Sakura 25 aprel turniri

Suallar bu ünvandadır

1. Onun atasının başına ticarətçilər and içirdi, anası isə məhəbbət və sevgi allahı idi. Təbiətdə belələrinə çox rast gəlmək olur:itər bitkilər,istərsə də heyvanlar arasında o çoxdur. Bəzən oğlanlar bir-birini təhqir edəndə yaxud zarafat edəndə də onun adını işlədirlər. Mənə bu gözəl yunan gəncinin adını deyin.
Cavab: Hermafrodit, Hermesin və Afroditanın oğlu.

2. Pyotr,Yakov,Filipp,Andrey,Foma,Faddey,Simon(Şimon),Alfeyev,Varfolomey,İoann,Matfey. Siyahıda kim çatışmır?
Cavab: İuda

3. Fransızlar onu “milli ülgüc” sayır
Cavab: gilyotin.

4. Oğrular cəmiyyətə ziyan vurur və ona görə də insanların çoxu oğrulara qarşı mübarizə aparır. Amma biz ən xeyirxah oğruya borcluyuq,çünki o olmasaydı insan sivilizasiyası indiki halda olmazdı. Bu titan-oğru kimdir?
Cavab: Prometey. Odu tanrılardan oğurlayıb insanlara verən titan.

5. Yunanlar oranı “Pretannika” adlandırırdilar.
Cavab: Britaniya.

6. Romada insanlar 3 yerə bölünürdü. Birincisi-patrisilər, ikincisi-plebeylər. Üçüncüsü?
Cavab: qullar

7. Hindi dili: somvar,manqalvar,budhvar, quruvar,şukravar, şanivar,ravivar. Yəhudilər üçün bunların hansı əzizdir?
Cavab: Şanivar.Söhbət həftənin günlərindən gedir. Yəhudilər üçün isə şənbə günü daha yaxındır.

8. Merfi qanunları stilində sual. Biznesmenlər üçün Piter prinsipinə görə əgər siz qanuna uyğun hərəkət etməsəniz sizi cərimələyirlər.Əgər qanuna uyğun hərəkət etsəniz,.....Fikri bitirin.
Cavab: Sizdən vergi alırlar.

9. 1855-ci ildə 1 kq 500 qızıl rubl.1899-cu ildə 1 kq 1 rubl. 2008-ci ildə dünyada 40 milyon tona yaxın istehsal edilmişdi.O,19-cu əsrdə bir danimarkalı tərəfindən kəşf olunub. Nə?
Cavab: Alüminium. Onu,1825-ci ildə Hans Xristian Ersted kəşf etmişdi.

10. 170 il ərzində Boliviyada bu 190 dəfə olub. Bu göstəriciyə görə o dünya ölkələri arasında o liderdir.
Cavab: dövlət çevrilişlərinin (inqilabların) sayına görə.

11. Genuya arxiyepiskopu zarafatla demişdi ki, Vatikan klonlaşdırmanın əleyhinə olsa da, istisna kimi o xanıma icazə olar. Saysız mükafatların sahibi olan bu xanım nənə Napoli klubunun azarkeşidir. O bir dəfə demişdi ki, əgər Napoli qalib gəlsə o striptiz göstərəcək. Bu xanım 70-ci illərin seks-simvoludur. O kimdir?
Cavab: Sofiya Şikolone, yəni Sofi Loren.

12. Dünyada xristianlığı rəsmi şəkildə ilk dəfə qəbul etmiş ölkə hansıdır?
Cavab: Ermənistan.

13. Bu avaralardan birinin adı hər dildə müxtəlif səslənir. Qalan səkkizi, bəzilərinə görə yeddisinin adı isə çox dildə eynidir. Onlardan hansı yunandır?
Cavab: Venera. planetes yunanca sərgərdan,avaralanan, gəzən deməkdir. Söhbət 9,təzə qaydaya görə isə 8 planetdən gedirdi. Planetlərin adları romalıların dilindədir, bircə Yer və Veneradan savayı

14. Şillerin fikrincə qorxulu sonluq daha yaxşıdır nəinki ...
Cavab: sonsuz qorxu

15. Al Kapone,Şvartsnegger, Madonna,Çe Qevara, II Yekaterina,Con Travolta, Fidel Kastro onu sevirdilər. Karl Yunq deyirdi ki, o kişinin tənasül orqanının simvoludur:) .Mən onun nə olduğunu soruşmuram, amma onun ən asossasiya olunduğu adamın adını yazın.
Cavab: Siqar ən çox Uinston Çörçill ilə yada salınır.

 

62 şərh

Cavid
2ral yəqinki sən 18:11 nəzərdə tutmusan ( suallara son cavab vermə vaxtı)
Agali
suallar harda qaldı? :)
NICO_R
???
NICO_R

maraqli idi ama deyesen cox telesdim ) vaxt var hele?

Leyla
Azərbaycan hərfləri ilə yaz,NICO_R.
2ral
Xanımlar və cənablar! Vaxty qurtardı. Cavablar indi yerləşdiriləcək. Qaliblər və nəticələr haqda 1 saat ərzində informasiya yerləşdiriləcək.
Elsamir
təəssüf gecikdim
Leyla
Sualların bəzisi çox asan,bəziləri çox çətin idi.
IDEAL
Düzü heç cürə vaxt çatdıra bilmədim bu səbəbdən xoşuma gələn sualı qeyd etmədim. Ancaq həqiqətən birinci sual çox maraqlı gəldi mənə.
Azero

Salamlar… Ya mən nəyisə çatdıra biləcəm, görəsən bir dəfə? Yenə tələm-tələsik yazdım getdi e..


 

bankir
Kişinin tənasül orqanı nə idi?:-) Kimsə bu sualın cavabını bilir?
Azero

Heç demə )) Yəqin sisqar zad olar. Oy da Çörçill!!! Necə də yandırdım… Mən dedim hansısa silah zaddır, Kolt yazdım. ))))


 

Azero
Yəni, siqar.
Aza
fransiz ülgücü dəqiq  gilyotin idi.
Məncə də siqardı
Leyla
Mən düz yazmışdım!!!
Azero

Salam. Siqar yazdın ya Çörçill? Çünki, orada insanı soruşurdu.


 

Aza
Aa heç sualın axırına başmamışam((
Sufi
2ral,səbrim tükəndi.Sualların cavabını bilmək istəyirəm. Qalib olmaq maraqlandırmır,ümumiyyətlə sualların özünün cavabını bilmək istəyirəm. Beləliklə:
15.siqar
2. İuda.
Azero
Ən yaxşı sual hindi dilindəki həftənin günləri idi. Yəhudilərdə məncə şənbədir.
TM-çi
Məncə 13-cü sualda səhv var.Yunan dilindən gələn yalnız Uran olmalıdı…
2ral
Həm Uran,həm də Venera cavabı qəbul olunub.
2ral
Bir qədər texniki çətinlik oldu,amma bütün cavablar qəbul edildi.Yarışda hamıdan çox suala Aza və Leyla cavab verdi.Lakin,Aza vaxtdan xeyli gec cavab verdiyi üçün onun nəticəsi sayılmır.Qalib Leyladır. digər istifadəçilərdən Azero,NICO_R və Azero də yaxşı çıxış etdi.Ümidləri doğrultmayan Agali oldu.
Aza
Mən razı ,amma suallar da həmişəkindən gec verildi.Leylanı da təbrik edirəm)
TM-çi
13-cü sual SƏHVDİ!!!
TM-çi
sORRY, YUXARIDAKİ ŞƏRHİ GEC GÖRDÜM…
Azero
Planet Uran olmalıdır. Venera roma mənşəlidir, Afroditanın qarşılığıdır.
Agali
mənim internetim tutuldu. açılandada 8-dəqiqə keçmişdi vaxtdan. 3-4 suala ağlıma gələn cavabları yazdım.
IDEAL
Fikrimdə yanılmamışam həqiqətəndə birinci sual əla idi.
NICO_R

Leyla, təbriklər ) bu yarış atmosferini yaratdığınız üçün də bütün əziyyət çəkənlərə təşəkkürlər )

bankir
Tural,həmişəki kimi məzəli cavabları yaz.göprək bu dəfə nələr olub?
Aza

Xahiş edirəm mənim birinci suala cavabımı yazmayın)))

fidan
Qarğa,məndə qoz var))
2ral
Bir nəfər birinci suala petux cavabını yazıb(özü də qız:-)
İkinci suala birisi Qorbaçov yazıb. qlanlarını da yazıram:-)
Aza
Pis fikirləşməyin iki ilahənin o adda övladları var))Əslində o da düzdü))
Azero
Venera cavabına şərh verərdiz, zəhmət deyilsə…
IDEAL
Qalibi təbrik edirəm! Bu dəfə ki, suallar məncə daha yaxşı idi. Ancaq bir az vaxt baxımından əziyyət çəkən istifadəçiləri də nəzərə alsaz lap əla olar. Çümki suallar artıq fakt yox daha çox məntiqi suallardı belə sualların cavabını onsuzda internetdən tapmaq olmur.
2ral
9 planetdən Yer planetinin adı universaldır,qalan planetlər Roma dilindədir(məs. Merkuri)Venera və Uran isə yunancadır.
Azero
Ok, mən də yuxarıdakı şərhə fikir vermədim… Ama, mifilogiyada Venera yunan yox, roma mənşəlidir. Venera cavabı düzgün deyil ümumiyyətlə. Venera Romada Afroditanın qarşılığıdır.
IDEAL
Axı sadəcə Uranın adı Roma mənşəlidi. B
Azero
Əksinə, yunan mənşəlidir.Yəqin belə yazmaq istədiniz…
fidan
Bu sualda səhv var. Yanlışlıq olub. Razılaşın ki,bəzən belə turnirdə səhvlər olur. Xüsusən orijinal suallar hazırlamağa çalışanda belə səhvlərin olması təbiidir.
Azero
Əlbəttə, təbiidir. Sadəcə, nəticələrə təsir göstərməsini istəmirdim. Həm də bir az mifoman olmağım təsir etdi. ))
IDEAL
Bu hamının başına gəlir normal qarşılanmalıdı. Ancaq NHN formatına uyğun olaraq belə suallar ləğv olunur və ya sual düzdüsə cavab səhv götürülübsə həmin cavablar ləğv olunur.
2ral
Gilyotin haqda Jillet cavabı verilib.
Britaniya haqqında çox asan suala cəmi 1 nəfər düz cavab yazıb.
Alüminium haqda suala heç kim düz cavab yazmayıb.
Aza
Britaniya ilə bağlı sualda mən elə bildim ki, Britannikanın yunanca adıdır yəni ona görə ensiklopediya yazdım.
IDEAL
Gilyotinə Jilleti mən yazmışam. Elə vaxt problemi yaşayıram ki, sual barədə fikirləşmək nədi? Bəzən sualın sadəcə bir- iki cümləsini və ya sözünü oxuyub ağlıma gələni yazıram.  Ülgüc sözü gözümə sataşıb jillet yazmışam :D
papatürk
2ral,niyə görə Ermənistanı təbliğ edən sual qoymusuz?
Aza
Özü də Qafqaz Albaniyası Ermənistandan da qabaq qəbul edib xristianlığı.Ümumiyyətlə bu mübahisəli sualdı tarixçilər üçün.Amma onda da həqiqiət də var ki,bu yaxınlarda haylar ilk xristian dövləti olduğu üçün yubileylərini də qeyd etmişdilər.
HTML

Qalib neçə suala düzgün cavab verib ki? Mən 10 suala düzgün cavab vermişəm axı.

2ral
sizin cavabınız ləğv olunur.Çünki düz üç dəfə ayrı-ayrılıqda cavab vermisiniz ki,bunların da ikisi vaxt qurtarandan sonra idi.
HTML
Mən cəmi bir dəfə suala cavab vermişəm.3 dəfə necə ola bilr axı? Suallar çox gözəl,əziyyətiniz də çoxdur.Amma niyə görə nəticələrdə düzgün hesablanma yoxdur?
2ral
HTML,sizin e-mailiniz və logininizlə 3 dəfə cavab verilib. Cavabları göstərə də bilərəm.Əgər yarış xoşunuza gəlmirsə,gedə bilərsiniz.Sizi məcbur burda saxlayan yoxdur!
HTML
2ral,xoşuma gəlməsəydi burda olmazdım yəqin ki. Göndərdiyin maildəki cavablara da baxdım.Mənim adımdan hansısa binamus cavab yazıb. 
Gələn dəfə parolu da tələb edin.Heç kim mənim parolumu bilmir.Adımdan cavab yazmış şəxsə demək istəyirəm ki,parolum 12 rəqəmlidir. Öyrənməyə heç cəhd də etməsin.
Leylaya və Azaya halaldır.Yaxşı cavab veriblər.
Aza
Aza-ya hala  olsun düşmür bu dəfə.)))Amma inan ki,heç gecikdiymi düşünmürdüm.Bilsəydim elə bildiklimi yazandan sonra yazmadıqlarıma bir dəfə də qayıtmazdım.Onsuzda sonaradan fikirləşdiklərim düz çixmayıb))Məndə dial-up olduğu üçündür nədir cavablar gec gedir.
fidan
Yaxşı,gələn dəfə parol da tələb olunar. Çox murdar hərəkətdir HTML-ə qarşı olunan.Bunun niyə digər güclü iştirakçılara yox,məhz HTML-ə edilməsi də maraqlıdır.Kayzendə saxtakarlara,pis  niyyətli insanlara yer yoxdur.hər kimdirsə nə vaxtsa məlum olacaq həmin adam. Mövzunu bağlayıb başqa şeydən danışaq))
Suallar yəqin ki hamının xoşuna gəlib))
Agali
Həqiqətən vaxt çox azdır. Hələ mənim kimi dial updan istifadə edənlər üçün. internet tutulur girməkdə olmur.
Westsider

13-cü sual isə həqiqətən də səhvdir. Rəsmi olaraq hal-hazırda Günəş sistemində 8 böyük planet var. «Ona görə olmalıdır ki, qalan 7-sinin, bəzilərinə görə isə, 8-inin adı...»

Magicboy
Keçən dəfə də səhv sual var idi. Amma buna görə zərərçəkən olmadı. hətta 6 sigma sisteminin özündə də xəta ilə qarşılaşmaq mümkündür. Sayt cavan olduğundan bu cür səhvlər inkişaf prosesində aradan qalxacaq. Məlumata görə təşəkkür...
Westsider
Saytın səhvi deyil. Sadəcə olaraq, NHN-də sual yazılarkən tam dəqiq məlumatlar götürülməlidir, əks halda sual diskfalifikasiya olunur.
Agali
Sabah Magistraturaya imtahandır. İmtahan 2-də başlayır.Ona görədə Sakura Turnirini 2-saat gec keçirtsəz yaxşı olardı. Yəqinki burda sabah imtahan verən olacaq mənim kimi.
Leyla
Ətraflı məlumat verin.Nə imtahanı?
Agali
Magistratura imtahanı. Azərbaycan Respubliksaının Magistratura pilləsinə qəbul olmaq üçün bakalavrların verdiyi imtahan.