Balıqlar (19 fevral-20 mart)

Su işarəsidir. Yupiter və Neptunun himayəsi altındadır. Xarakteri əsrarəngizdir. İncə intuisiyası vardır. BALIQLARA Neptun daim narahatlıq keçirmək, öz özlərinə qarşı mübarizə aparmaq kimi təzadlar gətirir, Yupiter isə uğurlu tale və müdriklik bəxş edir. Zahirən sakit olmalarına baxmayaraq, BALIQLAR bu ziddiyyətli təsir altında tez-tez ruhən əzab çəkir, narahatlıq və sıxıntı keçirirlər. BALIQLAR həm də humanizm və fədakarlıq rəmzidir. Mənən zərifdirlər, ağılları itidir, çox şeyə şəkk gətirirlər. BALIQLARDA intuisiya məntiqdən güclüdür, onlar öz istedadlarını həmişə dərk etmədikləri halda, uzağı görmək bacarığı ilə ətrafdakı adamları heyran qoyurlar. Bu işarə altında dünyaya gələnlər rahatlığı və səliqə-sahmanı xoşlayırlar. Əliaçıq, qonaqcıldırlar, lakin tez-tez qəmgin olurlar. Uşaqlıqdan həyatları normal keçdikdə, ədalətli, səmimi və mehriban olurlar. Yaxşı yaddaşları və elmlərlə məşğul olmaq qabiliyyətləri vardır. BALIQLAR sırasından həm də yaxşı musiqiçilər, rəssamlar, heykəltəraşlar yetişir.

QADIN-BALIQLAR. Aydın nəzərə çarpan fərdi xüsusiyyətləri vardır. Zərifliyi ilə fərqlənir. Sevimli və cazibəlidir. Cah-calalı, rahatlığı, ümumiyyətlə gözəlliyi sevir. Ovqatı və səhhəti Ay səhifələrinin dəyişilməsindən asılıdır. Ay bədirlənən dövrdə gümrah və sağlamdır. Təzə Ay çıxdıqda yorğun və süst olurlar. Daxili aləmləri zəngindir. Keçmişləri bəzən eyibsiz olmasa da, zirəklikləri və incə təbiətləri sayəsində çox gözəl zövqə və ana olurlar.

İşarələrin qarşılıqlı münasibətləri:
BUĞA, XƏRÇƏNG, OĞLAQ, ƏQRƏB, QIZ ilə nikahlar uğurludur. QOÇ işarəsi BALIQLARI böyük bir qüvvə ilə cəzb edir, lakin burada xarakterlərin müxtəlifliyi özünü göstərir. Odur ki, ittifaqı o qədər də xoş və əlverişli deyildir. ƏKİZLƏRƏ böyük rəğbət bəsləyirlər. Hər iki işarənin çox çevik olması sayəsində ittifaq mümkündür. XƏRÇƏNG işarəsi ilə dostluq, əməkdaşlıq və nikah olduqca əlverişlidir. ŞİR və BALIQLAR arasında qarşılıqlı rəğbət, habelə güclü cazibə olmasına baxmayaraq nikah məsləhət deyildir. ŞİRİN tez qızışması və ehtirası bəzən BALIQLARI incidir. BALIQLAR OXATAN ilə münasibətlərində böyük çətinliklərə rast gəlirlər, onların arasında uğurlu nikah çox nadir hallarda olur. Bu işarələr arasında mövcud olan fiziki cazibə möhkəm ittifaq üçün kifayət deyildir. QIZ ilə BALIQLAR arasında rəğbət vardır, lakin onların bir-birinə fiziki marağı güclü deyildir. Eyni sözləri TƏRƏZİ haqqında da demək olar, hərçənd TƏRƏZİ ilə BALIQLAR arasında hörmət, yaxşı əməkdaşlıq və dostluq vardır. ƏQRƏB ilə ittifaq ahəngdar və möhkəmdir. BALIQLARI və OĞLAĞI çox şey birləşdirir. Bu işarələr bir-birinə meyl edir. Nikah uğurlu ola bilərdi. DOLÇA ilə nikah nadir hallarda uğurlu olur: DOLÇANIN təbiətən soyuqluğu mane olur. BALIQLAR işarəsi ilə nadir hallarda yaxşı münasibətlər yaranır.

0 şərh