Sakura 18 aprel turniri

1. Keçmiş MDB-ə ancaq Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə Çində olub. Allah qoysa bəlkə Böyük Britaniyada olacaq:) Bəs ən çox harda olub?
Cavab. Əlbəttə ki, Yunanıstanda. Söhbət Olimpiya oyunlarından gedir.

2. Bir rus inancına görə bu amerikan firmasını əslən rus olan Davıdov və Xarlamov yaradıb. Əslində gop olsa da,Rusiyada hələ də çoxları buna inanır.
: Harley-Davidson (motosikl istehsalında dünya liderlərindən biri)

3. Kral Artur,Herakl, Fateh Vilhelm,Leonardo Da Vinçi, aktyor Cek Nikolsonu məhz bu xüsusiyyət birləşdirir. Onların sayı getdikcə artır. Fahişəlik, çətin həyat tərzi, sevgidə xəyanət və s. onların sayının artmasında böyük rol oynayır.

Cavab: qeyri-qanuni uşaqlar(Дети вне брака)

4. Baron Münhauzen və Neyl Armstronqu məhz bu cəhət birləşdirir?
Cavab. Aya səyahət.

5. Andorrada insana bunu ya Fransa,ya da İngiltərədə etmək imkanı verilir. Hansı seçim imkanı?
Cavab: öz həbs cəzasını çəkmək.Çünki Andorrada həbsxana yoxdur.

6. Ən çox Sakit okeanda,ikinci Şimal buzlu okeanında,sonra Atlantik okeandadır. Ən az isə Hind okeanındadır.nə?
Cavab. Dəniz dayı. Sakit okeanda 13,Atlantik okeanda 9,Şimal buzlu okeanı-10,Hind okeanı-5 dəniz var.

7. Onların birincisi Praqada doğulub, ikincisi isə müasir Polşada. Onların arasında yəhudilər çoxdur. İnanırıq ki,onların arasında azərbaycanlılar da olacaq.
Cavab. Şahmat çempionları. Vilhelm Steynits və Emmanuil Lasker.

8. Fransada,Avstriya-Macarıstan, Siciliya,İspaniya,Almaniya və s. Avropa ölkələrinin krallarının çoxunu,dünyanın ən böyük iqtisadçı və filosoflarından birini(Marks),alman kuturyesi Lagerfeldi,biologiyada bioloji təsnifatı yaratmış Linneyi məhz bu xüsusiyyət birləşdirir.
Cavab. Adları Karl idi.

9. Məhəmməd Əli, Co Freyzer, Şteffi Qraf, Lev Yaşin ,Mişel Platini,Zinəddin Zidan, Eysebio,Devid Bekhem,Marat Safin..... Bu siyahını çox uzatmaq olar. Onları birləşdirən nədir? Çinli işbazlar onu xüsusilə sevirlər və onu müxtəlif adlarla tanıdırlar. Nəzərə alın ki,onun vətəni Almaniyadır.
Cavab. Adidas firması.

10. Pikasso deyib ki, Rəssam-sata biləcəyi çəkən adama deyirlər.Yaxşı rəssam isə-
Cavab: çəkdiyini sata bilən adama.

11. “İnsan üçün kiçik addım, insanlıq(bəşəriyyət) üçün isə böyük addım” sözlərini kim yaxud harada deyilib?
Cavab. Neil Armstrong Aya qədəmini basarkən.

12. 1895-ci il 28 dekabrında Parisdə hansı əlamətdar hadisə baş vermişdi?
Cavab: ilk dəfə kino göstərildi.

13. Eramızdan əvvəl 356-cı ildə iki hadisə oldu ki,bunun sayəsində 2 adam məşhur oldu. Birincisi Makedoniyalı İsgəndərin doğumu idi. İkinci hadisə zamanı da bir nəfər məşhur oldu. Mən istəməzdim ki,kayzen.az istifadəçilərindən hansısa biri o adam kimi məşhur olsun.O məşhur adam kimdir?
Cavab: Herostrat. Dünyanın 7 möcüzəsindən biri olan Efesdəki Artemida məbədini məşhurluq xətrinə yandıran adam.

14. 1931-ci ildə Nyu-yorkda məşhur Empayr Steyt Bilding (Empire State Building) tikilənə qədər dünyada ən hündür tikili hansı idi?
Cavab: Eyfel qülləsi

15. Geoloqlar arasında Feliks Krivinin (rus ədibi) bir sözü məşhurdur: “Faydalı olmaq üçün,.... olmaq lazım deyil.”
Cavab. Qazıntı. - Ископаемым

 

36 şərh

IDEAL
Vaxt bu dəfə nə qədər olacaq?
2ral
Mən konservativ insanam:))
TM-çi
Vaxt 18:10-da bitəcək ya 18:15-də?
Freddie
Təklif edirəm ki, etalon saat olaraq Aztv.az saytında baş səhifədə göstərilən saat götürülsün ki, hamıda eyni olsun. Beləcə hamı o saatı izləyərək vaxt itkisindən özünü sığortalamış olar.
HTML
sonra da deyirlər ki,bizim xalq dəqiqliyi sevmir. Baxdım,düz 18:00 hamı artıq sayta girmişdi.
2ral
Vaxt qurtardı.
Elsamir
vaxtdan keçib artıq
2ral
sualları müzakirə edin,kim hansı suallar a düz cavab yazdığından əmindirsə yazsın,mən düzgün cavabları müzakirədən sonra yerləşdirəcəm.
Freddie

Onda yaxşı olar ki, sualları nömrəsiylə bura yerləşdirəsiz, çünki yadda saxlamaq çətindir.

Leyla
Təzədən həmin forma baxıb sulların nömrəsini yazaq.
papatürk
2ral,əla ideyadır. qoy bir az müzakirə olsun. firma Harley-Davidson idi,100 faiz.
Leyla
Suallar yenə də çox maraqlı idi. Mən cavabları gözləyirəm.
NICO_R
yaxşı idi ) görək nə çıxacaq ))
HTML
13-cü sualın cavabı Herostrat idi.
Freddie
Amma heç də sualların hamsı NHN tipli deyildi…
fidan
Sualların NHN tipində olması vacib deyil. Əsas odur ki,intellektual sual olsun.Sakura turnirin fərqi budur.hələ gələn həftə tamam dəyişəcək sual tipləri.
Agali
Sualları yox vaxtı müzakirə edək. Vaxt o qədər az idiki. Tələsik oxuyub cavab yazırsan.Sonrada səhv salırsan.
IDEAL
Bununla razıyam. Birinci suala Olimpiya oyunları yazmışam. Əslində isə sualda soruşulan başqa idi. Vaxt azlığı buna imkan vermir ki, sualları normal oxuyasan.
Elsamir
cavabları verə bilmərsiz?
2ral
Artıq verildi cavablar postda.
bankir
Suallar çox maraqlıdır.Qazıntı və Olimpiya oyunları haqda suallar lap xoşuma gəldi.Kimlər qalibdir?
Freddie
14-cü sualın cavabı Chrysler Building-dir. 1930-cu ildə 1931-ci ilə kimi, 11 ay dünyanın ən hündür binası olub. 2ral, xahiş edirəm dəqiqləşdirin cavabınızı.
fidan

Düzdür.Bu sualı mən hazırlamışdım.sizin cavabınız da sayılacaq.

Freddie
Doğrusu mən bu suala tez tələsik cavab verdiyimdən, yanlış cavab yazmışdım. Deyir gülmə qonşuna gələr başına :D






2ral
mənə bir şey maraqlıdır.Yəni yarışdakıların çoxu doğrudanmı inanır ki,Sakit okeanda cəmi 13 ada var? Ən asan suala uşaqların yarısı ada cavabı yazıb. Herostrata aid suala isə Əbül-fərəc İsfahani cavabı vermək isə lool.
Ən çox suala hərəsi 6 sual olmaqla NICO_R və Aza cavab verib.
TM-çi
Düzdü mən ada yazmamışam.Amma sualda heç 13 rəqəmi də yox idi…
Aza

2ral axı say sualda qeyd olunmamışdı ona görə ada ağıla gəlib.

2ral
Sorry,mən səhv etdim.
ramzes
Azərbaycanca yazaq
Aza
2ral əgər hər ikimizə eyni xaldısa mən razı oluram ki,NİCO_R -i qalib elan edəsiz çünki o oyunda ilk dəfədir ki, iştirak edir.
NICO_R

mən razı olmuram, necə olmalıdı elə də olsun

fidan
Mükafat məbləği 2 nəfər arasında bölünür(NICO_R və Aza). Pul onların balansındadır.amma istəsələr mənimlə əlaqə saxlayıb tez ala da bilərlər.
Bugündən sonra isə yarışda yeniliklər olacaq.Bu barədə sabah xəbər veriləcək.
HTML
Maraqlııdr,bu dəfə Leyla və bankir neçə suala cavab verib?
şərh silinmişdir
Agali
Turnirin vaxtı dəyişdirilsə yaxşıdı. Axşam saat 8-dən sonra olsa daha yaxşı olar.Onda hamı iştirak edə bilər