Azərbaycanda əkinçilik və maldarlıq

Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini öyrənmək, mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi-istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Azərbaycanın təbii-coğrafi şəraiti ta qədim dövrlərdən burada əkinçilik mədəniyyətinin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Azərbaycanın müxtəlif rayonlarında: Qəbələ, Örənqala, Yaloylutəpə, Kültəpə, Xocalı, Qaraköpəktəpə və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri qalıqları Azərbaycanda son neolit və Tunc dövrlərindən başlayaraq burada əkinçilik mədəniyyətinin yayılmasını sübut edir. Xocalı, Üzərliktəpə və Kültəpə yaşayış məskənlərindən əldə edilən bərk və yumşaq buğda və arpa bitkiləri qalıqları hələ uzaq keçmişdə bu ərazidə geniş miqyasda dənli bitkilərin becərildiyini təsdiq edir. E.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində tunc dövrünə Aid olan əkinçilik alətləri artıq toxa əkinçiliyindən xış əkinçiliyinə keçilməsi barədə məlumat verir. Gədəbəy rayonundan tapılmış tunc oraq, Göygöl (Keçmiş Xanlar rayonu) rayonu ərazisindən tapılan çaxmaqdaşı geydirilmiş ağas vəllər bu cəhətdən olduqca elmi maraq doğurur.
Azərbaycan ərazisində, Sasanilər dövründə çəkilmiş Govurarx kanalının izləri bu yerlərin düzən rayonlarında süni suvarma əkinçiliyinin geniş tətbiq edildiyini göstərir. Mingəçevir, Yaloylutəpə, Nüydi, Qəbələ, Şamaxı yaşayış yerlərindən əldə edilən daşları (kirkirə), dəmir oraq, Təsərrüfat küpləri və s. Azərbaycanın qədim sakinlərinin əkinçilik peşələri haqqında dolğun təsəvvür yaradır. Qədim əkinçiliyə aid əkinçilik alətləri və dən daşları hələ eneolit dövründən Azərbaycanda taxıl bitkilərinin yetişdirilməsi haqqında əsaslı fikir söyləməyə imkan verir.
Orta əsrlər dövründə və habelə yeni dövrdə Azərbaycan əkinçiliyi geniş inkişaf etmişdir. Bu dövrlərdə əhali öz təsərrüfat məişətini bir növ yeni qaydada qurmuş, təsərrüfatın çoxsahəliliyinə nail olaraq taxılçılıqla yanaşı bağçılıqla, bostançılıqla, tərəvəzçiliklə, üzümçülüklə və texniki bitkilər becərilməsi ilə məşğul olmuşdur.
XIX əsrdə Azərbaycanda dənli bitkilər əkinçiliyi – buğda, arpa, çəltik, qismən qarğıdalı və darı becərilməsi üstün mövqe tuturdu. Torpağın məhsuldarlığını artırmaq üçün ata-babadan miras qalmış ənənəvi qaydalara riayət olunurdu. Yorulmuş torpaq sahələri bir qayda olaraq dincə buraxılır, növbə ilə digər boş sahələr becərilirdi. Dincə baraxılmış sahələrdə isə azot gübrəsi ilə zəngin olan xüsusi yonca növü əkirdilər.
Əkinçilik sistemi iki üsulla aparılırdı: dəmyə və suvarma əkinçiliyi. Bir qayda olaraq su çıxarılması mümkün olmayan sahələrdə dəmyə əkinçiliyi tətbiq olunurdu. Subasar ərazilərdə isə suvarma əkinçiliyi geniş yayılmışdır. Buğda nölərinin müxtəlifliyindən asılı olaraq (Sarı buğda, ağ buğda, qaraqılçıq, xırda buğda, zərdə buğda, qırmızı buğda, kərə buğda, gülzar buğda, gülsər, qılçıqsız buğda, dəvə dişi) qədim vaxtlardan Azərbaycanda yazlıq və payızlıq əkin sistemi tətbiq eilirdi.
Əkinçilikdə istifadə olunan əmək alətləri çox primitiv vəziyyətdə idi. Əsas şum alətləri xış və qara kotan idi. Azərbaycanda ücuna dəmir gavahınlar keçirilmiş ağac xışlar mühüm rol oynayırdı. Ağır qara kotanlara nisbətən xış aztorpaqlı fərdi kəndli təsərrüfatı üçün daha yararlı əmək aləti idi. Qara kotanlar xalqımızın torpağı becərmək üçün əsrlər boyu istifadə etdiyi Ən sadə alətlərdən başlamış şum alətlərinə qədər bütün əkinçilik aləçtlərinin xüsusiyyətlərini özündə birləşdirir. «Kotan» sözü Qafqaz xalqlarının böyük əksəriyyətinin dilingə «ağac kotan» mənasını daşıyır. «Qara» sözünün etimalogiyası güman edildiyi kimi, rəng mənasında olmayıb, böyük, nəhəng, ağır mənalarını daşımışdır. Doğurdan da bu kotanlar möhkəm ağac cinslərindən, nəhəng formada hazırlandığına görə çox ağır olurdu. Ona görə də bu kotana iş zamanı bir neçə cüt dartı qüvvəsi (kəl, öküz) qoşurdular.
Azərbaycanda müxtəlif çəltik növləri yetişdirilirdi. Tam olmayan məlumatlara görə XIX-XX əsrin əvvəllərində burada 50-dən artıq çəltik növü becərilirdi. Ən geniş yayılan çəltik növlərindən: əmbərbu, sədri, çiləyi, çampo, marağa, əkülə, şabran, şəril, sarıqılçıq, ağçilə, çilənbəri, çitim, səyad, xəkinə və s. Çəltik bitkisinin bu növ müxtəlifliyi bu bitkinin qədim tarixə malik olduğunu sübut edir.

Maldarlıq

Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Maddi istehsalın ən qədim sahələrindən biri olan maldarlıq təsərrüfatının yaranmasından sonra, insanların həyat uğrunda mübarizə işi əhəmiyyətli dərəcədə asanlaşmış və bununla əlaqədar olaraq eykumenanın ərazisi də xeyli genişlənmişdir. Maldarlıq ən qədim dövrlərdən bəri insanları həyat üçün zəruri olan yaşayış vasitələri ilə təmin etdiyinə görə, əkinçilikdən sonra onun böyük iqtisadi əhəmiyyəti olmuşdur. Dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişdir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz bu zəmin əsasında təşəkkül tapmışdır. Maldarlıq təsərrüfatı xalqımızın iqtisadi tarixinin inkişafında böyük həyati əməli əhəmiyyət kəsb etmişdir.
Mədəni dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim  və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişldir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz vuz əmin əsasında təşəkkül tapmışdır.
Yerli əhalinin müxtəlif təsərrüfat sahələrini. Başlıca olaraq əkinçiliyi və maldarlığı bacarıqla əlaqələndirməsi nəticəsində. Azərbaycanın relyef simasına xas olan dağlıq, dağətəyi və aran –düzən ərazlərdə maldarlığın spesifik ənənəvi mədəni təsərrüfat formaları var.
Azərbaycanın təbiəti, onun relyefinin mürəkkəbliyi üzündən olduqca rəngarəngdir. Ərazinin yarıdan çoxu dağ massivləri və yüksəkliklərdən ivarətdir. Burada vaşı daima qarla örttülü olan yüksək dağ zirvələri ilə yanaşı dəniz səviyyəsindən xeyli aşağıda yerləşən düzən ərazilər də vardır. Burada maldarlığın inkişafı üçün ən əlverihli ərazilərdən biri Kür-Araz ovalığına daxil olan Xəzər düzənliyidir Ki, onun otlaqlarından əsrlər boyu nəinki azərbaycan maldarları, hətta qonşu  Gürcüstan və bədnam erməni maldarları qışlaq kimi istifadə etmişlər. Xəzər düzənliyi Yevlaxdan Xəzər dənizinədək uzanan, Baş qafqaz sıra dağlarından tutmuş, Talış dağlarına qədər enlənən geniş bir ərazini əhatə edir. Bu ərazilərdən keən Kür və Araz çayları Xəzər düzənliyini üç hissəyə: Şirvan, Muğan və Mil (Qarabağ) düzünə ayırır.
Azərbaycan maldarlığının üç ənənəvi forması və bunlardan irəli gələn səciyyəvi tipləri vardır. Düzən, dağlıq və dağətəyi tipli oturaq maldarlıq: köçmə, yarım köçəri və ya tərəkəmə. Azərbaycan maldarlığının ən qədim və ənənəvi formalardan biri oturaq maldarlıqdır. Bu şəraitdə mal-qara ilin bütün fəsillərmində iqlim şəraitindən asılı olaraq, kəndin özündə və ya ondan bir qədər aralıda yerləşən örtülü və açıq sığınacaqlarda saxlanılırdı. Maldarlığın müxtəlif tiplərindən asılı olmayaraq oturaq əhali əsasən əkinçiliklə məşğul olurdu. Bunlar maldarlıqdan əlavə taxıl əkinçiliyi ilə yanaşı bağçılıq, bostançılıq, tərəvəzçilik və texniki bitkilərin becərilməsi ilə də məşğul olurdular.
Oturaq maldarlığın düzən tipini səciyyələndirən mədəni-təsərrüfat kompleksləri başlıcı olaraq Kür, Gəncəbasar və Xəzər ovalıqlarında yayılmışdır. Mülayim iqlim heyvanların demək olar ki, bütün il boyu açıq havada saxlanılmasını təmin edirdi.
Dağətəyi maldarlıq tipi kompleksinin fəaliyyəti zamanı sahibkarlar yay vaxtı öz əkin və biçin işləri ilə məşğul olarkən mal-qaranı kənddən aralı dağlıq ərazilərə çıxarırdılar. 2-3 ay yaylaqda qaldıqdan sonra, olar öz heyvanları ilə yenidən arana enirdilər.
Maldarlığın köçmə otlaq forması da əsasən oturaq maldarlara məxsus olan kompleks təsərrüfat forması olmuşdur. Köçmə təsərrüfat şəraitində də iş heyvanlarının zəruri hissəsi istisna olmaqla qalanları bir neçə ay müddətinə uzaq yaylaq və qışlaq yerlərinə aparılırdılar. Bu təsərrüfat forması daşıyıcılarının da birincilər kimi daimi yaşayış məskənləri, fundamental xarakterli evləri, əkin-biçin sahələri, oturaq xarakterli təsərrüfat məişət avadanlıqları vardır.
Məlum olduğu kimi Azərbaycan ərazisində padarlar və şahsevənlər yaşayırlar. Onların təsərrüfat formaları köçmə maldarlıq təsərrüfatı səciyyəsi daşısa da burada köçəri həyat tərzi atribunları saxlanılırdı. Bu cür təsərrüfat formasına tərəkəmə deyilir. Tərəkəmələrin evləri qış və yay evlərinə ayrılmaqla müvəqqəti xarakter daşıyan alaçıqlardan ibarət idi. Onların məişət əşyaları da köçəri həyat tərzinə uyğunlaşmışdı. Bütün bunlara baxmayaraq tərəkəmə təsərrüfatını qətiyyən köçəri təsərrüfat kimi səciyyələndirmək olmaz. Çünki onların daimi yaşayış məskənləri, daimi qışlaq və yaylaq otlaq sahələri, daimi köç yolları vardır. Hətta arxiv sənədlərinin göstərdiyi kimi tərəkəmə təsərrüfatları az miqdarda olsa da belə hər halda müəyyən miqdar əkin sahələrinə də malik idilər.
Qeyd etmək lazımdır ki, bu təsərrüfat formaları, yəni əkinçilik və maldarlıq  bir-birindən, habelə digər təsərrüfat sahələrindən təcrd olunmuş formalar deyildir. Bunlar vahid bir sosial iqtisadi təsərrüfat komplekslərinin bir-birilə qismən əlaqələndirilmiş sahələri idi. Bu sahələr həmişə bir-birini tamamlamış və bir-birini şərtləndirmişdir.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

loading...
 

1 şərh

Farrukh_Rahimov
Salam, istinad etdiyiniz mənbəə (Müəllif: Həvilova Fəxriyyə Həvil qızı Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası) yəqin ki kitabdır. Zəhmət olmasa kitabın nəşriyyatı, çap olanma ili və (əgər varsa) nüsxəsi kimi məlumatları paylaşardınız. İnternetdən axtardım tapa bilmədim. Kitaba istinad etmək istəyirəm, təşəkkürlər.