Şagirdlərə məktub

Belçikadakı məktəblərdə seçmə və yerləşdirmə imtahanından əvvəl məktəb direktorunun şagirdlərə göndərdiyi bir məktub:

"Əziz uşaqlar,
Qarşıdan gələn imtahanlara hazırlaşmaq üçün hamınız əlinizdən gələni etdiniz. Sizinlə fəxr edirik. Bilməyinizi istəyirik ki, bu testlərin nəticələri sizlərin nə qədər özəl və bənzərsiz olduğunuzu ortaya çıxartmayacaq. Çünki bu sualları hazırlayan insanlar sizi müəllimləriniz və ailələriniz qədər yaxından tanımır. Sizin hansı dillərdə danışa bildiyinizdən, hansı alətdə ifa edib, rəqs edə bilməyinizdən, sənətçi bir ruhunuzun olub olmadığından xəbərləri yoxdur.

Dostlarını dar gündə yarı yolda qoymayan bir xarakterinizin olduğunu da bilmirlər. Şeir yazıb, mahnı oxumağınızdan, idmanla məşğul olduğunuzdan da xəbərsizdirlər. Hansı şəraitdə yaşadığınızı, hansı məhrumiyyətləri gördüyünüzü, bəlkə də məktəbdən sonra bacı-qardaşlarınıza baxmalı olduğunuzu da düşünmədilər.

Uzun bir səyahətdən sonra gördüyün ailənlə bağlı danışdığın hekayələri də dinləmədilər. Sənin nə qədər xeyirxah, mehriban və güvənli biri olduğunu, hər gün əlindən gələnin ən mükəmməlini etməyə çalışdığını bilmirlər.

Bu testlər sadəcə sənin bilik səviyyəni bilmək üçündür. Xarakterin və şəxsiyyətini ölçmək üçün deyil. Ona görə də alacağın qiymət neçə olarsa olsun özünlə qürur duymalısan.

Unutma: Ağıllı, uğurlu və yaxşı insan olmağın bir çox yolu var..."

0 şərh