Qız bürcü | Bürclərin xarakteri | Kayzen 

Bürclərin xarakteri → Qız bürcü

Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar.
qız bürcüQız bürclü şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı, qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursuz.
Onları bahalı restorana dəvət etməyin, çünki Qız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin.
Əgər görüşə çağırdığınız şəxs Qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun. Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın.
Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar məsləhət verməyi sevirlər.
Onlar öz sağlamlığına qarşı çox diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə bilərsiz.
Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların işidir.
Qız bürclü şəxs seçdiyi insana hörmətlə yanaşır. Siz də ona qarşı elə olun. Yadda saxlayın ki, Qız bürclü insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir.
Kişi Qızın başqa bürclərlə uyğunluğu
Qız - Qoç. İlk görüşdən bir-birinə maraqları arta bilər, amma bunu nəzərə almaq lazımdır ki, Qoçlar çox emosionaldır. Qarşı tərəfin məhz onun dediyi ilə oturub-durmasını istəyir. Yaranan problemlər ailənin uzunmüddətli olmasına maneədir.
Qız - Buğa. Hər ikisinin oxşar xüsusiyyətləri var. Təcrübəli, evdar, istiqanlı, evtikəndirlər. Bir-birinə uyğundurlar. Əgər hər ikisi kompromisə getsələr, bir-birinə güzəşt etsələr, xoşbəxt ailə yarana bilər.
Qız - Əkizlər. Əkizlər sərbəstliyi sevir. Qızın onlar üçün qoyduğu qayda-qanuna çox vaxt riayət etmirlər. Bu da, Qızı özündən çıxara bilər. Qısa müddətli əlaqə mümkündür. Ailə çox vaxt uğursuz olur.
Qız - Xərçəng. Qız Xərçəng üçün hisslərin təhlükəsizliyini təmin edir. Xüsusi diqqət ayırır. Bir-birinə çox uyğun insanlardır. Bütün münasibətlərdə bu uyğunluq görünür. Dostluq və işgüzarlıq münasibətləri əladır. Ailə də uğurludur.
Qız - Şir. Onlar bir-biri ilə çətin ki, tutsunlar. Qız tənqid etməyi sevir, Şir isə bunu xoşlamır. Bir-birini başa düşmürlər. Oxşar cəhətləri olduqca azdır. Maraqları üst-üstə düşmür. Münasibətləri çox vaxt alınmır. Ailə qurmaq heç məsləhət deyil.
Qız - Qız. Hər ikisi eyni bürcün sahibi olduğundan oxşa cəhətləri çoxdur. Bir-biri ilə yaxşı yola gedirlər. Bir-birinə tələbləri böyükdür. Əgər tərəflərdən biri güzəşt addımı atarsa, onda xoşbəxt ailənin yaranması mümkündür.
Qız - Tərəzi. Tərəzi bürcü sevgiyə Qızdan fərqli olaraq çox ciddi yanaşır. Qızın soyuqqanlı olması çox vaxt Tərəzini özündən çıxarır. Tərəzi dözümlülük göstərmir. Bu da münasibətlərin korlanmasına ciddi təsir göstərir. Ailə çox uğursuzdur.
Qız - Əqrəb. Əqrəb bürclü Qız bürclü ilə münasibətdə özünü çox rahat hiss edir. Qız bürclü tez-tez güzəştə getsə ünsiyyətlər daha möhkəm olar.
Qız - Oxatan. Oxatanın münasibətdə qeyri-ciddiliyi Qızı daim narahat edəcək. Oxatanın dözümsüzlüyü, daim başçı rolunda olması, qısqanclığı ünsiyyətlərin də qısa müddətliyinə gətirib çıxarır. Ailə uğurlu sayılmır.
Qız - Oğlaq. Hər ikisi hissiyyata qapanan dözümlü, intellektli, ağıllı insanlardır. Dostluq və işgüzarlıq münasibətlərində Qız daim Oğlağa güzəştə gedir. Ailə münasibətləri çox uğurludur. Arada qarşılıqlı hörmət mövcuddur.
Qız - Dolça. Bir-birini bəyənsələr də bunlar arasında ailə münasibətləri mümkün deyil. Çox vaxt belə ailələrin dağılması müşahidə olunur. Bu bürclü insanların işgüzarlıq münasibətləri də nadir hallarda olur. Dostluq münasibətləri də uğursuzdur.
Qız - Balıqlar. Qız sevginin zəka ilə, intellektlə, ağılla sıx bağlı olduğunu hesab edir. Balıqlar isə əksinə, hissə çox qapanırlar. Buna baxmayaraq, uğurlu ailənin yaranması mümkündür.

Qədim türkcə - Buğdabaşı;
Farsca - Xoşe; Qədim yunanca - Parthenos
Latınca - Virgo; Ərəbcə - Sünhülə, Üzra; Rusca - Deva

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Həmçinin bax: Qız bürcünün xüsusiyyətləri
Qız bürcü haqqında hər şey
  • +6
  • 17 sentyabr 2010, 10:06
  • Tomris


Şərhlər (1)

RSS qısalt / böyüt
men 23 sentyabrda dunyaya gelmisem ama bezi yerlerde burcumun qiz bezilerinde terzi oldugu yazilir bilmirem hansina baxim :)
+2
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.