Рейтинг
+120.86

Azərbaycan

79 üzv, 166 topik

İçəri Şəhərdən Bayır Şəhərə

Əhalinin artımı nəticəsində şəhər böyüməyə və qala divarlarından xaricə çıxmağa başlamışdı. Hökümət şəhərdən kənara, qala divarları ətrafındakı forştatda torpaqları satmağa başladı. Torpaq ucuz satıldığı üçün çoxları çalışırdı ki, bir parça torpaq sahəsi alıb, özünə ev-eşik tiksin. Əgər əvvəllər qala divarlarından xaricdə cəmi bir neçə tikili vardısa, indi bir-birinin böyründə tikilmiş palçıq binaların sayı gündən-günə artırdı. Əhalinin bəzi qismi isə qala divarlarından xaricdə yaşamağa çəkinirdi. Çünki kənardan hücum və basqın edilərsə, qorunmağa və daldalanmağa heç bir istehkam yoxdu. Buna görə çoxları İçərişəhərin darısqal, rütubətli daxmalarında yaşamağı daha üstün tuturdular. Xüsusilə varlı təbəqələr qala divarları ilə qorunan həyət-bacasını tərk edib, sərvətlərini təhlükə altında buraxmaq istəmirdilər. Bütün qala divarları boyu qoyulmuş çuqun toplar və əsgərlər tərəfindən qorunan möhkəm darvazalar onların dinc həyatı və sərbəst ticarətləri üçün möhkəm təminat verirdi. Hava qaralanda isə darvazalardakı taxta körpülər qaldırılır və dəmir üzlü qapılar möhkəm bağlanır və şəhər şirin yuxuya gedirdi.
Davamı →
 
loading...

Bakı Rusiyanın tərkibində

Sisianovun öldürülməsini Dağıstan feodalları sanki çoxdan gözləyirdilər. Yaranmış şəraitdən istifadə edərək, Qazıkumux və Avar xanları Azərbaycanın içərilərinə soxuldular. Surxay xan Kür sahillərinədək gəlib çıxdı. Lakin daha irəli gedə bilmədi. Rus qoşunlarının arxadan özlərini yetirə biləcəklərini düşünüb, geri dönməyə məcbur oldu. Başqa xanlar isə ehtiyat edib, Surxay xana qoşulmadılar. Onlar Şimali Qafqazdan çar qoşunlarının gec-tez yürüşə başlayacaqlarını bilirdilər. Baharın axırlarında İran şahı da Azərbaycana qoşun yeritdi.
Davamı →
 
loading...

Sisianovun öldürülməsi

1806-cı ilin fevral ayı idi. Qış bərk keçsə də, qar artıq tamam ərimişdi. Ancaq havada hələ şaxta vardı. 200 nəfər süvari atlarından düşüb gözləyirdi. Hamının nəzərləri irəlidəki qədim qalanın darvazasına zillənmişdi. Hamıdan qabaqda durmuş adamın çiynindəki zər baftalı paqonlar tutqun havada uzaqdan diqqəti cəlb edirdi. Onun solğun sifəti, gözlərinin altına çökmüş dərin kölgələrdən bilmək olurdu ki, gecəni yatmayıb. Azca uzunsov sifəti qaramtıl bir rəng almışdı. O, Şamaxıdan çıxandan özünü pis hiss edirdi. Hətta elə vəziyyətdə idi ki, atın üstünə yaxın adamlarının köməyi ilə qalxa bilmişdi. Sonra da Şamaxı dağlarını keçərkən qar və yağış onu tamam taqətdən salmışdı.
Davamı →
 
loading...

Bakı rus işğalı dövründə

1710-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması Həştərxandan çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə başladı. Gəmilərin  bir hissəsi Gilanın Rəşt şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə Dərbənd şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.
Davamı →
 
loading...

Stepan Razin Bakıda

1667-ci ilin yayında Stepan Razin altı min kazakla Volqadan çıxaraq gəmilərlə Xəzər sularına daxil olur və İran sahillərinə tərəf üzür. Yolda o sahilboyu Dərbəndlə Bakı arasındakı kənd və obaları talan edir. Ayrı-ayrı yerlərdə düşərgə salır və dincələndən sonra yenə yoluna davam edirdi. Belə düşərgələrdən biri də keçmiş Razin qəsəbəsində dağın ətəyi idi. Sonra Bakıya yaxınlaşır, lakin onu tuta bilmir. Şəhər ətrafındakı kəndləri qarət edəndən sonra ələ keçirdikləri qənimətlər, əsir aldığı yüzədək adam və yeddi min qoyunla Xəzərdəki Jiloy adasına çəkilirlər. Burada dincəldikdən sonra təzədən geri qayıdırlar. Xeyli müddət şəhərin ətrafında hərlənirlər. Bir şey çıxmır. Belə olduqda qayıqlardakı yüngül toplarla şəhəri atəşə tuturlar. Bu zaman şəhər qalasındakı ağır toplardan cavab atəşi açılması nəticəsində geri çəkilib, cənuba üz tuturlar.
Davamı →
 
loading...

Kəlağayı

Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.
Davamı →
 
loading...

Tarixi Şirvanşahlar sarayı


Şirvanşahlar sarayı kompleksi Bakının ən qədim və geniş əraziyə malik tarix-memarlıq abidəsidir.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikdirilib.

Saray 6 əsrlik tarixi ərzində bir çox hadisələrlə üzləşib. Bir növ Azərbaycan tarixinin son 600 ilində baş vermiş hadisələr birbaşa adıçəkilən saraya təsir etmişdir. 1500-cü ildə Fərrux Yasarın Səfəvilərlə döyüşdə məğlub olaraq öldürülməsinə qədər müstəqil Şirvanşahlar dövlətinin himayəsində olan saray Səfəvilərin bura daxil olması ilə yağma və dağıntılara məruz qalıb. Elə məhz bu səbəbdəndir ki, tarixin o dövrlərindən günümüzə saraya aid çox az eksponat gəlib çatıb. Daha sonra Səfəvi-Osmanlı müharibələrində Osmanlıların qələbə qazanması ilə Bakı şəhəri və uyğun olaraq, Şirvanşahlar sarayı Osmanlıların himayəsinə keçib. Hətta sarayın Şərq darvazası da o vaxtkı Osmanlı sultanı III Muradın şərəfinə tikilib.
Ardı →
 
loading...

Milli geyimlərimiz

Geyimlər hər bir xalqın tarixilə sıx bağlıdır. Xalqın maddi mədəniyyətini, na xas xüsusiyyətləri əks etdirir geyimlər. Adət-ənənələr, milli təfəkkür, xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda, ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bugün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.

İbtidai geyimlər
Ən qədim insan geyimləri insanların ov zamanı əldə etdikləri heyvan dəriləri idi. İbtidai insanlar ucu sivri daşlarla bu dəriləri üzüb geyim kimi istifadə edirdilər. Bu geyimlərin əyinlərinə ola bilməsi üçün heyvanların sümüklərini nazikləşdirərək dəriyə keçirib sap əvəzi istifadə edirdilər. Həmçinin gil və quş lələkləri də bəşər tarixinin ilkin geyimləridir.

İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdilər. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Sonrakı dövrlərdə Hindistanda istehsal olunmuş ilk kətan parçayla isə dəbin tarixində çevriliş oldu.
Ardı →
 
loading...

İvanovka

                                                     

İvanovka (rus. Ивановка) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Sovet dövrüdən ölkədə qalan tək kolxoz.


Ardı →
 
loading...

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan Əlifbası və Azərbaycan dili Gunu
Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.
Ardı →
 
loading...