Əqrəb bürcü | Bürclərin xarakteri | Kayzen 

Bürclərin xarakteri → Əqrəb bürcü

Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər.
Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər.
Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.
əqrəb bürcü, ScorpioOnunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın.
Əgər siz qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa, onda siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin. Onlar bunu nəzərindən qaçırmayacaqlar.
Hədiyyəyə gəldikdə, Əqrəblər qızıl əşyaları, amuletləri çox sevirlər. Əgər qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda gülləri də unutmayın.
Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin. Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər. Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin. Belə ki, bu gələcəkdə münaqişələr üçün fakt ola bilər. Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız. Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar. Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın. Söz vermisinizsə, mütləq əməl edin. Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib.

Kişi Əqrəbin başqa bürclərlə uyğunluğu
Əqrəb - Qoç. Bir-birini başa düşməkdə çətinlik çəkirlər. Qoç azadlığı sevir, qısqanc Əqrəb bunları qəbul edə bilmir. Hər ikisi eqoist, dinamik, məqsədyönlüdürlər. Heç biri güzəştə getməyi xoşlamır. Münasibətlər qısamüddətli, ailə uğursuzdur.
Əqrəb - Buğa. Xarakterlərində mənfi xüsusiyyətlər olsa da, yola getməyi bacarırlar. Problemlər çox vaxt ailədə liderliyin üstündə olur. Münasibətlər mümkündür. Tərəflərdən biri güzəştə getməyi bacarsa, xoşbəxt ailə mümkündür.
Əqrəb - Əkizlər. Əkizlər dəqiq deyillər. Bir şey fikirləşib, tamam başqa cür hərəkət edirlər. Bu isə çox vaxt problemlərin yaranmasına səbəb olur. Münasibətlər mümkündür. Ailə haqqında bunu demək bir az çətindir.
Əqrəb - Xərçəng. Hər ikisi su ünsürü olduğundan bir-biri ilə yaxşı yola gedirlər. Əsas problemlər qısqanclıq üzündən baş verir. Bu xüsusiyyətlərinə görə, hər ikisi əziyyət çəkir. Əgər qısqanmasalar, uğurlu ailə mümkündür.
Əqrəb - Şir. Ünsür baxımından bir-birindən kəskin fərqlənirlər. Şir - od, Əqrəb - su, Şir ötkəm, birbaşa, Əqrəb kinli olduğu üçün, bu onların münasibətlərində də özünü göstərir. Şirin qüruru münasibətlərdə problemlər yaradır. Ailə uğursuzdur.
Əqrəb - Qız. Bu bürc sahibləri bir-birini çox yaxşı başa düşür, olduqca gözəl münasibət qura bilirlər. İstər dostluq, istərsə də ailədə münasibətləri uğurludur. Su ilə Torpağın ünsiyyəti arzuolunandır.
Əqrəb - Tərəzi. Əqrəb - su, Tərəzi - hava ünsürlü olduğundan xarakterində də müəyyən xüsusiyyətlər var. Bəzən bu xüsusiyyətlər münasibətlərə mane olur. Tərəzilər səxavətlə pul xərcləməyi sevirlər bu Əqrəblərin xoşuna gəlmir. Ailədə münasibətlər problemlidir.
Əqrəb - Əqrəb. Bir-birinə oxşar cəhətləri çoxdur. Hər ikisi qətiyyətli, kinli, xudbin, qısqancdırlar. Bu xüsusiyyətlərinin olmasına baxmayaraq, bir-birinə layiq olmağı bacarırlar. Münasibətlər yaxşıdır. Ailə uğurlu ola bilər.
Əqrəb - Oxatan. Hər ikisi qəddardır, hər ikisində fərqli cəhətlər də çoxdur. Əqrəb evə bağlıdır, Oxatan isə səyahəti çox sevir. Əqrəb eqoist olduğundan, Oxatanın bütün azad-lığını əlindən alacaq. Bir-birini başa düşmürlər. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Əqrəb - Oğlaq. Bu bürc sahibləri arasında böyük problemlər gözlənilir, ancaq sevgi qarşılıqlıdır. Əqrəb emosional olsa da, Oğlaqın dözümlüyü hər şeyi yoluna qoyur. Hər ikisi məqsədyönlüdür. Bir-birinə uyğundurlar. Münasibətlər və ailə uğurludur.
Əqrəb - Dolça. Bir-birindən kəskin fərqlənirlər. Dolça romantik olduğu halda, Əqrəb realistdir. Dolçanın əhval-ruhiyyəsinin tez-tez dəyişməsi Əqrəbi bezdirir. Dolça gəzib-dolaşmağı, Əqrəb isə evdə olmağı üstün tutur. Ailə uğursuzdur.
Əqrəb - Balıqlar. Bir-birinin xoşuna gəlməyi bacarırlar. Balıqlar Əqrəbə çox bağlıdırlar. Ailədə lider Əqrəbdir. Bu da Balıqların ürəyincədir. Ailə uğurludur.

Qəditn türkcə - Çayan; Latınca - Scorpius;
Farsca - Kəjdom; Ərəbcə - Əqrəb;
Qədim yunanca - Skorpios;  Rusca - Skorpion
Həmçinin bax: Əqrəıb bürcünün xüsusiyyətləriƏqrəb bürcü haqda astroloji məlumat

 

  • ?
  • 20 fevral 2011, 13:16
  • Tomris


Şərhlər (3)

RSS qısalt / böyüt
Bürclərə çox inanmasam da uyğunluq çoxdur.
+1
demək olar ki mən
+2
Qızıl əşyaları sevmirəm.Bir də əgər kiminləsə görüşürəmsə o gələnə qədər gözləyirəm Hətta çox uzun vaxt keçsə də.Amma təbii ki bunu qarşımdakı bilmir.Hər zaman elə edirəm ki o qabaqcadan gəldiyini düşünür.Bu başqa əqrəblərə də aiddirmi bilmirəm.Qalanları sanki məni yazıblar.
+2
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.