Qastarbayter

Təhsili tam olmamış, ali təhsil almamış və ya hətta, belə deyim ki, ali təhsil olsa belə işszilik ucbatından bir çoxlarının qazanc yollarından biri də, məhz xarici ölkəyə getməkdir. 

Qastarbayter – ilk növbədə bu bir biznes-proekt kimi bir şeydir, hansı ki, qarşındakı ilk məqsəd məhz pul qazanmaqdır və xarici ölkələrə bu məqsədlə gedən şəxslər də qastarbayter sayılırlar. Fikir versək görərik ki, xarixi ölkələrdə qastarbayter adlandırılacaq şəxslərin çoxu məhz elə Qafqaz ölklərindən olanlardır.

İnsan böyüdükcə, illərin üstünə illər qalandıqca öz maraq dairəsini daha da artırır, həyatda daha çox şeylər görür və götürür.. Mən əvvəllər belə şeylər haqqında düşünməzdim və onu bilirdim ki, bəzi rayonlarımızdan xaricə daha çox da Rusiyaya işləməyə gedən oğlanlar, kişilər var, elələri isə,  hətta ailəli, uşaqlıdılar.  Bizim millətdə də (hamıya aid deyil) nədənsə belə bir xüsusiyyət var – elə düşünürlər ki, filankəsin oğlu xaricdə işləyirsə, deməli, ailəsinin bir əli balda, digər əli isə yağdadır. Ola bilər, niyə də olmasın?! – yazıq orda soyuğun, qışın günündə daş daşıyıb daşın üstünə qoyub, əziyyət çəkir, bunun haqqını da ailəsinə göndərir.. Bizdə isə toy məclislərində “ay dədəm vay, filankəs Rusiyadan gəlib, burda toy edir -deyib, başlayırlar onu soymağa ki, onsuz da cibləri dolu gəlib”. Daha demirlər ki, bu rəhmətliyin oğlu o ciblərini hansı əziyyətlərlə doldurub.


Digər xarici ölkələr kimi Rusiyada da bir çox ölkələrdən olduğu kimi azəri milliyətçilərimizi də qastarbayterlər sırasında görmək mümkündür. Nə az nə azacıq. Biri fəhləlik edir, biri alver edir və s. Ola bilər ki, oranın qazanc kimi gətirdiyi pul buranınkından böyükdür, amma, qazanılan pul nə qədər olur-olsun orda bir çoxları bu pulu yığmaq məqsədi ilə heç kirayə ev də tutmurlar. Bəziləri işlədikləri tikintidə, bəziləri vaqonlarda gecələyirlər. Atadan, anadan uzaq, xanımdan, övladdan uzaq! Onun-bunun (daha çox rusların) lağlağasın çəkə-çəkə, kimlərinsə sözünü, pis baxşını götürə-götürə, ya da bəzən, söz götürmədiyində davaya çıxa-çıxa.. Bu da həyatdır, məhz həyatın özü!

Mənim sözümün canı o deyil ki, xaricdə işləyən soydaşlarımızı yazıq halına salıb, onlara üzülmək, xeyir, Allah heç kimi yazıq eləməsin, bir də ki, hər kəs halal haqqını qazanır, halal olsun. Sadəcə bir çox insanların gözü açılmalıdır artıq. “Filankəsin oğlu filan qədər qazanır-bah-bah-bah” deyəndə, düşünməlidir ki, sənin oğlun ata pulu ilə park sənin, club mənim deyib küçə-küçə gəzəndə filankəsin həmən oğlu qar-boran deməyib, belində daş daşıyıb, ailə saxlayır. Görmədiyi, istədiyi vaxt doya-doya qoxlaya bilmədiyi ailəni..

Hələ, düşünün ki, bu qastarbayterlər sırasında avaralanmağa başlayıb yolunu azanlar da az deyil. Hamısı ona görədir ki, başının üstündə böyüyü yoxdur, təsir altına tez düşür. Özü özünün ağasıdır.  Amma, təəssüf ki, hər şey belədir. Öz elində öz obanda yaşasan, işləsən- bir sözlə həyat sürsən... Ehh…eh…
Bir də ki, bu dövlətimiz üçün də yaxşı sayılmaz axı.. Məsələn niyə bizdə belə işsizlik problemi olsun ki,unsanlarımız da ora-bura axın etsin?! Söz yox ki, başqa ölkələrdə də belə problemlər var, amma, təəssüf..

***

Bu haqda həmyerlimiz sayılan Eduard Bağırovun çox maraqlı bir romanı var, hansı ki, öz həyatından və olmuş hadisələr, əhvalatlar əsasında yazılmışdır. Romanı tam oxuyub bitirmədiyimə görə bu haqda çox danışmaq istəmirəm, amma, oxumağa dəyər əsərdir. Xüsusən də qeyd edim ki, 2007-ci ildə çıxan kitab Rusiyada böyük sə-küyə də səbəb oldu. Məsləhətlidir, oxuyun..

qas

 

10 şərh

2ral
Alman dilindən tərcümədə Gastarbeiter (Gast + Arbeiter) qonaq+fəhlə kimi tərcümə olunur. İkinci dünya müharibəsindən sonra alman iqtisadiyyatı sürətlə inkişaf edirdi və işçi qüvvəsinə böyük ehtiyac vardı. Odur ki,Türkiyə,Yunanıstan,Yuqoslaviyadan müqvilə yoluyla işçi gətirilirdı ki,işləsinlər(türklərin Almaniyaya köçü o vaxtdan başlayır). 90-cı illərdən sonra isə qastarbayter termini Rusiyada Qafqaz və Orta Asiyadan gəlmiş ucuz işçi qüvvəsini xarakterizə etmək üçün işlənməyə başladı. Məlum məsələdir ki,fəhlələrin,satıcıların və s. ucuz işçi qüvvəsinin intellektual səviyyəsi o qədər də yüksək olmur.Ona görə Moskva və Rusiyanın digər iri şəhərlərində qastarbayterlərə qarşı antipatiya yarandı.
Hal-hazırda ən çox qastarbayterlər ən çox ABŞ-da(meksikalılar,latinoslar),üçüncü yerdə isə Almaniyada(türklər,polyaklar)yaşayır.Rusiyada isə indi çinlilər çoxalıb.Amma taciklər,özbəklər,azərbaycanlılar,vyetnamlılar hələ də çoxdur.
bloqçu
Acınacaqlı haldır…
fidan
Qastarbayterlərdə də günah az deyil. Rusiyada gedib İrinaya,Nataşaya ilişirlər,ona görə də Olqaların,Nataşaların ərləri məcbur olur acıqlarını qastarbayterlərdən çıxmağa)))
Samad
Fidan sene veteran qastarbayter kimi deye bilerem ki Rusiyadaki qastarbayterlerin hech bir gunahi yoxdu..ilishen Olqalarin, Natashalarin ozudu vallah..))
bankir
Səməd,kaş sənin yerinı mən qastarbayter olaydım. təki Olqalar,Maşalar mənə ilişəydi:-))
papatürk
İndi Azərbaycanın özünə qastarbayterlər gəlir.Hara baxırsan çinlidir.Hindistanlılar da çoxalıb.Qapını bir-bir döyüb odekolon,saat,oyuncaq satırlar.
bloqçu
papturk maraqlidir goresen bizdeki qastarbayterlerin de olkelerinde onlara qarsi dusunurlermi ki, onlar burda qaz vurub qazan doldurur?

Her-halda besh barmagin beshi de bir deyil, yeni nezerde tutduqlarimi ve dediklerimi hamiya aid etmirem.
bloqçu
bankir, keci ne hayda qessab piy axtarir))))

oz herflerimizle yazmadigim ucun uzurlu sayin, komputerde problem var…