"Renessans" komandasının sualları ( XI hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

51. Qara qutu... Diqqət sual.. Bir reklama görə məşhur moda firmalarından biri öz məhsullarını daha çox satmaq məqsədilə özlərinin ən qədim olduqlarını qara qutuda olanla izah etməyə çalışırdı. Lakin bu geyim aksesuarı ilə hal hazırda özümüzü təsəvvür edə bilmərik, elə isə qara qutudakını deyin.

Müəııif: Vüqar Ağayev

52. Bu yaxınlarda Çində kasıb bir ailədə Sin sülaləsinə aid olan böyük bir güldan tapılıb. Mütəxəssislərin rəyinə görə güldan ilkin qiyməti 750 000 funt-sterlinq kimi qiymətləndirilib. Mütəxəssislər onu da qeyd ediblər ki, güldanın dibindəki çatlar olmasaydı, onu milyon funt-sterlinqlə də dəyərləndirmək olardı. Diqqət sual: Sizcə kasıb Çinli ailə güldandan nə məqsədlə istifadə edirdi?

Müəııif:Sabir Əsgərov

53. İvritdən tərcümədə I torpaq və ya kişi, II isə yaşayan və ya həyat verən kimi tərcümə olunur. Əgər söhbətin nədən getdiyini bildinizsə onların hər ikisinin hansı halda geyimsiz hansı halda isə “geyimlə” təsvir olunduğunu deyin. Vaxt getdi..

Müəllif: Nadir Zamanov (mr13)

54. O, İslamın fəxridir. 1982-ci ildə Bakıya etdiyi “İşgüzar səfər” nəticəsində Toma adlı qızla tanış olur və mehriban münasibətlər yaranır. 1984-cü ildə Livanda gedən müharibəyə “Meyl” salır və baş verən ürəkağrıdıcı hadisələr nəticəsində vətənə dönmək qərarına gəlir. 1989-cu ildə baş tutmayan rəqs onun ölümünə səbəb olur. Lakin bu rəqs 1993-cü ildə başqa bir qadının timsalında baş tutur və sonradan vurulan sillə ayrılığa səbəb olur. Uzun ayrılıqdan sonra onlar 2008-ci ildə görüşürlər. Söhbətin kimdən getdiyini bildinizsə, bir dəqiqəərzində onun adını cavab kartınıza yazın.

Müəııif: Vüqar Ağayev

55. Sualda əvəzetmə və bənzətmə var. Radioda bir verlişdə Azərbaycan və Avropa gəlin və qaynanalarının müqaisəsi haqqında söhbət gedirdi. Bir tamaşaçı belə bir fikr söylədi:”Fərq yalnız ondadı ki,bizdə gəlin çıraqdı, Avropada isə çilçiraq” Bəs biz çıraq və çilçıraq sözləriylə müvafiq olaraq hansı sözləri əvəz etmişik?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

 

16 şərh

bankir
51.Əncir yarpağı.
55. çıraq və çılpaq
təpəgöz
53. Adəm və Həvva(Yeva). almanı yeyənə qədər çılpaq,sonra isə paltarlı gəzdilər.
Leyla
54-cü sual həddən artıq maraqlıdır.
IDEAL
Həqiqətən maraqlı sualdı.
Agali
54. Ölürsə daha sonra necə rəqs edir?
r9perviz
54. Məncə Fəxrəddin Manafovdu
Aza
55.Süpürgə və tozsoran))) Razı deyiləm! )))
Erudit
bilmək olar niyə?
2ral
Qaynana olanda razılaşarsan:)
Dior
51 əncir yarpağı
52 zontik
Freddie
51. Əncir ağacı
52. Çətir qoymaq üçün
53. Cənnətdə geyimsiz, yer kürəsində geyimlə
54. Fəxrəddin Manafov
55. süpürgə və tozsoran
Westsider
55-ci sualda əvəzetməni düzgün qurmamısınız. Çıraq və çilçiraq əvəzetmələr olanda cavabda toz və tozsoran kimi bir şey olmalıdır.
Erudit

ciraq cilciraqin daha muasir variantidir. bu baxisdan yanasmisam tozsoran da muasir supurgə oldugucun.

Westsider
Çilçiraqlar həmişə olub axı. Sadəcə olaraq elektrik lampaları ilə işləmirdi.
Erudit
nə qədər qədim olsa da hər halda yenədə cirağın daha müasir formasidi
mr13

Düzgün cavablar:


51. Əncir yarpağı


52. Çətir qoymaq üçün
53. Cənnətdə geyimsiz, cənnətdən qovulduqdan sonra geyimlə
54. Fəxrəddin Manafov
55. süpürgə və tozsoran