Reklam

Bu reklam “çıxardanı” o qədər söyənlər olub ki? Yaşlılar, nənələr, babalar, atalar, analar, hətta bir verlişə maraqla baxdığı zaman onun bölündüyünə əsəbləşən gənc nəsil belə.

Reklam televiziya, qəzet, radio, internet, kino, verliş və s. xasitələrin yolu ilə müxtəlif malların və xidmətlərin insanlara tanıdılmasıdır. Təbii ki, burda məbləğ söhbəti də böyük rol alır. Peşəkar, bir sfera saılmasa da reklam yayılma, tanıdılma sahəsində böyük qüvvəyə malikdir. Reklam alıcıya öz seçimində çox geniş təsir gücünə malikdir.

Bizlər bir filmi və ya verlişi izlədiyimiz zaman onu reklam böləndə nə qədər əsəbləşsək də xeyri yoxdur. O reklam bu gün var, sabah da olacaq,hətta artacaq da. Müxtəlif firmalar verlişlərə sponsorluq edərək öz mallarını insanların diqqətinə buraxaraq reklam edirlər və bu da öz növbəsində geniş tanıtıma səbəb olur. Təbii ki, o firmalar da bu yolla uduzmurlar. Yoxsa reklam günümüzdə bu qədər önəmli yer tutmazdı ki.

Hər hansısa bir mal reklamda diqqətə buraxılır, tanıtılır, təriflənir və insanlar da bu malın yaxşı olduğunu düşünüb məhz onu əldə etmək istəyirlər və yaxud da mal olmasın olsun xidmətlər.

Əslində reklamı yaradanı söyüb batırsaq da belə görünür ki, reklamın özünü də bir sənət sahəsi adlandırmaq olar. Reklam üzərində görülən işlər heç də helə-belə işlər deyil və buna zaman, diqqət və pul sərf olunur. Reklam elə hazırlanmalı, elə çəkilməlidir ki, o yadaşlarda qala bilsin, həm də yaxşı qala bilsin. İnsanı inandıra bilsin, insanda o mala qarşı etibar yaratsın. Axı reklamın işi tək tanıtmaq deyil, burda həm də tələbat da önəmlidir. Hər halda ya yalan ya gerçək - əgər bir malın keyfiyyəti çox pisdirsə, reklam üzərində işləyən şirkət bunu pisləyə bilmir, o mütləq onu şişirdəcək və tərifləyəcəkdir. Bu da ki o işi qurub, keyfiyyətsiz mal buraxanların vicdanına qalıb. Hər halda reklam üzərində işləyən, bu işi ərsəyə gətirən də bu yerdə mənfi qarşılanır, amma o sadəcə bir dizaynerdir. Yaxşı, keyfiyyəti, vicdanı qoyaq bir kənara. Onsuz da bu sahədə çalışanların özlərini də tərifləmək yersizdir. Çünki bəzən elə reklamlar görürsən ki, adamın ürəyi bulanır.

reklam

Başa düşmək lazımdır ki, bu iş milyonların gözü önünə çıxarılacaq bir işdir. Burda qabarıqlığa, şişirdilməyə ehtiyac yoxdur. Bacarırsan reklamı elə hazırla, elə qoş ki o həqiqətən də insana təsir etsin. Yoxsa boş-boş görüntülərlə bir iş düzələn deyil. Sadəcə ucuz bir tanıtım ola bilər. Yuxarıda dedim ki, reklam alıcıya öz seçimində çox geniş təsir gücünə malikdir. Amma burda da istisnalar var. Hər reklama da reklam demək düzgün deyil.

Nə qədər olar yuyucu vasitələrinin eyni tipli reklamını izləmək, nə qədər olar ki, bütün ev qadınlarının paltaryuyan maşını sına və ya başqa bir dövlətin çəkdiyi reklamı götürüb, ordakı mal ilə öz malınmı əvəz edib, tərcümə edib, efirə buraxırıq. Uşaqların adlarına da Saşa, Maşa yerinə Tofiq, Aytən adlandırırıq. Guya heç kim bilmir ki, bu reklam hansı dövlətin reklamıdır – orijinallıq yoxdur. Necə ki verlişlər kopyalanmış verlişlərdir, eləcə də reklamlar.

Yaxşı, kopyalanmışları da qoyaq bir kənara dilimə belə gətirmək istəmirəm, amma demək məcburiyyətindəyəm – əminəm ki, hamınız görmüsünüz, o diş fırçası,  məcunu, diş dərmanı reklamlarıı varee, hansı ki,  orda ya qan göstərirlər, ya tüpürcək. Özü də iyrənc şəkildə – bunları kim düşünüb ərsəyə gətirir? Mən belə reklam görəndə o kanalı çevirmək məcburiyyətində qalıram, heç reklamı sonuna kimi izləmirəmdə ki, görüm o diş məcunu hansıdır, nədir.. Daha təbiilik, təbiilik dedik, demədik ki, vur öldür! Haqqında danışılası o qədər reklamlar var ki..

Qısacası nəticə: reklamlarımızda nə orijinallıq var, nə təbiilik, nə də incəlik. Təbii ki istisnalar da var. İndi mən də reklam etmiş olacam, amma qeyd edim ki Azərcell-in bəzi reklamlarını çox bəyənirəm. Ən çox da səhv etmirəmsə sonuncu olanı: “bu səs bizim səsimizdir.” Bundan əlavə də fikir verirsən ki, tərifə layiqli olan işlər var, sadəcə ortalıqda mənfi sayılanlar da olmaya...

 

19 şərh

2ral
Azərbaycanda ən yaxşı reklam Taleh açarıdırGülümsəyir
bankir
Azərbaycanda reklamın bir növü var ki,onu xaricilər bizdən öyrənməlidir:-) Şadlıq saraylarının və restoranların reklamı ancaq Azərbaycanda belə səviyyəyə çatıb.
bloqçu,Nolub az syə?
bloqçu

Şadlıq sarayları və restoranlar...çox haqlısınız, bunda bizə çatann olmaz, nə şadlıq sarayında nə də ki, onun reklamında.


Hamısı da eyni tipli. Dəvətnamələri də mütləq eyni tipli olmalıdır. Dəvətnamələrdə mütləq maşın şəkli, zalların şəkilləri, süfrələr reklam olunmalıdır. Bir dəfə bir dəvətnamənin dizaynı üçün bir şadlıq sarayının sifarişi olmuşdu. Onun üçün çox gözəl, müasir, maşının şəkli, zalların şəkli olmayan dəvətnamə hazırlanmışdı. Amma onu qəbul eləməyib, mütləq ora şadlıq sarayının binasının şəklini də saldırdılar.


P.S. «bloqçu,Nolub az syə?» -anlamadım))

bankir
Neolit restoranının ilk məşhur reklamı. Kamran Həsənli taksi şoferi olur. Taksiyə minən qıza nolub az syə? deyir. Maşına minən rusdilli qız isə bunu ne ulibaysya(не улыбайся) kimi başa düşür. Əvvəllər çox məşhur idi bu söz.
bloqçu
))) həə anladım, anladım))
Silen_ce
Bir sabun reklamını tərcümə ediblər. Uşaq qaça-qaça gəlir: -Anaaa, baax, itCİYƏZ)))) (Rus dilindən — «Собачка»)

bizim dildə belə bir söz varmı?
Rovsen
Tutaq ki yoxdur. Nolsun? Sobaçka olar itciyəz olmaz?
Əliyev
Ən axmaq reklamlardan biri. Uşaq anasının ad gününə hədiyyə kimi «Kleenex» tualet kağızının üstünə «Ana ad günün mübarək» yazır.
Rexona dezodorantının bəzi reklamları kreativ olsa da bəzilərinin Azərbaycanda yayımlanması axmaqlıqdır.Məsələn,qadın ofisiantın köynəyini çıxardır və s.Axı Azərbaycanda heç bir restoranda belə şey ola bilməz. gərək reklamı qoyanda fikirləşsinlər ki hansı ölkədə,hansı mentaliteti olan yerdə bu reklamlar çəkilir.
kastanka
Ən əttökən reklam axe dezodorantının reklamı idi.ona baxanda  5 kilo arıqlamışdım.)))
2ral
Əksinə,AXE dezdorantlarında seksuallıq və cinsəllik motivləri həmişə gülməli və maraqlı tərzdə verilir.Liftdə Axe dezodorantlarını istifadə edəndən sonra liftdəki digər sərnişinlərin biganə qalmaması- televiziya reklamları arasında ən maraqlı variantlardandır. Axe dezodorantlarının reklamlarına biganə qalmamaq mümkün deyil.




kastanka
düzdü axe«a çox reklam çəkilib.ama bir ara super marketdə olan bir reklamı yayılmışdı qarabalaşkalarla bax o versiyasını deyirdim. belə bir söz də deyirdilər ee bum çika vau vau)))
Elvin85
Reklamlarımızdan maraqlı seçmələr:
Bu gün Aydınlılara getmişdik. (Aydınlı nə, kim?) 
Ana, dəsmal lap təzəyə bənzəyir.
Sərin — toyunuzu burda dəyərləndirin (şadlıq evi reklamlarının ana qanunu — mütləq sonda qafiyəli sloqan olmalı, mənası önəmli deyil) 
Londonun məşhur Movida restoranlar şəbəkəsi indi Bakıda — Movida Plaza şadlıq sarayı adı ilə! (adın batsın London)  :)
Always-ın rolikində oxunan mahnı(8 saat qoruyan yeni təbəqəylə...) — dinləmək dəhşətli zülmdür.
və.s.
niqulya
Azərbaycanda nəsə sloqan fikirləşəndə mütləq qafiyələnməyə fikir verirlər.Bunu Elvin85 çox düz qeyd etdi.
Müəllif öz postunda axırda yazıb ki,Azercellin reklamını bəyənib(( Həmin reklamda arxa fonda zurna-balaban səsi gəlir.Diktor da 25-ci saniyədə deyir ki bu bizim atalarımızın səsidir)))




papatürk
Milli folklorumuz,milli musiqimiz təbliğ olunursa bunun nəyi pisdir?Muğam,aşıq musiqisi,tar-kaman,zurna-balaban milli musiqimizdir və babalarımızın səsidir. Pisə pis demək lazımdır,amma yaxşıya da pis demək olmaz.
niqulya
Bəlkə də sizin babanızın səsi zurna-balabanla çıxır,amma hamıya bunu aid etmək olmaz.
papatürk

niqulya,bizim babalarımız zurna-balaban səsi ilə bəzilərinin nənələrini oyandırdı.Çalışın sözlərinizə fikir verin.


Yuxarıda şərhimə minusu verənlərə isə sözüm yoxdur.

papatürk

oyandırdı oynadırdı.

Samir012

Çox maraqlıdır, həm mövzu həmdə yazılan şərhlər)

Xrizoberil
burda deyəsən «soyuq müharibə» baş veribmiş )))))