Reytinq
91.58
səs: 15

Bloq haqda

Azərbaycan haqqında: azərbaycanlılar,Azərbaycan mədəniyyəti.

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (26)

Cavid Zahid GDMLI Azərbaycan bahar Gülnar Samir012 kulturoloq BaKiNeC luminat ORIGINAL yravil Qiyasli Rene lili95 AykaJackson Aristotel Aysel218 Ruqiş DiplomatkA Kinosunas

Все читатели блога

Azərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. LakinAzərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir. Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə onları ayrımlar, yəni ayrılıqda yaşayanlar adlandırmışdılar.



Ardı

Azərbaycanda əkinçilik və maldarlıq

Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini öyrənmək, mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi-istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Azərbaycanın təbii-coğrafi şəraiti ta qədim dövrlərdən burada əkinçilik mədəniyyətinin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Azərbaycanın müxtəlif rayonlarında: Qəbələ, Örənqala, Yaloylutəpə, Kültəpə, Xocalı, Qaraköpəktəpə və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri qalıqları Azərbaycanda son neolit və Tunc dövrlərindən başlayaraq burada əkinçilik mədəniyyətinin yayılmasını sübut edir. Xocalı, Üzərliktəpə və Kültəpə yaşayış məskənlərindən əldə edilən bərk və yumşaq buğda və arpa bitkiləri qalıqları hələ uzaq keçmişdə bu ərazidə geniş miqyasda dənli bitkilərin becərildiyini təsdiq edir.



Ardı

Bakı şəhərinin tarixi

Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaradıb. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb.
Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Yuliy Maksim, XII «İldırımsürətli» legionun senturion vaxtıdır».
Ehtimal ki, Bakı ətrafındakı Ramana və ya Romana kəndinin adı da eramızın I əsrində Roma qoşunlarının Abşeronda olmasından xəbər verir. Roma qoşunlarının Qobustanda yerləşməsi yaxınlıqda yaşayış məntəqəsinin və ya şəhərin olduğuna dəlalət edir. Həmin vaxt Roma qoşunlarının istiqamət aldığı bu şəhər Bakı da ola bilərdi.

Ardı

Mehdi Hüseynzadə (Mixaylo)

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda — indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.
1941-ci ildə orduya çağırılmış, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmiş, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşmüşdür. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olmuşdur. M.Hüseynzadə 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçmış və Yuqoslaviya partizanlarına qoşulmuşdur. Partizan hərəkatının lideri, «Mixaylo» təxəllüsü ilə tanınan Mehdi hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdır. Məlumatların toplanmasında, düşmən qərargahlarının, körpülərin, hərbi eşelonların, döyüş sursatı anbarlarının partladılmasında, hərbi əsirlərin azad edilməsində fəal iştirak etmişdir. 1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilmişdir. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusu 31-ci diviziyasının qərargahı yanında xüsusi kəşfiyyat qrupu yaratmış və onun başçısı olmuşdur. Faşistlər «Mixaylo»nu ələ keçirən, yaxud öldürən adama 400 min lirə mükafat təyin etmişdilər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. Əvvəl Vitovle, sonra isə Çepovani kəndində dəfn olunmuşdur.



Ardı

Nəsirəddin Tusi

Azərbaycanın XIII əsrdə yaşayıb yaratmış böyük mütəfəkkiri Nəsrəddin Tusinin bütün ömrü təbiəti, cəmiyyəti və insanı dərk etməyə həsr olunmuşdur. Onun əsərlərində səma mexanikasının əsasları qoyulmuşdur. Danimarka alimi Tixo Brage (1546-1601) Tusinin hesablamalarını təkrarlayaraq 700-dən artıq ulduzun kataloqunu tərtib etmişdir. Bragenin əsərlərinə əsaslanan alman alimi İohann Kepler səma mexanikasını yaratmışdır. Onların əsərlərini əsas götürən İsaak Nyuton mexanikanın fundamental qanunlarını ərsəyə gətirmişdir. Tusinin riyaziyyata həsr olunmuş əsərləri dəfələrlə İtaliyada, İngiltərədə, Fransada nəşr olunmuşdur.

Ardı

Azərbaycan qalaları

Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunun daha bir göstəricisidir. Qız qalası, Ramana qalası, Mərdəkan qalası, Koroğlu qalası, Əlincə qalası və onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malikdir. El sənətkarlarımız özlərinin bütün sənət təxəyyülünü, arzu-istəklərini, xalqın bədii-estetik və mənəvi duyumunu qalalarda da əks etdirmişdir.
Azərbaycanda ən qədim qalalar sillop tikintiləridir.

Ardı

Xəzər dənizi

Yer kürəsinin ən böyük gölü — Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyək qapalı su tutarıdır. Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça «canavarlar ölkəsi» deməkdir) yaranmışdır.



Ardı

Ləzgilər

Ləzgilər – Özlərini «Ləzgiyar» adlandıran ləzgilər Dağıstan Respublikasının Qasımkənd, Məhərrəmkənd, Doqquzpara, Axdi habelə, Azərbaycan Respublikasının Quba və Qusar rayonlarında, Qazaxıstan və Türkmənistanda məskunlaşmışlar, Ümumi sayları 466 min nəfərdir. Köhnə ensiklopedik ədəbiyyatlarda Dağıstanın bütün əhalisi ləzgi adlandırılırdı. Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna Aid olunan ləzgi dili bir-birindən kəskin fərqlənən üç dialektə bölünür. 1) Kürə, 2) Samur, 3) Quba. Öz dillərindən başqa ləzgilərin əksəriyyəti azərbaycan və rus dillərini bilirlər. XIX yüzilliyin əvvəllərinə qədər öz dindaşları olan azərbaycan türkləri ilə birlikdə Azərbaycan dövlətinin tərkibində yaşayırdılar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Ləzgi qalayçıları bütün Qafqazda məşhurdur. Xur adlanan ləzgi kəndləri əsasən bulaqların yanında salınırdı. Ləzgi evləri nəinki, bir-birinə yaxın yerdə inşa edilir, hətta çox zaman bir-birinə yapışdırılırdı. Kəndlər qohumlardan ibarət məhəllələrə ayrılırdı. Bəyaz köynək, qara şalvar, papaq və kürklərdən ibarət olan ləzgi geyimi ümum qafqaz tipindədir. Doqquzpara rayonunun Misgəncə kəndində yaşayanlar istisna olmaqla qalan ləzgilər sünnüdürlər. Azərbaycan türklərinin mədəni təsiri altında olan ləzgilərdə də aşıq poeziyası inkişaf etmişdir. Barmaq adlanan raraq qoyurlar. Dəvə yunundan toxunmuş başlıqları Azərbaycandan alırdılar. 2 cür kürk geyirdilər.
1) Kaval — enli və uzun
2) Kürk — yüngül və gödək
Həm kişi və həm də qadınlar bəzəkli corab geyirdilər. Yeməkləri xəngəl, rlov, düşbərə və s. Azərbaycan türkləri ilə eynidir. İslama qədərki inanclar içərisində Bahar bahramı, ris gözdən qorunmaq üçün həyətdə it və at sümüklərinin asılması hələ də qalmaqdadır.


Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Babadağ ziyarətgahı

Ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir
Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş.

Ardı

Xalçaçılıq

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq.
Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.

Ardı