Рейтинг
+1.13

Uşaq tərbiyəsi

1 üzv, 33 topik

Uşağa dərs oxutmağın effektli üsulları

Yeni tədris ilinin başlanması ilə valideynlərin də əziyyətli günləri başlanıb. Bütün gün işdə qayğılar, məişət problemlərinin öhdəsindən gəlməyə çalışanlar axşam da uşaqlarının ev tapşırıqlarını etmək məcburiyyətindədir. Necə deyərlər, ikinci növbəli iş kimi. Məsələn, siz bir əlinizdə dolma büküb, o biri əlinizdə uşağın “Həyat bilgisi”ndən verilən tapşırığını — yumurtadan hazırlanmış toyuq maketini ərsəyə gətirmək zorunda qalırsız.

Hərdən də müəllim(ə)lərin belə iradları ilə qarşılaşırsız: “Sizin uşaq riyaziyyatı o qədər də yaxşı qavramır. Onunla məşğul olun”. Halbuki Pensilvaniya Universiteti professorlarından biri sübut edib ki, şagirdin ev tapşırıqlarını yerinə yetirmə dərəcəsi, səviyyəsi heç də onun savadının, təhsildə uğur qazanmasının göstəricisi ola bilməz. Amma bu, heç cür ev tapşırıqlarının ləğvi ilə nəticələnmir.
Davamı →
 

Uşaqla bir dildə danışın

Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: «Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır.

Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam...”

Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.
Davamı →
 

Uşaq tərbiyəsində 10 qayda

✔ Əgər uşaq istəmirsə ona əsla toxunmayın.

✔ Uşağın xəstəliyi barədə heç kimin yanında danışmayın.

✔ Uşağın müsbət cəhətlərini inkişaf etdirməyə çalışın.

✔ Hər vaxt sizdən nəsə istəyən uşağı dinləmək üçün hazır olun.
Davamı →
 

Ağlayıb, ağlayıb, yatacaq

Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil. Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Davamı →
 

Əks nəticə verən 5 tərbiyə üsulu

1. Uşağı sakitləşdirmək üçün, onun fikrini yayındırmaq lazımdır
Məqsəd: uşağa mənfi emosiyaların öhdəsindən gəlməyə kömək etmək.
Nəticə: uşağın fikrini yayındırmaqla, biz mənfi hisslərin uşağın içində qalmasına səbəb oluruq və hisslərin çıxması üçün şərait olmur. Hətta əgər o zahirən sakitləşmiş görünsə də, çox güman ki, ilk fürsətdə öz hisslərini büruzə verəcək, biz isə təəccüblənəcəyik ki, axı uşaq niyə xırda bir məsələ ucbatından bir saat isterikaya düşdü.

Emosiyalar – enerjidir, onları da hansısa yolla sərf etmək lazımdır. Biz sadəlövhcəsinə düşünürük ki, bu hisslər sadəcə öz-özünə yoxa çıxacaq. Bəlkə də həyatda heç bir məsələ ilə bağlı bu cür möcüzənin baş verməsinə inanmırıq.
Davamı →
 

Uşaqlara kitab oxumaq faydalıdır

Körpənizin kitabları yalnız dişləmək üçün bir vasitə olaraq gördüyünü düşünürsünüzsə, yanılırsınız. Və siz ağlınıza da gətirməzsiniz ki, uşaqlar həqiqətən də kitablardan bir çox şey öyrənə bilərlər. 

Belə ki, 6 aylıqdan 4 yaşlarına qədər nəzarət olunan 250 ana-uşaq cütü ilə araşdırma aparılıb. Araşdırma çərçivəsində analara həftədə neçə gün uşaqlarıyla səviyyəli şəkildə oxu ilə məşğul olduqları öyrənilib.

Səviyyəli oxuma dedikdə isə hekayə oxuyaraq kitabdaki şəkilləri göstərmək nəzərdə tutulur. Araşdırma nəticələrinə görə, erkən oxumağa başlamaq uşaqların oxuma-yazma inkişafını yaxşılaşdırır. Həmçinin bu, yalnız oxumaqla deyil, ana və uşağın qurduğu sağlam və uzun müddətli əlaqə ilə də bağlıdır. Belə uşaqlar həm də danışmağı daha tez öyrənirlər.
Davamı →
 

Uşaqlar böyükləri niyə sevmir?

Uşaqlara fikir versəz, görərsiz ki, əslində onların böyüklərdən xoşları gəlmir. Biz zorla böyüklərə əydiririk uşaqları: “Böyükdü, hörmət et”. “Böyükdü, salam ver”. “Böyükdü, imkan ver səni öpsün” “Böyükdü, sən dur, o otursun”. Özlərinə qalsa, böyüklər onların vecinə də deyil. Düz də edirlər. Nə öyrənəcəklər bizdən? Saxtalığı? Onlar öz dünyalarında xoşbəxtdilər. İstədikləri vaxt gülürlər, qışqırırlar, sevinirlər. Biz isə bu təbii sevinci əngəlləməklə məşğuluq. Ayıbdı, camaat baxır…

Çünki camaat doğrudan da baxır. Çünki heç kim baxıb təbii qəbul etmir. “Uşaqdı, belə də olmalıdı” düşünmür. Biz uşaqla davranmağı bacarmırıq. Onları görəndə şitlik edirik. Yalançı “usi-pusi”lər, əzizləmələr uşaqların ətini tökür.
Davamı →
 

Şagirdlərə məktub

Belçikadakı məktəblərdə seçmə və yerləşdirmə imtahanından əvvəl məktəb direktorunun şagirdlərə göndərdiyi bir məktub:

"Əziz uşaqlar,
Qarşıdan gələn imtahanlara hazırlaşmaq üçün hamınız əlinizdən gələni etdiniz. Sizinlə fəxr edirik. Bilməyinizi istəyirik ki, bu testlərin nəticələri sizlərin nə qədər özəl və bənzərsiz olduğunuzu ortaya çıxartmayacaq. Çünki bu sualları hazırlayan insanlar sizi müəllimləriniz və ailələriniz qədər yaxından tanımır. Sizin hansı dillərdə danışa bildiyinizdən, hansı alətdə ifa edib, rəqs edə bilməyinizdən, sənətçi bir ruhunuzun olub olmadığından xəbərləri yoxdur.
Davamı →
 

Uşağınızın sizi dinləməsi üçün 25 üsul

1. Onunla eyni boy səviyyəsinə enib göz kontaktı qurun.

2. Adı ilə müraciət edin.

3. Qısa və anlaşıqlı danışın. Ən əsası — başdan bir cümləylə fikrinizi çatdırın. Nə qədər çox danışsanız, övladınız bir o qədər az dinləyəcək sizi.

4. Fikrinizi sadə formada ifadə edin. Qısa sözlər və cümlələr istifadə edin. Çalışıb onun kimi danışın.

5. Uşaqdan sizin ondan etdiyiniz tələbi və ya tapşırığı təkrar etməsini xahiş edin.
Davamı →
 

Uşaqlara cinsi münasibətləri necə izah etməli?

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz? Belə vəziyyətdə necə davranmaq lazımdır?

Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək.

Ən mühümü odur ki, panikaya düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar.
Davamı →