Əkizlər (22 may-21 iyun)

Hava işarəsidir. Merkurinin himayəsi altındadır. Xarakteri qeyri-müəyyəndir, xasiyyətində daim vardır. ƏKİZLƏR ağıllıdırlar, maraqları çoxcəhətlidir. Hər şeyi bilməyə həvəs göstərirlər. Dil öyrənməyə qabildirlər, şəraitə asanlıqla uyğunlaşırlar. Yenilməz temperamenti və gözlənilməz reaksiyaları olan maraqlı,cazibəli insan tipidir. ƏKİZLƏR həmişə bir qədər hirsli və əsəbidirlər. Onların özlərinə inamsızlıq dövrləri olur və bunlar bəzi xəstəliyə çevrilir ƏKİZLƏR işarəsi altında dünyaya gələn adam ziyalıdırsa, ətraf cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir. ƏKİZLƏR əksərən nəyinsə düzgünü olan nevrastenik tipidir. İstər elm, istərsə də ədəbiyyat və incəsənət sahəsində ən çox dahilər və istedadlar verən ƏKİZLƏR işarəsidir. Onları sevmək çətindir. Onlar əldən sürüşüb çıxmağa çalışır. Pərəstişkarlarını daim nigaran qoyurlar. Özləri də sevməyə qabildirlər, lakin nadir hallarda mehriban olurlar. Onlarda sevilməyə, qayğı və nəvaziş görməyə böyük tələbat vardır. Tənhalıq vahiməsi bəzən onları intihar dərəcəsinə çatdırır. Ən maraqsız və dəyərsiz adamları üstün tuturlar. İşdə çox zaman şərikli müəllifliyə ehtiyac duyurlar. İdeya vermək onlara ideyanı həyata keçirməkdən daha asandır. Bu işarə altında dünyaya gələn adamlar fəlsəfəyə, riyaziyyata meyl edirlər.
QADIN-ƏKİZLƏR. Gözəl yoldaşdır, ağıllı, diribaş, hazırcavabdır. Onunla bir yerdə olanda darıxmazsan. Adamlarla tez ünsiyyət tapır və istənilən məsələdən söhbət aça bilir. Müstəqilliyi xoşlayırlar və əllərində demək olar, həmişə peşələri vardır. Onların sırasından gözəl inzibatçılar, ticarətçilər yetişir. Bu qadınlar nikahda kişilərə bənzəyirlər özlərinə yaxşı köməkçi və yoldaşdırlar.

İşarələrin qarşılıqlı münasibətləri:
ən uğurlu ittifaqlar BUĞA, TƏRƏZİ, DOLÇA və ŞİR ilədir. Ən uğursuz ittifaq BALIQLAR, QIZ və OXATAN ilə bağlanan ittifaqdır. BUĞA ilə ƏKİZLƏR arasında adətən qarşılıqlı rəğbət yaranır. QOÇ ilə ƏKİZLƏR arasında cazibə duyğusu və bir çox ümumi cəhətlər vardır. ƏKİZLƏRİN özləri arasında ittifaq uğurludur.
Həmçinin bax: Əkizlər bürcünün xüsusiyyətləri
 

0 şərh