Buğa (21 aprel-21 may)

Yer işarəsidir. Veneranın himayəsi altındadır. Xarakteri ziddiyyətlidir. Təbiəti emosionaldır. BUĞA Yer işarəsi sayəsində qüvvətlidir, ayıq zəkaya malikdir. Lakin Venera ciddi və işgüzar BUĞAYA mülayimlik, rahat şəraitə aludəçilik, həssaslıq və tənbəllik öyrədir. Bu iki ziddiyyətli təsir BUĞANIN təbiətini mürəkkəbləşdirir. O, maddi nemətləri xoşlayır, eyni zamanda bədxərcdir. Rahatlığa can atır və çox vaxt pintidir. Cah-cəlal, toy-bayram, dəbdəbə və təmtəraq aludəçisidir. Hər şeydən zövq almağı bacarır. Yerdən tükənməz qüvvət alır, sağlam heyvani instinktə malikdir.
BUĞA şıltaqçıdır, xırda-para məsələlərdə inadcıldır, lakin ümumən üzüyola, sakit və səbirlidir. Yüksək rütbəli və nüfuzlu adamlarla tanış olmağı xoşlayır. Münasibətlərinə çoxlu zəriflik və məlahət gətirir, lakin öz uşaq şıltaqlığı və tərsliyi ucbatından xırda məsələlər üstündə tez-tez savaşır.
Bu işarə altında dünyaya gələnlər incəsənət və arxitekturanı sevirlər. Onlar yaxşı tərtibatçı, direktor, dərzi və aşpaz olurlar.

QADIN-BUĞA.
Venera bu işarə altında dünyaya gələn qadınlara qadınlıq lətafəti verir. Bu işarə altında anadan olmuş kişilərin zəif hesab edilən cəhəti qadınlarda cazibə sayılır. Bu qadınlar gözəl əşyaları, gül-çiçəyi, bərbəzəkli paltarı ləziz xörəkləri və şərabları xoşlayırlar. Onlar öz pərəstişkarlarını var-yoxdan çıxarırlar. Belə qadınlar adətən qısqancdırlar. Özləri çox yelbeyindirlər, çox zaman ürəkdən vurğunu olduqları adama xəyanət edirlər.

İşarələrin qarşılıqlı münasibətləri:
QIZ, OĞLAQ, XƏRÇƏNG və BALIQLAR ilə ittifaq BUĞA üçün uğurludur, ŞİR, ƏQRƏB, DOLÇA ilə ittifaq əlverişli deyildir. BUĞA ilə ümumi cəhətləri çoxdur, lakin ƏKİZLƏR kimi, BUĞA ilə də tez-tez dava-dalaş olur.
 

3 şərh

lyara
goresen niye buga qadinlar sevdiyi insana xeyanet edir?
məryam
Men buğayam. Amma biz özümle bacarmırıq. Xasiyyetimizde var) Bilirem, heç gözel xisusiyyte deyil.
məryam
Düzdü. Teşekkürler)