Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Tarixi bir görüşün tarixçəsi

Azərbycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi daim geniş oxucu kütləsi tərəfindən yüksək dəyərləndirilir. Böyük bir nəsl məhz C.Cabbarlı əsərləri ilə tərbiyə olunub.
Sovet dönəmində quruluşu vəsf etməyə dair əsərlər yazmağa təhrik edilsə də, basqılara, mənəvi işgəncələrə, hətta həbslərə məruz qalsa da zahirən quruluşu etiva edən bəzi əsərlərində sətiraltı mənalarla öz vətəndaş-yazıçı mövqeyini qorumağa müvəffəq olmuşdur. Qələminin qüdrəti ilə ölməz sənət əsərləri yaratmağa müvəffəq olmuşdur.

Davamı →

Məhəmməd Hadinin repressiya cəhdləri

1930-cu illər ədəbi tənqidinin müəyyən istisnalarla müraciət etdiyi Hadi yaradıcılığına Azərbaycan ədəbiyyatşünaslığının əsaslı dönüşü bir də İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Məmməd Cəfər 1942-ci ildə «Səni kim unudar?» adlı məqalə yazır.
Məqalə Məhəmməd Hadinin «Firdovsi-ilhamat» kitabının «axırında çap etdirdiyi» «Aləmi-musavatdan» mənzuməsinin şərhi ilə başlayır və davam edir: "… bir az əvvəl səhər sükunəti qədər sakit döyünən şair qəlbi sürətlə çarpır, onun min bir məna ifadə edən odlu nəzərləri «bütün əvalimi  darüliztirar və rəhgüzari-qəm» hesab edən Şopenhauerin qalın qara cildli kitabına sataşır. Bədbinlik fəlsəfəsi və burjua fərdiyyətçiliyi ideyası təbliğatçısının dumanlı fikirləri şairin böhranlı dəqiqələrindən istifadə etməyə fürsət axtarırmış kimi, şeytani bir füsunkarlıqla onun gözləri önündə cilvələnib diqqətini cəlb edir. Şair Şopenhauerin sözlərini nəzmə çəkir:

Davamı →

Üç sadə cümlənin Azərbaycan ehtişamı

Qafqazda ilkin sivilizasiya ocağı yandıran Azıx mağarasının vətəni, Azərbaycanın ən qədim yurd yerlərindən biri — Qarabağ...
Bir tərəfdən Kür, Araz, bir yandan Əlincəçay, Göyçə gölü arasına sığınan, lakin qüruru, qüdrəti, sənət eşqiylə dünyaya sığmayan tarix yaşlı, tarix yaddaşlı Qarabağ! Ulu keçmişini xəbər alsan, sinəsində əcdadlarımızın əliylə yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı, Çalağantəpə, Xındırıstan, Qalaqtəpə avtoqraflarını göstərər. Dağlarına üz tutub adını soruşsan, Murovdağ, Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız — deyər. Çaylarını tanımaq istəsən, dilimizin şah damarından törəyən doğma adlar eşidərsən: Quruçay, Köndələnçay, Həkəri, Tərtər, Qozluçay, Qarqar, İncəçay, Daşaltı… Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa… Kəndlərini soruşsan: Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi, Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli, Malıbəyli, Kəhrizli, Kəngərli, Üçoğlan, Qaradağlı, Qaradolaq… Ömrünü-gününü xəbər alsan XVII yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun, İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə cavab verər sənə. Bütün tarixi, maddi-mənəvi abidələri, toponimləriylə «Mən Azərbaycanınam» deyir Qarabağ.

Davamı →

Sabir Rüstəmxanlı | Həmrəylik -Milli ideyanın özülüdür

«El bir olsa...». Məşhur ozanımızın dilindən yayılan bu ifadənin bəlli bir yaşı olsa da, xalqın ürəyindəki birlik istəyinin yaşını təyin etmək mümkün deyil; bu istək elə xalqın özü ilə birgə, bütün müşküllərin həlli, bütün hədəflərə çatmaq yolu kimi doğulub.
Bütün faciələr, məğlubiyyətlər bölünmələrdən, qardaşı qardaşa yad edən xəyanətlərdən, mənasız iddialardan, mənəm-mənəmliklərdən başlanıb. El birliyi, əl birliyi, fikir, söz və əməl birliyinin həsrətini də daha çox parçalanmış xalqlar çəkiblər. Azərbaycan folklorunun və ədəbiyyatının dərd və ağrı qatı da bu bir ola bilməmək faciəsi ilə, dünyada yaşayan azərbaycanlıların milli həmrəylik, özünüdərk, dövlət müstəqilliyi arzuları və bu ideallara qovuşmaq yolunda aparılan mübarizələrin uzun tarixi ilə bağlıdır.

Davamı →

Pənah xanın ruhu

Şuşanın da, Qarabağın da tarixi ulu əcdad sayılan Pənah xanın adı ilə başlayır.
Şuşanın tarixi, əslində, Pənah xanın ruhunun tarixidir. Pənah xan XVIII-XIX yüzillər Qarabağ insanının düşüncəsində «ilk əcdad», onun yaşadığı dövr «ilk zaman», «mifik zaman», Şuşa isə sakral və «ilk məkan» idi. Ona görə də tarixçilər, salnaməçilər haqlı olaraq onun adını əcdad kultu sistemində yerləşdirirlər, Qarabağ dövlət kultunun əsasında məhz Pənah xan kultu durur.

Davamı →

Stalinin öpüşü və ya staxanovçu Fatimə

Azərbaycanın bolşeviklər tərəfindən işğalının ilk illərindən mühacirətdə ömrünün sonunadək sovet rejimi və kommunist ideologiyasına qarşı mücadilə aparan, eyni zamanda milli-mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə, tanıdılmasına çalışan Ceyhun Hacıbəyli yaradıcılıq imkanlarından, istedadından gen-bol bəhrələnmiş, istifadə etmişdir: Azərbaycan, fransız, rus dillərində publisistik və bədii əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, qəzet, jurnal redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır.

Davamı →

Müqəddəs qələbəyə and içirəm

Orta əsr salnamələrindən bir səs gəlir: "Şah İsmayıl Səfəvi ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu". Və 520 il sonra yeni bir səs çağırır bizi: Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ruhun bədənə qayıtdığı kimi Qarabağa daxil oldu, azadlıq bayrağını qaldırdı. Təxminən, 30 ildir ki, qazanılan müstəqillik nemətinə, çoxsaylı iqtisadi-siyasi uğurlara baxmayaraq, məğlubiyyət ağrısı, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt belə xoşbəxt olmamışdı. Bir anda bir əlin barmaqları kimi birləşib yumruğa döndü, təpədən dırnağa səfərbər oldu, ruhun bədənə qayıtdığı kimi Qarabağa qayıdıb əzəli diriliyinə qovuşdu, göynəmli məğlubiyyət zülmətindən azadlığın gün işığına çıxdı, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan.

Davamı →

Azərbaycanlı feministlərin sülh anlayışı

“…mən istəyirdim (Qarabağın işğaldan azad olması) sülh yolu ilə olsun. Dövlətlər yığılsın bir yerə, bu iki respublika sülh yoluyan bərpa olsun, sülh yoluyla torpağımız alınsın… Allah yer kürəsini canlı üçün yaradıb. Sərhəd qoymayıb Allah təala ki, burdan xristian keçəcək, ordan müsəlman keçəcək. Belə şey yoxdur. Quranda da yoxdur. Yaxşı olardı, sülh yoluyla həll olardı. Məsələn, mən “Youtube”da sadə ermənilərin övladlarını əsgər yola salanda ağladığını görmüşəm. Bizimkilər də eyni ağlayırlar. Hamı eyni ağlayır. Hamı eyni düşüncədədir ki, balam gedir ölümə. Sülh yoluyla olsaydı, qırğın olmazdı…” Bu sözləri məcburi köçkün Nigar Həsənova müsahibəsində deyir.

Davamı →

Mixaylonu qəbirdən niyə oğurladılar?

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atası Hənifə Hüseynov “Hümmət” təşkilatının üzvü, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən olub. Daha sonra o, Azərbaycan milisinin rəisi olub, ölkə ərazisində banditizmə qarşı mübarizə aparıb, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsində müdir işləyib.

Davamı →