Buğa bürcü

Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.
buğa bürcüBuğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər . Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır.
Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərti ilə.
Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər.
Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s.
Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar. Buğa bürcü haqqında ulduzlar bə deyir?


Kişi Buğanın başqa bürclərlə uyğunluğu
Buğa - Qoç. İki bir-birindən ayrı, fərqlənən şəxslərdir. Buğalar onları tələsdirməyi sevmirlər. Qoçlar əksinə, impulsiv hərəkət etməyə meyllidirlər. Bunlar arasında bəzən isti ünsiyyətlər yarana bilər. Ailə münasibətlərində isə bir çox problemlərlə üzləşəcəklər.
Buğa - Buğa. Emosional uyğunluqları vardır. Qadın Buğa sevgidə sentimentaldır. Kişi Buğalar bəzən laqeyddirlər. Münasibətləri xoş ola bilər, amma ailədə dözüm, səbir üstünlük təşkil etməsə, çətin ki, bu uzun müddətli olsun.
Buğa - Əkizlər. Dəyişkən xarakterə malik Əkizlər dəqiq Buğaların tamamilə əksidirlər. Bir çox xüsusiyyətləri onları bir-birinə bağlasa da, ailə üçün bu kifayət etmir. Ailənin uzun müddətli olmasından ötrü qarşı tərəfdən dözümlük və iradə tələb olunur.
Buğa - Xərçəng. Hər ikisi hisslərə qapanandır. Romantik xüsusiyyətləri də vardır. Evdə olmağı çox sevirlər. Hər ikisi sadiqliyi qiymətləndirir. Ailə münasibətləri çox uğurludur. Bir-birini başa düşəndirlər.
Buğa - Şir. Xarakter baxımından bir-birindən fərqlidirlər. Şir həyatsevər, şən olduğu halda Buğalar hisslərini gizlədə bilən və eqoistdir. Şirləri yola vermək çətin olduğu üçün münasibətlər mürəkkəbləşir. Ailə çox vaxt uğurlu sayılmır.
Buğa - Qız. Uğurlu ailə alınır. Hər iki bürc sahiblərinin düşüncələri, istəkləri üst-üstə düşür. Yaranan problemlərin həllində hər ikisi aktiv iştirak edir. Bu da münasibətlərin daha da istiləşməsinə gətirib çıxardır.
Buğa - Tərəzi. Bu münasibətdə Tərəzilər çox emosionaldirlar. Ailədə Buğa başçı olmağa can atır. Hər iki bürc sahiblərinin maraqları eynidir. Münasibətlər  pis deyil, uzun müddətli və daimi ola bilər.
Buğa - Əqrəb. Bu bürc sahiblərinin ünsiyyəti yaxşı sayıla bilər. Bəzi mənfi xüsusiyyətləri yox etməklə, Əqrəblər dözümsüz olsa da, Buğaların səbri münasibətlərin uzun müddətli olmasına imkan verir. Çox vaxt yaranan ailə səadət nümunəsinə çevrilir.
Buğa - Oxatan. Zəka yönümündən bir-birini cəzb etsələr də, ailə-məişət zəminində rabitələri tez qırılır. Məhəbbət bir ildırım parıltısı kimi gurultulu, işıqlı və ani olur. Bir-birinə güzəştə getməmələri ailəni dağıdır.
Buğa - Oğlaq. Əla cütlükdür. Müəyyən yaş həddinə çatandan sonra, bu aydın görünür. Xarakter baxımından bir-birinə çox uyğunluqları vardır. Biri çətinə düşdüyü zaman, digəri onun köməyinə çatır. Hər iki bürcün sakitliyi və səbri harmoniya, ahəngdarlıq yaradır. İşləməyi sevirlər, təmizkardırlar.
Buğa - Dolça. Dolçalar ərköyünlükdən tərslik edir. Bu da narazılıqlara gətirib çıxarır. Çox vaxt Buğalar Dolçalara qarşı çox tələbkar və qısqanc olurlar. Hər ikisi bu münasibətdən çox tez yorulurlar. Bir-birinin başa düşülməməsi ailənin dağılmasına gətirib çıxara bilər. Ehtirasca Buğa Dolça-dan güclüdür, bu da münasibətlərə təsirsiz keçmir.
Buğa - Balıqlar. Bu münasibətdə Buğalar başçı olmalıdır. Balıqlara çox köməyi dəyir. Xarakter baxımından Buğalar Balıqlardan güclüdür. Bir yerdə bu bürc sahibləri xoşbəxt ola bilərlər. Ailədə yaranan bəzi problemlər Balıqların eqoist olmasından irəli gəlir. Balıqlar unutmamalıdırlar ki, Buğalar onlardan çox güclüdür.

Qədim tiirkcə - Ud; Latınca - Taurus;
Farsca - Gav; Ərəbcə - Sur;
Qədim yunanca - Tauros Rusca - Telets

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Həmçinin bax: Buğa bürcünün xüsusiyyətləriBuğa bürcü haqqında astroloji məlumat

10 şərh

Magicboy
Necə olure sakit yaşamağa üstünlük verəsən, amma bütün günü bahalı restoranlar, nə bilim kinoklublara gedəsən. Ümumiyyətlə mətn çox təzadlı və qeyri-uyğun iddialardan ibarətdir.
Tomris
Bahalı restoranlara,nə bilim kinoklublara getsəniz görəcəksiniz ki orda həm hay-küylü,həm də sakit,başını aşağı salmış adamlar var.
Magicboy
nə bilirsən ki, getmirəm. Amma başını aşağı salmış adam görməmişəm…
lyara
men bugayam hec vaxt sevgimi dile getire bilmerem. seni sevirem demek mene en cetin bir hal kimi gorsenir hec zaman sevgi sozleri deyib erkoyunlewdirmek bugalara xas deyil yoxlamiwam.
saz89
Mende Buga burcuyem.Indiyedek hec bir qiza seni seirem dememiwem,hec elindende tutmamiwam
Old_Baku_

“Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!. (Allahın qüdrətini həmişə) yada salmaq və (ne’mətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!” (Furqan 61-62) And olsun bürclər dolu olan göyə;  Bürüc  01.
Allahın göydə yaratdığı bürclər islama görə böyük ulduzlardır. İnsanın həyatında onların heçbir rolu  yoxdur.  
“Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!. Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (Əraf 54-55)
Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların.təbiətin taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil. Bu barədə rəvayət edilən hədidə belə deyilir:  “Rasulullah (s.a.v)bir dəfə yağışdan sonra dedi: Allahın (c.c) qullarından bəzisi səhərə mömün, bəzisi də kafir olaraq çıxdı.  Kim Allahın lütf və rəhməti ilə yağışa qovuşduq dedisə mənə inanmiş, ulduza inanmamışdır. Kim də filan ulduzun doğması və ya batmasıyla yağış yağdı dedisə o da mənə inanmamiş, ulduza inanmişdır.” (Buxari, Müslim).

saz89
men bugayam hec vaxt dile getirmemiwemm sevgimi
Elana
he eledir ki var
 
Ferbara
Doğru məqamlar az deyil. Düzdü. :)
azadmamedov90
www.yorumcu.com/astroloji/cinastrolojisi.asp
mən bunlara daha çox dəqiqliyinə görə inanıram..qalanları boş şeydi ))
OLD BAKU-halal olsun…