"Renessans" komandasının sualları ( VI hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz.

26.   Şeirə diqqətlə qulaq asın.

Sən dünyalar gözəlisən,                                                       Azadlıqlar diyarında

Uşaq kimi qəribəsən,                                                           Ya da başqa kainatda

Mənə hər an gərəklisən,                                                       Iğdır, İzmir nə Ankara

Qəlbimin bir küncündəsən                                                    Təksən inan bu dünyada


Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın....

Müəllif:Vüqar Ağayev

27. Onlar 2-si də dahi idilər. Biri italyali digəri azərbaycanlı. Bir-birindən 4 əsr fərqlə yaşasalar da eyni bir şeyi iddia edirdilər. Birincinin tam ciddiyyətlə sübut etməyə çalışdığını hamı istehza ilə qəbul edirdi. Ikincisi isə artıq sübut olunmuş bu fikri özünəməxsus istehza ilə yazırdı. Biz sizdən I və II-nin kim olduğunu soruşmuruq. Onlar hər ikisi bizim uşaqlalıqdan çox gözəl bildiyimiz hansı fikri iddia edirdilər...

Müəllif: Nadir Zamanov (mr13)

28. Bir nağıla qulaq asaq: Afrikada bir kral varmış.Hara gedərmiş dostu ilə gedərmiş,hər hərəkətini etməzdən əvvəl onunla məsləhətləşərmiş.Dostu isə hər pis hadisəyə "hər işdə bir xeyir var” deyib keçərmiş.Bir gün kral ova çıxır.Dostu onun tüfəngini doldurarkən səhvə yol verir və kral atəş açan zaman baş barmağını itirir.Dostu yenə "hər işdə bir xeyir var” deyir və bu kralı çox qəzəbləndirir."Axı bunda nə xeyir ola bilər” deyən kral onu həbsə atdırır.Bu hadisədən 5 il keçir.Bir gün şah köməkçiləri ilə birgə ova çıxır.Meşədə azan kral və köməkçiləri adam əti yeyən hindu qəbiləsinin əlinə keçir.Hindular kralın bütün adamlarını öldürürlər, baş barmaqsız kralın isə öldürüləcəyinin uğursuzluq gətirəcəyini fikirləşib onu sərbəst buraxırlar.Geri dönən kral dostunu zindandan çıxartdırıb ondan üzr istəyir. "Dostum sən haqlı idin. Bağışla ki səni hədər yerə 5 il türmədə saxladım”. Dostu cava bında şaha "hər işdə bir xeyir var”deyir. Həqiqətən də o haqlı idi. Bəs nəyə görə?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

 

29. Bu yaxınlarda Meksikada dünyanın ən böyük muzeyini açmağı planlaşdırırlar.Maraqlıdır ki, bu muzeydə eksponatlar və ya rəsm əsərlərin deyil, böyük daşlardan ibarət fiqurlar sərgi- lənəcək muzey təşkilatçıları deyirlər ki, arterial təzyiqi yuxarı və ya aşağı olan, ürəyi zəif olanların bu muzeyə daxil olmasına icazə verilməyəcəkdir.Sizcə səbəb nədir? Vaxt getdi.

Müəllif:Sabir Əsgərov

30. Əvvəllər İngiltərədə yeni yaradılan dəmir yolları üzərində  tunellər yox idi. Lakin 1906-cı il-dən sonra tunellərdən istifadə olunmağa başlandı.Bunun səbəbini deyin.

Müəllif:Vüqar Ağayev

 

18 şərh

Nailə_Rzayeva
27. Yer kürəsi fırlanır...
28. Çünki o da hindu qəbiləsinə əsir düşüb ölə bilərdi..
bankir
27.Tusi və Qalileydən gedir söhbət.
bankir

29.Çünki daşları özləri daşımalı idi.

Leyla
30. Tunelin üstü necə açıq ola bilər? Tunel elə üstü bağılı yer deməkdir.Sualda ziddiyət var.
mr13
ok düzəldirəm yaddan çıxmışdı. sual ilk versiyasında olduğu kimi redaktəsiz verilib.
fidan
26-cı sualda şeir 2 bənddir? Niyə onları alt-alta yazmamısınız? Yoxsa sualın tipi belədir?
mr13
cavabı asanlaşdırmamaq üçün. Artıq ipucu verdim.
Nailə_Rzayeva
29. Bəlkə sualtı muzeydir, ona görə?
bankir
Google deyir ki,düz deyirsiniz:-)
Nailə_Rzayeva
:-) Düzü bu suallar üçün Google-a baxmadım, çünki sadə suallardır. Sadəcə oxumuşdum ki, bu yaxınlarda Meksikada sualtı muzey açılacaq.
Qaldı 26 və 30-cu suallar onları da bilmirəm :-)
fidan
30. müharibə qorxusu ola bilər? Havadan bomba atılmasın deyə.
Aza
30.Yox mən bilən yollar elektrikləşmişdi və təhlükə yaratmasın deyə
Agali
30. Tunel daha sonra ağıllarına gəlib :)
Agali
26. Doğulduğu yer.
bankir
Sumqayıt!!!!
Fikir versəniz,hər sətrin baş hərfi S,U,M,Q,A,Y,I,T hərfləridir. Müəllifə və özümə afərin!
mr13

26. Sumqayıt


27. Dünya Fırlanır (Qaliley və B. Vahabzadə)


28. Çünki o da hindu qəbiləsinə əsir düşüb ölə bilərdi


29. Sualtı muzey


30. qatarlar Elektriklə işləməyə başladı (Yəni kömürlə işləyəndə qatarların qapalı məkana girməyi zəhərlənmə ilə nəticələnə bilərdi)

Elsamir

bu sualları oynamışdıq


özüdə yaxşı nəticə göstərmişdik


Renessansın sualları həmişə əla olub +1