Gedənə dur demə əsla!!!!!!

İnanın ki, dəyməz gedənə Dur demək… Axı
Gedənə dur demək sənin böyük səhvindir
Gedənə dur demək sənin acizliyindir
Gedənə dur demək sənin məcbur sahib olma istəyindir
Gedənə dur demək özünü aldatmandır
Gedənə dur demək boş ümidlənməyindir
Gedənə dur demək dəyərinin itməsidir
Gedənə dur demək gedişini gecikdirməkdir
Gedənə dur demək sevməyənə sev deməkdir
Gedənə dur demək boş zaman itkisidir
Gedənə dur demək qürurunun itməsidir
Gedənə dur demək qarşılıqsız sevgidir.

 

.Gedene dur demek .....

«Gedənə dur deməsəm sabah peşman olaram» deye düşünməyin, sən bunu artıq deyə biləcəyin qədər demisən. Bu andan sonra gedənə dur demək faydasız, nəticəsiz olacaqdır, çox şey itirəcəksən bu halda, ən əsas özünü itirəcəksən… Bir gün ürəyində olan bu sevginin əslində o qədər də böyük olmadığını anlayacaqsan. Zaman hər şeyi hell edəcək… BİR DƏ ONU BİLİN Kİ, əger o bir gün sizə geri dönməyi özü seçərsə, sizin ona qarşı olan sevginiz əvvəlki kimi olmayacaq, əvvəlki sevginin yerini doldurmayacaq… Təbii olaraq, sevən həqiqətən sevirsə onsuz da geri dönəcək. Amma gedib bir daha qayıtmırsa, deməli onun dərdi də başqa imiş. Eyni zamanda bele düşünün: Gedənə qal dediyin halda qaldəsa, bundan sonra onunla davam etmək səni qane edəcəkmi? Gedən getməsi üçün səbəblər var, əvvəlki dəyərin qalmamış ola bilər, ya da nəsə çatışmamazlıq var. Qərarsızlıq halında olsa və qalsa belə o çatışmamazlıqları həmişe hiss etmiş olacaq. Gedənə deyilir: «Yolun açıq olsun». Ən dərin sevgi yaraları belə sonsuza qədər davam etmir, unutmayın. Keçər, bu da keçər, sadəcə səbrli olun.Unutmayın «onu unutmağa çalışmaq onu unuda bilməməkdir»

 

4 şərh

asel
ay, nə gözəl yazıdır. bunu niyə əvvəl görməmişəm?
heyatin-ellerinde
cox maraqli idi hem de duzgun
kagizgemiler
GEDENE DUR DESEN DEMEK ACİZSEN....ÇOOOX MARAQLI VƏ  GÖZƏL YAZIDIR.TEŞEKKÜRLƏR
tarixci1919
Mənə elə gəldi ki, mətnin axırıncı cümləsi bütün mətnin mövzusu ilə təzaddır. Yoxsa mən səhv başa düşdüm?