif edir. Keyfiyyətsiz avtomobil benzini mühərrikin işinə mənfi təsir göstərə, habelə karbüratorun, filtrin, forsunkanın və s. yolunu tuta bilər. Belə benzindən istifadənin mənfi nəticələrindən yaxa qurtarmaq üçün ehtiyat hissələri satılan mağazalardan yanacağa qatılan müxtəlif əlavələr almaq və yanacağa əlavə etmək olar.


Ardı