Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
ƏSASNAMƏ

l.  Azərbaycan Respublikasının Dövlət bayrağı  Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi rəngdə,  orta zolaq  qırmızı  rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin  uzununa nisbəti l:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın  təsviri  konsentrik (eyni  mərkəzli) olmayan iki dairənin  hissələri  şəklindədir;   böyük  dairənin  diametri  xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan  sağda yerləşir, ulduzun xarici dairəsinin  diametri bayrağın  eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3.  Azərbaycan  Respublikasının  Dövlət bayrağı  aşağıdakı yerlərdə qaldırılır:
a)Azərbaycan Respublikası Ali Sovetinin,
Azərbaycan Respublikası Milli Məclisinin.
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin.
Dağlıq Qarabağ  Muxtar Vilayəti Xalq Deputatları Sovetinin,
Azərbaycan Respublikası rayon, şəhər,  şəhərdə rayon, qəsəbə  və kənd xalq  deputatları Sovetinin İcra hakimiyyəti  və  bələdiyyə orqanlarının sessiyalarının  keçirildiyi  binaların  üzərində-bütün  sessiya dövründə;

  • b)   Azərbaycan  Respublikası  Prezidentinin,
  • Azərbaycan Respublikası Ali Sovetinin,
  • Azərbaycan Respublikası Milli Məclisinin.
  • Azərbaycan Respublikası Nazirlər Sovetinin,
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin.
  • Naxçıvan  Muxtar Respublikası Ali  Sovetinin  və  Nazirlər Sovetinin,
  • Naxçıvan  Muxtar Respublikası  Ali Məclisinin  və Nazirlər Kabinetinin.
  • Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və Azərbaycan Respublikası yerli  xalq deputatları Sovetləri icraiyyə komitələrinin
  • İcra hakimiyyəti və bələdiyyə orqanlarının  binaları üzərində-daim asılır;

v)  dövlət  orqanlarının  və  ictimai orqanların,  müəssisələrin, idarələrin və təşkilatların binaları,  habelə  yaşayış  evləri  üzərində-martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın 9-da, mayın 28-də, noyabrın 7-də.
Qeyd   edək  ki,  tarixi  inkişafımızın  sonrakı mərhələsində oktyabrın 18-i, noyabrı 12-i, noyabrın 17-i və dekabrın 31-nin bayram elan edilməsi ilə əlaqədar olaraq həmin günlər də Dövlət bayrağının ucaldılması siyahısına daxil edilmiş və Azərbaycana aidiyyəti olmayan günlərdə-aprelin 28-i, mayın 1-i və 2-i, mayın 9-u, noyabrın 7-i Dövlət bayrağının ucaldılması  günləri siyahısından çıxarılmışdır.
Yuxarıda     göstərilən   binalar    üzərində    Azərbaycan Respublikasının Dövlət bayrağını başqa bayram və xatirə günlərində də qaldırmağa icazə verilir.
q) rəsmi şəxs sifəti iiə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Baş Nazirinin və ya  digər rəsmi (vəkil edilmiş) şəxslərin mindikləri hava  gəmilərində (Dövlət bayrağının  gəmidə  təsvirləri),  dəniz gəmilərində, daxili su yollarında üzən gəmilərdə və başqa  nəqliyyat vasitələrində-göstərilən şəxslərin razılığı ilə;
d)   Azərbaycan   Respublikası   Prezidentinin,  Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası  Baş Nazirinin  təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət orqanlarının,  ictimai  və  dini  orqanların,  müəssisələrin, idarələrin  və təşkilatların  keçirdikləri mərasimlər  zamanı, digər təntənəli və bayram tədbirlər: zamanı da qaldırıla bilər.
4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bir vaxtda;
qaldırılarkən Naxçıvan  Muxtar Respublikasının  Dövlət bayrağının ölçüsü Azərbaycan Respublikasının  Dövlət bayrağının ölçüsündən iri ola bilməz.
5. Azərbaycan  Respublikasının Dövlət bayrağı və onu təsviri ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən  rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
6.  Azərbaycan  Respublikasının  gerbi   və   himni   kimi, Azərbaycan  dövlətinin   suverenliyi   rəmzi   olan  Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir  və  onun hər cür təhqir  edilməsi qanuna əsasən cəzalandırılır.
7.  Bu  Əsasnamənin  tətbiqi   qaydalarını   Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
Həmçinin bax: Azərbaycan bayrağı

 

0 şərh