Рейтинг
+9.13

Coğrafiya tarixi

22 üzv, 59 topik

Arktikanın tədqiqi

Arktikanı təyyarə ilə tədqiq etmək fikrini ilk dəfə olaraq cənub qütbünü fəth edən Noveçli Rual Amundsen irəli sürmüşdür. 1925-ci ildə o, amerikanlı Linkol Elsuortla birlikdə ilk dəfə olaraq Arktika hövzəsinə hava yolu ilə ekspedisiya təşkil etmişdilər. Elsuortun vəsaiti ilə iki hidrotəyyarə alınaraq Şpispergenə gətirilir. May ayının sonunda təyyarələrKonqsfordan uçaraq 870437 şimal en dairəsində məcburi enməli olur. Bu uçuşun elmi cəhətdən əhəmiyyəti 800 şimal en dairəsinə qədər qurunun olmamasının müəyyən edilməsi oldu.


Ardı →

Antarktidanın kəşi və öyrənilməsi

1768-ci ildə Ceyms Kuk Şimali Amerikada Müqəddəs Lavrentiya çayının, həmçinin Nyufaundlendin sahil xətlərinin xəritələrinin çəkilməsi ilə məşğul idi. Həmin ildə o, Veneranın hərəkətini müşahidə etmək adı altında təşkil olunmuş ekspedisiyaya komandir təyin olunur. Kuk Veneranın hərəkətini müşahidə etməklə yanaşı, daha cənuba üzməklə burada mövcud ola biləcək kontinenti axtarmaq tapşırığı almışdır. Cənubda materik kəşf olunmadığı halda Kuka Abel Tasmanın aşkar etdiyi və hazırda Yeni Zelandiya adlanan torpağı tapmaq və onun koordinatlarını müəyyən etmək tapşırığı verilmişdir. Beləliklə, əsas məqsəd Veneranın hərəkətini müşahidə etmək pərdəsi altında əsas məqsəd cənub materikini aşkar etmək və onu Britaniya imperiyasına birləşdirmək olmuşdur.


Ardı →

Afrika materikinin tədqiqi

Afrika materikinin yeni dövr tədqiqi 1788-ci ildə Britaniya tərəfindən yaradılmış «Afrika assosiasiyası» cəmiyyətinin yaradılması dövründən başlayır. Əsas məqsəd materikin mərkəz hissələrini tədqiq etməklə yeni xammal bazaları və xammal mənbələrinə malik olmaq, həmçinin tədqiq olunmuş ərazilərdə ingilis hökmranlığını təsdiq etməkdən ibarət idi. Bu baxımdan Britaniyanın bütün kapitalist dairələri maraqlı olduğundan ekspedisiyaların təşkili maddi cəhətdən böyük çətinliklərlə üzləşmirdi
1788-ci ilə qədər avropalılar Afrikanın şimal-şərq zolağı, Seneqal və Qambiya çayları arasında ərazilər, Konqo çayı mənsəbinə yaxın sahələr, Narıncı çayınıın cənubu, Zambezi çay ınını aşağı axını, Mavi Nil çay ından şimala Efiopiya və Misir haqqında məlumatlara malik idilər.


Ardı →

Avstraliya və Indoneziyanın öyrənilməsi

1606-cı ildə Avstraliyanın Torres tərəfindən kəşfi 150 ildən artıq gizli saxlanıldı. Manilanın ingilislər tərəfindən işğal olunması Torresin arxiv materiallarının ələl keçməsinə səbəb oldu. Materiallar araşdırılarkən materikin çoxdan ispanlar tərəfindən aşkar olunmasına baxmayaraq hələ də gizli saxlandığı məlum oldu. Bundan sonra Avstraliya ingilislər tərəfindən sürətlə tədqiq olunmağa başlandı.
1788-ci ildə Port-Ceksondan təlqiqat işləri başlandı. Hazırda Avstraliyanın şimalında adına çay olan Metyu Flinders Corc Bassla birlikdə Botani-Bey körfəzi və Corc çayının tədqiqinə başladılar.


Ardı →

Yeni dövrün səyyahları

Qriqori Ivanoviç Şelixov (1747-1795)

Rus tədqiqatçılarının Şimali Amerikanın Alyaska sahillərində ilk dəfə olmaları XVIII əsrin əvvəllərinə təsadüf edir. Bu zamandan etibarən ruslar Şimali Amerikanın qərbində məskunlaşmaqla tədricən cənuba doğru irəliləməklə müasir San-Fransisko (Frensisi Dreykin adını daşıyır) şəhərinə qədər çatmışlar. Beləliklə, Alyaska uzun müddət rus hakimiyyətinin təsir dairəsinə çevrilmişdir. Alyaskanın mənimsənilməsində mühüm rol oynayan tədqiqatçılardan biri Qriqori Ivanoviç Şelixov olmuşdur.


Ardı →

Asiya qitəsinin tədqiqi

Adalarla birlikdə 44,4 mln kv.km sahəyə malik olan Asiya ərazisi, təbii şəraiti, sərvəti və xalqlarının avropalılar tərəfindən öyrənilməsi quru ilə başlasa da, onun tədqiq olunmasının daha geniş vüsət alması portuqalların Afrikanın cənubundan dəniz yolunun aşkar edilməsi ilə bağlıdır. Çünki mürəkkəb təbii şəraitə, müxtəlif relyef quruluşuna, hündür dağ silisilələri və yaylalara malik olan qitədə dövlətlərin quru yolla tədqiq olunması, sonradan isə bu ölkələrlə əlaqə saxlanılması çox çətin idi. Bu baxımdan dəniz yolunun kəşfi müxtəlif dövlətlərə səyahət etməyi nisbətən asanlaşdırdı və vaxt baxımından daha səmərəli olmasına səbəb oldu. Buna baxmayaraq sonrakı dövrlərdə də öz əhəmiyyətini itirməmişdir.


Ardı →

Şimal qütb tədqiqatçıları

Bir çox yüzilliklər ərzində insanlar qütb ölkələrinə doğru irəliləmək, onları tədqiq etmək və mənimsəməyə çalışmışlar. Lakin mövcud texnika, sərt iqlim şəraiti uzun müddət bunu qeyri-mümkün etmişdir. Buna baxmayaraq cəsur tədqiqatçılar tədricən şimal dənizlərin mənimsənilməsini mümkün etmiş və mərhələ-mərhələ şimal qütbünə doğru irəliləmişdir. Misal olaraq Novqorod dənizçilərini, Skandinaviya ölkələri səyyahlarını, ruas Amudseni, Henri Hudzonu, Vitus Berixqi, Qeorqi Sedovu, Fitiof Nanseni və bir sıra XX əsrin tədqiqatçılarını göstərmək olar.
XVI əsrin birinci yarısında şimal-qərb istiqamətdə Çin və Hindistana dəniz yolunun açılması gündəmə gəldi.


Ardı →

Rusların Şimali Amerika tədqiqatları

Şimali Amerikanın öyrənilməsi rusların Avropanın bir sıra dövlətlərindən gec başlanmasına baxmayaraq coğrafiya tarixində özünəməxsus yeri vardır. Son dövrlərin məlumatlarına görə rusların Alyaska yarımadası ilə ilk tanışlığı üç əsr bundan əvvəl başlamışdır. Asiya ilə Amerika arasında boğazın olmasına ilk dəfə Semyon Deynyov desə də (1648), bu boğaz haqqında müəyyən qədər aydın məlumatlar «Qavriil» gəmisində şturman Ivan Fyodorov və geodozist Mixayil Qvazdova (1730) məxsus olması haqqında fikirlər vardır. Coğrafiya tarixində onların 1732-ci ildə Amerika sahillərinə üzməklə şahzadə Uels burnuna yanaşmaları haqqında məlumatlar mövcuddur.


Ardı →

Avstraliyanın kəşfi. Ceyms Kuk

Magellanın Cənubi Amerikanın cənubundan keçməklə odlu torpağı görməsi qarşıya belə bir sual çıxardı ki, görəsən bu torpaq Ptolomeyin cənub qütbündə göstərdiyi materikin yarımadası deyilmi. Sumatra, Yava, Borneo (Kalimantan), Çe-
lebesa (Sulavesi) adalarının portuqallar tərəfindən kəşf edilməsi bu ərazilərin naməlum Cənub materikinin hissələri olması fikrini yaratmağa başlamışdır. Bu materik «Terra Avstralis Inkoqnita», yəni «Naməlum cənub torpağı» adlandırılırdı. Holland kartoqrafı Abraham Ortelinin (1524-1598) tərtib etdiyi xəritədə nəhəng materik kimi göstərilən bu torpaqda qızıl tapmaq arzusu yaranmışdır. 1568-ci ildə ispan dənizçisi Mendaniyanın Solomon adalarını kəşf etməsi Cənub materikinin axtarışını daha da sürətləndirdi.


Ardı →

Fiziki coğrafiya

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri«dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.
Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.


Coğrafiya elmi iki əsas sahəyə bölünür:
Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir.
İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir.
Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur.


Ardı →