İnfoqrafika haqqında

Infoqrafika adından da görunduyu kimi informasiyanı qrafik şəkildə təsvir edən məlumat tipidir. Nəzərə alanda ki,beynimiz əldə etdiyiinformasiyanın 90%-ni vizual şəkildə qəbul edir, göruntu əsasında yaranan məlumatların nə qədər əhəmiyyətli olduğunu başa duşərsiniz. Bəli, biz adi mətn (tekst) materiallarına nisbətən vizual təsvirləri 6000 dəfə daha surətlə qavrayırıq.
Daha bir maraqlı fakt: insanlar veb-saytlarda mətnin yalnız 28%-ni oxuyur, çunki beynimiz vizual ipucları axtarır.
İnfoqrafika isə mətni göturur, onu asanoxunan formada vizuallaşdırır, datanı daha yaddaqalan və anlaşılan formada təqdim edir. Məsələn,balinalar haqda xeyli məlumat oxumaqdansa aşağıdakı sadə bir infographics daha gözəldir,deyilmi?
balinalar haqda infoqrafika
İlk baxışdan adama gəlir ki, onu hazırlamaq çox əziyyətli işdir. Qətiyyən! Canva-nın sadə texnologiyası ilə bunu rahat etmək olar. Rahatı odur ki, sadə bir şablon uzərində drag-and-drop funksiyasıyla mətni,şəkli, istədiyiniz elementi çəkib bir neçə kliklə lövhəyə yapışdırırsınız.Vəssalam.

 

2 şərh

DrELM
Lampalar haqqında azərbaycanca infoqrafika:
fontlar.info/images/LED-Infografika.png