Рейтинг
+26.60

Bacarıqlı əllər

15 üzv, 28 topik

Budaqlardan çərçivə

Son zamanlar rustik dekorasiya parçaları yenidən dəbdədir. Modern dekorlardan çox istifadə olunsa da, bu il ev dekorasiyalarında təbiətə qayıdış təklif olunur. Siz də evinizə rustik detallar qatmak istəyirsinizsə, budaqlardan çərçivə düzəltmək tam sizə görədir. 

Ləvazimatlar:
Taxta şəkil çərçivəsi
Nazik budaqlar
Qəhvəyi rəngli akrilik boya
Fırça Yapışdırıcı
Süni çiçəklər
Davamı →

Ayaqqabı qutularından möhtəşəm dizaynlar

Bəzən tulladığımız, evdə yer tutuduğunu bildiyimiz əşyalar karımıza gələ bilər. Özümüzə və uşaqlarımıza lazım olan bəzi əşyalara, oyuncaqlara pul verib almağa adət etmişik. Halbuki, elə bir əşya yoxdur ki,  onun istifadə müddəti bitdikdən sonra da insan onu  «təkrar emal edib» yenidən istifadə etməyi lazım bilməsin. Bunun üçün bir az təxəyyül gücümüz, bir az həvəsimiz, bir az da bacarıq və istəyimiz olmalıdır. Tullantılardan nələr etmək olar? Bunu özümüz bilmiriksə, biləndən öyrənməyimiz də eyib olmaz.

1. Xüsusilə ev xanımlarını rahatlaşdıracaq "Özün düzəlt!" dizaynı. Bəzəmək üçün istifadə etdiyiniz lentləri bir yerdə saxlamaq üçün.

Davamı →

Divar dekorları


Bizim hər birimizin evində toyuq qanadları və ya digər ət növləri aldığımız ərzaq qabları var. Nə üçün onları yenidən istifadə etməyəsiniz? Siz bu qabları götürün və onları istədiyiniz rəngdə rəngləyin və üzərlərini dekorasiya kağızları ilə örtün.
Ardı →

Bantın hazırlanması


Bu dəfə də sizə ev şəraitində bantın hazırlanma qaydasını göstərəcəm. Hazırlayacağınız bantı hədiyyə qutularının üzərinə yapışdıra bilərsiniz. Əgər bir az böyük ölçüdə hazırlamaq istəyirsinizsə, barmaqlarınıza da dolayıb hazırlaya bilərsiniz.
Ardı →

Rəngarəng boyunbağı

Xanım oxucularımızın bəyənəcəyi kreativ əl işini sizə təqdim edirik. Əziz xanımlar, sizə rəngli karandaşlardan necə dəbli boyunbağı hazırlamağı göstərəcəyik.
Bu işdə sizə karandaş (müxtəlif rənglərdə), ülgüc, drel və sap lazım olacaq. İlk növbədə işə rəngli karandaşlar əldə etməklə başlayın. Sonra karandaşın aşağı hissəsini ülgüclə istədiyiniz qalınlıqda kəsin. 
Ardı →

Qotazlı xalçanın hazırlanması

Qotazlı xalçanı hazırlamaq asandı və bu xalça sevimli və rəngarəng olur. Aşağıdakı şəkillərdə bu xalçanı necə düzəltmək lazım olduğunu ardıcıllıqla görə bilərsiniz. Evinizin hər hansı bir hissəsinin dekorasiyasını tamamlamaq üçün düzgün xalçanı seçmək həmişə asan olmur. Bəzən xalçanın ölçüsü uyğun gəlsə də, rəngi uyğun gəlməyə bilər və əksinə. Ona görə də yun qotazlardan hazırlanmış xalça modeli xüsusi, gözəl və sadə bir şey istəyənlər üçün əla bir təklifdir.
Ardı →

Kreativ şam qabı


Sizə lazım olacaq ləvazimatlar:
kiçik şüşə toplar, CD və yapışqan. Nəticə çox gözəl olacaq və xoş təəssürat yaradacaq, çünki şam/lampa işıqları topların üzərinə düşərək parıldayacaq!
Ardı →

Dibçəyini özün hazırla

Özünüz düzəldəcəyiniz dibçəklə bağınıza gözəl görünüş verə bilərsiniz. Bu daşlarla bəzədilmiş dibçəklə bağınızda sahil mühiti yaratmağa cəhd edin. Əgər bunu alınmayacağını düşünürsünüzsə onda şəkildə necə gözəl göründüyünə baxın və qollarınızı çirmələyin.

Ardı →