Əkizlər bürcü | Bürclərin xarakteri | Kayzen 

Bürclərin xarakteri → Əkizlər bürcü

Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar.
Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar.
Əkizlər bürcüƏkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asin. Əkizlər bunu qiymətləndirirlər.
Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar.
Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu Əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır.
Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın Əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir.
Onları əla aşpaz adlandırmaq olmaz. Yarımfabrikat almağı və ya restoranda yemək sifariş etməyi üstün tuturlar.
Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, Əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar.
Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.

Kişi Əkizlərin başqa bürclərlə uyğunluğu
Əkizlər - Qoç. Hər ikisi nikbin, optimistdirlər. Yüksək təşəbbüskarlığa malikdiliər. Qoç idarəedici rolunu oynamağı sevir. Ailə uğurlu sayıla bilər. Bir-birinə hörməti ildən-ilə artacaq. Dostluq münasibətləri də yaxşıdır.
Əkizlər - Buğa. Buğa bürcü qısqanc, dözümsüz, bəzən aqressiv olduğundan, Əkizlərlə yola getməsi çətinləşir. Əkizlər də sərbəstliyi, öz düşündüklərini etməyi sevdiyindən söz-söhbətsiz keçinmirlər. Bu bürclülər real həyatda bir-birinə uyğun gəlmirlər. Uğursuz və qısamüddətli münasibətlər yaranır.
Əkizlər - Əkizlər. Eyni bürcün sahibləri olduqları üçün bir çox maraqları eynidir. Hər ikisi impulsiv, dalaşqandırlar. Daimilik heç birində yoxdur. Tez darıxırlar. Bir-birlərini çox sevsələr də, ailədə hərdən bəzi problemlər yaşana bilər. Xoşbəxt ailə yalnız bir-birinə uyğunlaşma ilə yaranır.
Əkizlər - Xərçəng. Xərçəng bürcü çox emosional, hisslərə qapanan olduğundan bəzən Əkizlərə düşündüklərini söyləməkdə, fikir mübadiləsi yaratmaqda çətinlik çəkir. Əkizlər sevgilərində daimi deyillər, bu da münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ailə uğursuz sayılır.
Əkizlər - Şir. Bu münasibətdə Əkizlər lider olmağa can atır. Şir hər yerdə başçı olduğundan qurulacaq ailədə, yoldaşlıq ünsiyyətlərində də lider odur. Əkizlər güzəştə getdiyindən ailənin uzun müddətli olması mümkündür. Dostluq münasibətlərində də hər şeyin əla olması gözlənilir.
Əkizlər - Qız. Bir-birini sevməyən şəxslərdir. Əkizlər hava, Qızlar torpaq ünsürü olduğundan uyğunsuzluq buradan əmələ gəlir, perspektivdə ancaq tozanaq qoparacaq. Qızlar çox vaxt Əkizləri tənqid edir. Əkizlər bu münasibətə çox dözə bilmir. Qısa müddətli, parlaq münasibətlər tez bir zamanda pozulur.
Əkizlər - Tərəzi. Hər ikisi xoşniyyət, optimistdir. Heç biri qısqanc deyillər. Bir-birini bir sözdən və ya bir baxışdan başa düşürlər. Bu münasibətlər əladır. Ailə çox uğurlu ola bilər.
Əkizlər - Əqrəb. Bir-birinin xoşuna gəlsələr də, bu hələ hər şeyin əla olması demək deyil. Əqrəb çox qısqancdır, Əkizlər isə sabitqədəm deyillər. Bu xüsusiyyətlər də bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ailə çox nadir hallarda uğurlu olur.
Əkizlər - Oxatan. Bir çox xüsusiyyətləri oxşardır. Buna baxmayaraq, ailədə bəzən uğursuzluqlarla üzləşirlər. Ən çox maddi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq müəyyən söz-söhbətlər yaranır. Dözüm, səbr olmasa, münasibətlərin davamiyyəti, uyğunluğu bir qədər çətindir.
Əkizlər - Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir.
Əkizlər - Dolça. Bunlar arasında nəinki dostluq, işgüzarlıq, həm də uzun müddətli ailə münasibətləri mümkündür. Bəzən adama elə gəlir ki, bunlar sanki bir-biri üçün yaranmışlar.
Əkizlər - Balıqlar. Ailə münasibətləri çox vaxt uğursuz sayılır. Əsasən bu uğursuzluq ünsürlə əlaqədardır: Əkizlər hava, Balıqlar isə su ünsürlüdür. Bu münasibətdən ən çox Balıqlar əziyyət çəkəcəklər. Balıqların emosionallığı Əkizləri özündən çıxaracaq.

Qədim tiırkcə - Ərəntir; Latınca - Gemini;
Farsca - Dopeykər; Ərəbcə - Cövza;
Qədim yunanca - Didymoi  Rusca - Bliznetsı

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Həmçinin bax Əkizlər bürcünün xüsusiyyətləriƏkizlər bürcü haqqında astroloji məlumat

  • +11
  • 29 iyul 2010, 08:51
  • Tomris


Şərhlər (0)

RSS qısalt / böyüt
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.