Xəyanət və səbəbləri!

Könül heç vaxt sevgisiz təsəvvür oluna bilməz. Sevgi bizimlə yaranıb, bizimlə öləndir. Sevgi şadlandırır və incidir. Məhz sevginin incitməyə məcbur olduğu səbələrdən biri də xəyanətlə ləkənməsidir. Bəli, sevgimizi ləkələyirik..
Yaxşı deyək ki, ləkələndi, bəs bundan sonra necə olacaq? Bir-birimizin üzünə necə baxaq, necə bağışlayaq, necə unudaq?!

Əslində xəyanətdə günah hər iki tərəfdə olur. İstər kişi, istər qadın.

İnsan özünü aparmağı bacarmırsa, zərərini də görür. Sonrakı peşmançılıq isə artıq fayda vermir. Ya da sonra peşmançılıq da olmur. İnsan xəyanətə uğrayır, amma, yenə də özündə səhv görməyi bacarmır.

Amma, çox halda, günah kişilərdə olur məncə. Ac göz olan kişiləri nəzərdə tuturam. Yanındakı huri-mələk olsa da, hər şeydə əla olsa da qadın tamahkarı kişilər də var ki, bunlara artıq heç carə yoxdur bəlkə də.

Əmanətə xəyanət. Biri birinə malını, biri mülkünü, biri də sevgisini, ürəyini, özünü əmanət edir. Amma, xəyanət hər şeydə olduğu kimi burda da sevilməz, arzuolunmaz və xoşagəlməzdir. Əmanətə ki, xəyanət edildi..Bax bu zaman nə etməli? Xəyanəti bağışlamaq olarmı?!

İnsan niyə aldadılır? Aldadan nə üçün aldadır. Deyirik ki, kişilər şorgözdür, kasanovadır, qarmon qaynayır. Bəli belələri var, amma, axı səbəb tək bunlar da deyil.

Biz qadınlar çox vaxt kişiləri günahlandırır, kişilərin kasanovalığını əlimizdə bayraq tuturuq. Bəlkə onun bizi aldatmasına səbəb elə biz özümüzük. Qadınlarda da günah var. Gərəsən həqiqətən, aldadan şəxsə bu yolla bəraət qazandırmaq olarmı, yoxsa aldadan şəxs nə olur-olsun aldatmamalıdır? Nə bilim, mən istədim kişilərin qadınlarını aldatma səbəblərindən bir neçəsini sadalayım:

1. Dır-dır.
Bəli məhz dır-dır. Qadınların fasiləsiz, sonsuz deyinməkləri kişini bezdirir, yorur. Qadın çox şeydən narazı olur və sakitcə oturub iki ağıllı insan kimi söhbət edib bu narazılıqları bölüşə bilmirlər ki, bir çarə tapalar. İş qalır ancaq bu dır-dırlara. Kişi də bir sakitlik axtarır və təbii ki tapır.

2. Bozbaş ətri.
Bəzi qadınlarımız çox yaxşı ev qadınlarıdılar. Ev səliqəli, təmiz, yeməklər isə necə deyərlər "ye sonra da barmaqlarıvı yala". Nə yaxşı. Amma, bir misal varee, “kişinin qəlbinə gedən yol mədədən keçir” bax bu misal bütün kişilərə aid deyil. Qadın yaxşı ev qadını olsa da özü baxımlı deyil. Əyində xalat, saçlar dağınıq, yorulub, çimməyə hal yoxdur. Nəticə qadın elə bil soğan ilə ətirlənib.

3. Səliqəsizlik.
Bu da yuxarıdakının tərsi. Bəzi qadınlar da var ki, səhərdən axşamacan ancaq özlərinə baxırlar. Ev tökülür, şkafın üstündə 1 aydır yatan toz, üstündə lap şəkil çəkmək olar, çirkli paltarlar bir torba, yeməyə isə kolbasa, sosiska. Bəs işləri necə görsün, axı dırnaqları korlanar? İşlər qalır kişinin boynuna.

4. Diqqətsizlik
Bəzən qadınlar yaman diqqətsiz olurlar. Axı kişilər də diqqətə layiqdilər. Onlara onların nə qədər dəyərli, vacib olduqlarını hiss etdirmək lazımdır. Nəsə bir iş gördüklərində tərifləmək əvəzinə mızmızlanmaq lazım deyil. Kişilərə onların kişi olduqlarını hiss etdirməliyik. Qadın nə qədər güclü olsa da öz gücünü nümayiş etdirməyə çalışmamalıdır. Biz incə məxluqlarıq, onlar güclü, onlar arxamızdır, dayağımızdır.

5. Mənasızlıq.
Bəzən həyat eyni, sıxıcı, mənasız keçir. Yeni-yeni ideyalar, fikirlər ortaya çıxarmaq, bir yerdə maraqlı işlər görməyə çalışmaq və hətta oyun belə oynamaq olar)). Qadınlar rəngarəng olmalıdılar ki, kişi ondan diqqətini ala bilməsin. Belə olsa kişidə vaxtmı qalar başqasını düşünməyə?

6. İntim.
Bunu da artıq özünüz anladınız. Bircə onu deyə bilərəm ki, qadın həmişə təmiz, gözəl, arzuolunan olmalıdır.


Qısacası, Qadın hərtərəfli olmağa çalışmalıdır.. Nə qədər çətin olsa da..



***

Əslində heç kim ideal deyil. Hər kəsin mənfi və müsbət cəhətləri var. Ancaq qadınlarımız hər şeyə öz növbəsində fikir verməyə çalışsalar lap yaxşı olar və aldatmaların sayı da azalar.
Kişilər də özlərinə qapanıb, çöldə rahatlıq axtarmaqdansa oturub qadınıyla bu narazılıqları bölüşsə nə yaxşı olardı. Həm də yuxarıda yazdıqlarımda ilk baxışdan günahkar tək qadın görünsə də bu işlərdə kişilər də məsuliyyət daşıyırlar. Ona görə də kişi və qadın ən başdan bir-biri ilə ünsiyyət qurmalı, rahatca oturub danışmalıdılar. Bir-birini başa düşməyə çalışmalı, öz səhvlərini düzəltməyi və eyni zamanda da bir-birlərinə güzəştə getməyi bacarmalıdılar. Belə olsa məncə hər şey lap yaxşı olar.
Qadınlar hər zaman gözəl, incə, füsünkar görünməyə çalışaq! İlk öncə özümüz üçün.

6 şərh

2ral
Xəyanət psixologiyası da oxumağa dəyər. Kazanova olmalıdır.
təpəgöz
Bu yazını bütün qadınlar oxumalıdır. Ərə getməzdən əvvəl.
Dior
bozbaş ətri-aa heç eşitməmişdim bu haqda))

«bozbash» parfume for woman
made in Azerbaijan
Refsan
Bu məqaləni yazan çox kobud səhvlərə yol verib. Xəyanətə məruz qalmış şəxsin xəyanətdə heç bir günahı yoxdur. Əgər bir kişi öz həyat yoldaşını sevmirsə və yaxud ona vaxt ayırmırsa bu qadının xəyanətinə bəraət qazandıra bilməz.Əgər bir şəxs öz həyat yoldaşından sevgi və hörmət görmürsə ən yaxşı yol boşanmaqdır! Sadəcə olaraq qadınlar maddi vəziyyətləri korlanmasın deyə həyat yoldaşından boşanmaq yerinə xəyanəti seçir. Bununla belə həm sevilir, həm də maddi tələbatı qarşılanır.
bloqçu
Əslində xəyanət elə bir şeydir ki ona səbəb çoxdur. Mənim sadaqladıqlarım isə sadəcə qadına xas olan bir qismidir.
lili95

maraqlı yazidir.


Evlilikdən öncə xəyanət xəmiri pis yoğurulmuş insanlardı.belələri düzələsi əyrilər deyil əsla.bir nuansi qeyd edim ki, hər iki tərəfdən xəyanətə ən çox ailə qurduqdan sonra rast gəlinir.bunun da səbəbi təbii ki, ailədaxili münaqişələr, qarşılıqlı anlaşmanın olmaması və ən əsası evlilik sonrası tərəflərin bir birinin gözündə adiləşməsidir.buna da birlikdə yaşam tərzi səbəb olur.həyat adi axara düşür.problemlər artır.bəzən maddi çətinliklər və tərəflərin zəif və güclü cəhətlərinin vaxtında aşkar olunmamasıdir.deyesen mende de mini topik alinir.en esas onu qeyd edim ki qadin da kisi de gerek bir birini deyerlendirsin.ən azindan tutduqları mövqeyə gorə.