Uşaqların oyun asılılığına qarşı 7 məsləhət

1. Sevgi göstərin: Uşaqlara hədiyyə vermədən də sevgi və hörmət öyrədilə bilər. Uşaqlarla ailə, qohum və dost ziyarətinə gedə bilərsiniz. Ziyarətə gedərkən texnolojik alətlərini özünüzlə aparmayın.

2. Keyfiyyətli zaman keçirin: Balaca uşaqlarla parklara və idman mərkəzlərinə, gənclərlə kinoteatra və futbola baxmağa gedə bilərsiniz. Bilirdə kitab, qazet və jurnal oxumaq saatları planlaya bilərsiniz.

3. Oyun oynayın: Xalı üzərində, yerdə və ya masada qarşılıqlı oyunlar oynaya bilərsiniz.

4. Yaxşı nümunə olun: Ana və ata digər ailə üzvlərinə davranışları ilə nümunə ola bilər. Evdə kompyuterlə edilən işləri və texnologiyanı çox vacib hallar varsa, müəyyən zaman aralığında ya da qısa müddətli istafədə etməyə çalışmalıdırlar.



5. Sərhəd qoyun: Altı yaşından əvvəl uşaqları texnologiya alətləri ilə tanış etməmək lazımdır. Altı yaşından sonra gündə bir saat olmaq şərti ilə ana və ata ilə birlikdə öyrədici oyunlar oynamağa icazə verilməlidir.

6. Məsuliyyətli işlər verin: Uşaqlara yaşına uyğun, ev içində edə biləcəyi işlər verə bilərsiniz.

7. İzləyin: Uşağın təhlükəsiz internet istafədə etməsinə diqqət etmək lazımdır. Ailə uşaqlarının dostlarını yaxından tanımalı və internet istifadəsini izləməlidir.

0 şərh