Ləngiməmək.

Səyyahın 10 yaşı olanda anası təkid etmişdi ki, oğlu fiziki tərbiyə kursu keçsin. Kursda ondan tələb olunan təlimlərdən biri də bu idi ki, o körpüdən çaya tullanmalı idi. Kursun əvvəllərində o, qorxu iflicinə tutulmuşdu. Hər gün o milin üstündə sonuncu olaraq dayanardı və hər dəfəsində növbədə duran birincilərdən biri tullandıqca o əzab çəkirdi, çünki, öz növbəsi yaxınlaşırdı. Bir dəfə instruktor onun qorxduğunu anlayıb, onu, birinci olaraq tullanmağa məcbur etdi. Hər-halda o yenə də qorxmuş olsa da, bu elə tez baş verdi ki, qorxu cəsarətlə əvəz olundu.
Müəllim dedi: çox vaxt olur ki, biz öz zamanımızı ötürə bilərik. Amma, elə hallar olur ki, biz o zaman qollarımızı çırmalamalı və məsələni həll etməliyik. Belə olan halda da ləngiməkdən pis şey yoxdur.

Paulo Koyelyonun "Maktub" kitabından

 

2 şərh

Ferbara

biribcilərdən «Maktub» sözləri düzəlməlidi.


Bu məqalənin ikinci adı: «Hər şey öz vaxtında gözəldir»))

bloqçu

«birincilərdən» sözünü düzəltdim.

Amma, «Maktub» məsələsində bir az tərəddüd içində qaldım. Əslində onu elə yazmamışdan qabaq, özüm də bir az axtarış etdim, düşündüm ki, bəlkə «Məktub» yazılmaldır. Sadəcə olaraq orijinal dilindən rus dilinə tərcümədə «Maktub» qeyd olunub və bizim dildə də bir çox mənbələrdə «Maktub» kimi yazılır. Məsələn elə wikipediada.
Nə bilim indi bilmirəm ki, necə yazılsa düzgün olar.