Rəngarəng boyunbağı

Xanım oxucularımızın bəyənəcəyi kreativ əl işini sizə təqdim edirik. Əziz xanımlar, sizə rəngli karandaşlardan necə dəbli boyunbağı hazırlamağı göstərəcəyik.
Bu işdə sizə karandaş (müxtəlif rənglərdə), ülgüc, drel və sap lazım olacaq. İlk növbədə işə rəngli karandaşlar əldə etməklə başlayın. Sonra karandaşın aşağı hissəsini ülgüclə istədiyiniz qalınlıqda kəsin. 

Boyunbağı üçün kifayyət qədər muncuq kəsdikdən sonra muncuqların orta hissəsində drellə deşik açın. İndi isə etməli olduğunuz tək iş rəng sıralamasını zövqünüzə görə uyğunlaşdıraraq muncuqları saplara düzməkdir. İstəsəniz əlbəttə ki, sap əvəzinə lentdən də istifadə edə bilərsiniz.
Və budur boyunbağı hazırdır, asan ərsəyə gələn və eyni zamanda gözəl olan bu boyunbağı çoxlarının diqqətini cəlb edəcək.

0 şərh