Рейтинг
+1.13

Uşaq tərbiyəsi

1 üzv, 46 topik

Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr

Oxumaq uşağın təfəkkür və nitqinin inkişaf etməsinə, lüğət ehtiyatının genişlənməsinə, məntiqinin inkişafına kömək edir və onu məktəbə hazırlayır.

Uşağı inkişaf etdirmək istəyən valideynlər hər nəyin bahasına olursa-olsun ona oxumağı öyrətmək istəyirlər. Sual yaranır ki, əgər oxumağı ibtidai sinifdə öyrədirlərsə, bunu nə üçün etmək lazımdır? Ancaq fikrindən dönməyən ata və analar cavab tapırlar: «Ona görə ki, uşaq onu maraqlandıran kitabları oxuya bilsin».

Uşağa oxumağı öyrətmək ilk baxışdan elə də sadə bir iş deyildir. Yavaş-yavaş hərəkət etmək lazımdır, onun üçün nəyin maraqlı və nəyin maraqsız olduğunu bilməliyik. Əgər siz uşağınıza oxumağı ona görə öyrətmək istəyirsiniz ki, dostlarınızın yanında lovğalanasınız, onda bu işə başlamasanız yaxşı olar. Başqa ciddi səbəblər də ola bilər. Oxumaq uşağın təfəkkür və tələffüzünü inkişaf etdirir, lüğət ehtiyatını artırır, məntiqini inkişaf etdirir və məktəbə hazırlayır.
Davamı →
 

Uşağa neçə yaşından xarici dil öyrətmək lazımdır?


Müasir valideynlərin təsəvvüründə məktəbdə təhsildən öncə uşaq rəsm çəkməyi, şahmat oynamağı öyrənməli, xoreoqrafiya ilə məşğul olmalı və əlbəttə ki, heç olmasa bir xarici dil, ən azından ingilis dilini öyrənməlidir.

Dili öyrənməyi nə vaxt başlamaq lazımdır?
Bu suala universal cavab yoxdur, ancaq onu belə formalaşdırmaq olar: uşaq hazır olanda dili öyrənməyə başlamalıdır. Çünki uşaq doğma dilində yaxşı danışmağı öyrənməyibsə, üstəlik loqopedik problemləri varsa, əlbəttə ki, əlavə dilin öyrənilməsi onun üçün çətin sınaq olacaq. Eyni zamanda fizioloqlar sübut ediblər ki, uşağın beyni 9 yaşına qədər nitqi, o cümlədən, xarici dili daha yaxşı qavrayır. Balaca uşaqlara doğma dilindən fərqli olan səsləri çıxarmağı öyrənmək daha asandır. Bundan əlavə, uşaq səhv etməkdən qorxmur, o, psixoloji baryerdən azaddır, buna görə də uşaqlar xarici dildə daha tez danışmağa başlayırlar. Ancaq bir sıra qaydalara əməl etmək çox vacibdir: dərslər könüllülük prinsipi ilə, ardıcıl keçirilməlidir və uşaqda maraq yaratmalıdır.

Davamı →
 

Cəsarətli övlad yetişdirmək

Hər bir valideyn övladını ideal böyütməyə çalışır və buna cəhd edir. Lakin bəzən bilmədən səhvlərə də yol verir. Psixoloqlar dəfələrlə bildirirlər ki, ilk növbədə uşağı qorxutmaq olmaz. Siz qorxutmaq üsulu ilə övladınızın düzgün böyüməsinə mane olursunuz.

Mütəxəssislər uşağın böyüməsində ona cəsarət verməyi ən mühüm amil hesab edirlər. Övladınızı həyata hazırlamaq üçün ona cəsarət verəcək 60 cümlə:
Davamı →
 

Xoşbəxt övlad tərbiyə etməyin yolları


Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.
Davamı →
 

Uşaqlara nağıl seçərkən diqqətli olun!

Uşaqlar nəyin düz, nəyin yanlış olduğunu bilmir, gördüklərini yamsılayırlar. Valideynlərin, müəllimlərin və ya onlara nümunəvi kimi görünənlərin həyat hekayətlərini, səhvlərini belə şüuraltı olaraq öz həyat ssenarilərinə yazırlar. Bəzən bu həyat ssenariləri təsadüfi və məhvedici ola bilər. Lakin nağılların köməyi ilə uşaqlara düzgün davranış modellərini, nümunəvi obrazları, uğurlu həyat ssenarilərini sərgiləmək olar.

Nağıl danışmağın faydası varmı?
«Milana» Psixologiya Nitq İnkşaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın sözlərinə görə, nağıllar uşaqlıq dövründə eşidilirsə, insan psixologiyasına, şüuraltısına çox böyük təsir göstərir: «Bu, kənardan sadə bir şey kimi görünə bilər. Amma insanın xarakterində, ruh halında, həyata baxış bucağında və şəxsiyyət kimi formalaşmasında nağılların böyük rolu var».
Davamı →
 

Uşaqlara gecələr tualet təlimi

Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə, artıq gecələr də ona yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib. Bu kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün aşağıdakı tövsiyələrə diqqət edin.

— Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını siz hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa, onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz. 

— Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxəssislər hesab edirlər ki, uşaqlar yuxudan tam oyanmırlarsa, onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu, uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır.
Davamı →