NDU-nun "Əlincə" komandasının sualları. 1-ci hissə.

Salam. Mən burada sizə Naxçıvan Dövlət Universitetinin "Əlincə" komandasının təşkil etdiyi 2 yarışın (hələlik 2) suallarını təqdim edəcəm. İlk yarışda komandalara 30, ikinci yarışda isə 40 sual verilib. Hər bir hissədə sizə 5 sual təqdim olunacaq. İstifadəçilər düzgün cavab versələr bu qeyd olunacaq. Cavabı tapılmayan sualların cavabları da müəyyən müddətdə yerləşdiriləcək. Bu xəbərdə ilk yarışda səslənən 5 sualı sizə təqdim edirəm.  
 

1. Aleksey Balabanovun məşhur «Brat 2» («Qardaş 2») kinosunda həmyerlisi ilə birgə amerikalı qadının evinə daxil olan baş qəhrəman həmin qadını çox qorxudur. Jurnalist olan həmin qadın baş qəhrəmanın yanında olan rus qadına «Siz qanqstersiniz?» (yəni Siz banditsiniz?) sualını verir. Rusiyalı qadın YOX deyərək sözünə davam edir və 2 söz işlədir. Bu 2 söz nədir?

Müəllif: Mütəllimzadə Seymur.

 

2. Bu şirkət ilk olaraq təyyarə mühərrikləri zavodu kimi 1916-cı ildə təsis edilib. Emblemi fırlanan təyyarə propellərinin təsviri bu şirkətin ilkin təyinat nişanəsidir. İlkin dövrlərdə bu şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayıb. 1 dəqiqə ərzində cavab kartlarınıza bu şirkətin adını yazın.

Müəllif: Babayev Şamo.

 

3. Norveçli alim və səyyah Tur Heyrdal öz araşdırmaları ilə elm aləmində məşhurlaşıb. O, Azərbaycanda olarkən Qobustan qayalarında araşdırma aparmış və burada qayaüstü gəmi şəkillərini dünyanın ən qədim gəmi şəkilləri kimi təqdim etmişdi. Onun fikrincə Azərbaycan xalqının kökü ilə «ONLARIN» kökü eynidir. Onlar kimdi?

Müəllif: Mütəllimzadə Seymur.

 

4. Bununla bağlı probemlər müasir günümüzdə də çox aktualdı. Bəziləri bunu müsbət bəziləri isə mənfi tərəfdən izah edirlər. Tarix elmində bunu XX əsrin vəbası adlandırırlar. Əgər söhbətin nədən getdiyini bildinizsə, bunun ilk elmi tərifini və əsaslarını doktrina şəklində yazmış insanın kim olduğunu tapın.

Müəllif: Mütəllimzadə Seymur.

 

5. Bu məktəbdə bir-biri ilə söhbət edən materialist Aristotel əlini yerə, idealist Platon isə göyə uzadıb. Söhbət hansı məktəbdən gedir?

Müəllif: Mütəllimzadə Seymur.

 

11 şərh

Əliyev
2. BMW
3. vikinqlər
WinRar
Tamamilə doğrudur!
WinRar
Deyəsən heç kimin marağı yoxdur :(

Düzgün cavablar.

1. Biz Rusiyalıyıq.
2. BMW
3. Vikinqlər
4. Benito Mussolini (söhbət faşimzdən gedirdi)
5. Afina məktəbi (söhbət Rafael Santinin məşhur «Afina məktəbi» rəsm əsərindən gedirdi)
 
Medikamentoz
Suallar asan idi,bəlkə də rastlaşmışdım deyə.Səhv etmirəmsə Xəmsədə səslənən suallardandır.Yenilərini gözləyirəm.Müəllifə təşəkkürlər.
WinRar
Xeyr. Sullarda olan faktlar sizə tanış ola bilər. Amma suallar hası bizim tərəfdn hazırlanıb və ALLAH şahiddir. 2 yarış təşkil etmişik. 1-də 30 digərində 40 sual olub. Çətinləri də var. Yeni paketi indi yerləşdirəcəm. Çətinləri də var.
Medikamentoz
Məmnuniyətlə gözləyirəm :)
azadmamedov90
naxcvn dvlt universtetine gelib gezmey nesibiniz olsun…
Medikamentoz
Bəlkə Novruz ərəfəsində bir tur rəşkil edəsiniz gələk,və ya dəvət daha gözəl olardı,Naxçıvana çoxdandır gəlmək istəyirəm,ancaq...Qismət…
WinRar
Elə bir turnir olsa dəvət edərik böyük məmuniyyətlət. Hələlik ancaq universitet daxili keçirdirik.
azadmamedov90
men kimemki, sade bir vetedas/// ama siz oz hesabiniza gelib gezin///   :)
WinRar
Hə düzdü. Mən adi vətəndaşam :)