"Renessans" komandasının sualları ( XIII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

61.


Bu bayramın yaranmasının çox fərziyələri var. Və bir neçəsini yəqin ki, bilirsiniz. Birin də biz danışaq. Deyirlər bu bayram neopolitan kralı Monteryunun dövründə yaranıb. Zəlzələnin
bitməsi günü münasibəti ilə ona alıq bişirib vermişdilər. Bir ildən sonra elə həmin gündə o eyni balıqdan istədi. Eynisini tapmadılar. Amma ona çox oxşarını tapdılar və krala bişirib verdilər. Kral dəyişikliyi hiss etsə də hirslənmədi. Əksinə bu onun xoşuna gəldi və kefini açdı. O vaxtdan bu bayramın simvolu Balıq oldu ki, siz bunu həmin bayrama həsr olunmuş açıqcalarda da görürsünüz. Diqqət sual !!! Bəs bu bayram hansı gün qeyd olunur?

Müəllif: Nadir Zamanov (mr13)

62.


Qarşınızdakı rekvizitlər İstanbuldakı mağazalar şəbəkəsinin birinin reklam parçasından götürülmüşdür.Şəklə diqqətlə baxın və reklamın şüarını bir dəqiqə ərzində cavab kartınıza qeyd edin

Müəııif: Azər Tarverdiyev (Azero)

63.


Bu yaxınlarda universitetimizin kitabxanasından bir müəllifin seçilmiş əsərləri olan kitabı götürdüm. Hər əsərin başlanğıcında əsərin adının qarşısında qələmlə karikatura çəkilmişdi. Onlardan bəziləri sizə rekvizitdə verilmişdir. Karikaturaların hansı ağıllının təxəyülünün məhsulu olduğunu bilməsəm də doyunca güldüm. Sizsə oxuyub tamamladığım sonuncu kitab olan bu kitabın müəllifini cavab kartiniza yazın.
Müəllif: Şamxal Cəmilzadə (Erudit)

64.


Bu termin ilk dəfə 1973-cü ildə “Westworld” fantastik filmində istifadə olunmuşdur. Həmin filmdə bu söz birləşməsi bugünkü anlamında işlədilmişdir. Söhbətin nədən getdiyini təxmin etdinizsə onun rekvizitdə təsvir olunmuş və sizi tez-tez özünüzdən çıxaran və ilk dəfə 1985-ci ildə peyda olan növünü cavab kartınıza yazın.

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

65.


Rekvizitlər Portuqaliya biznes dərgisi “Economiko”dan götürülmüşdür.Şəkildə görünən şəxsiyyətlər yəqin çoxlarınıza tanışdır.. Lenin, MaoTse Dun, Karl Marks, Çe Qevara.. Veriləcək sualın cavabını tapmaqdabəlkə də bu məsəl ipucu ola bilər: “Sən saydığını say, gör fələk nə sayır” Siz isə bir dəqiqə ərzində Portuqaliya maliyyə qəzetinin hesab etdiyi tarizi uyğunsuzluğu maksimum dəqiqliklə cavab kartına qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

25 şərh

papatürk
64.Troya atı,troyan(kompüter virusu)
r9perviz
63. Kamal Abdullanın kitabıdı yeqin ki, adı yadımdan çıxıb :(
r9perviz
Adı yadıma düşdü, Yarımçıq əlyazma.
r9perviz
65. O cür görkəmli şəxsiyyətlərin şəkli olan əskinazların heç bir dəyəri yoxdu
r9perviz

62. Cavaba nə dərəcədə yaxındı bilmirəm, amma şəkili ilk görəndə ağlıma bu atalar sözü gəli: «Gönüllər bir olunca samanlık seyran olur» :)

Leyla
63. Alma almaya bənzər. nəsə bu fikirlə əlaqəlidir.
Leyla
62.yəqin ki, ikisini birinin qiymətinə alın kimi bir şey olar.
NICO_R
61. 1 aprel
65. Hamısı Sosializm deyirdilər ama Kapital oldular )
r9perviz

Sənin 65-ci suala yazdığın cavabın düz olub olmadığını bilmirəm, amma qəşəng cavabdı :)

NICO_R
Çox sağ ol ) mümkündü ki, tam tutuzdurmamışam amma cavabın məntiqi bu yöndə olmalıdı.
Freddie
61. Aprelin biri, gülüş bayramı və ya aldatma günü :))
62. hərəsindən iki dənədir. Birini alana ikincisi bedava :D
63. şəkillərdən biri saqqallı uşaqdır deyəsən. Belə bir hekayə də var: «Saqqallı uşaq»
65. Karl Marksdan pul haqda sitat: mən pulu xoşlamıram, pul bizim savaşların səbəbidir.
Freddie
mən şərhimi yazanda yuxarıdakı cavablar yox idi :)))
papatürk
63. Yazıçı Cəlil Məmmədquluzadədir məntiqlə.Saqqallı uşağı o yazlb,Poçt qutusunu da(birinci şəkil,Novruzəli),Kişmiş oyununu da.amma ən axırıncı şəkilin nə olduğu mənə çatmır.
Westsider
61. Monteryu yox, Monterey. 1 Aprel.
62. «2-si 1-nin qiymətinə»
63. Mən də C. Məmmədquluzadə düşünürəm
64. Trojan virusu.
65. Ola bilsin hərbi rütbələri(Marksın nə dəxli var, bilmirəm)) ) göstərilməyib, çünki bütün şəkillərdə paqon yeri bağlıdır.
P.S. NICO_R-in cavabı xoşuma gəldi))
Freddie
65.də bəlkə də hamsının puldan zəhləsi gedirmiş, axırda özləri pulun üstündə çap olundu :))) Hamsı sosializm deyirdi, amma heç biri sağlığında kapitalist olmadı. Çin hələ də kapitalizm və sosializm arasında var-gəl edir…
mr13

Diqqət cavablar.


61. 1 aprel


62.  Birini alana ikincisi pulsuz


63. C. Məmmədquluzadə (şəkillərdə «Poçt qutusu», «Kişmiş oyunu», "İki alma", «Saqqallı uşaq», «Rus qızı»)


64. Troyan (trojan) virusu


65. Onlar pula qarşı mübarizə aparsalar da sonda özləri pulun üzərində əks olundular.


Şərh: “Ekonomika” dərgisi hesab edir ki, iqtisadiyyatın təməllərindən biri puldur.Məlumdur ki, bu şəxslərin hamısı iqtisadiyyatda pulun ləğv olunmasını istəyirdilər. Zaman isə göstərdi ki nəinki onların dediyi oldu, hətta onların öz şəkilləri pulların üzərini bəzədi… Şəkildə SSRİ, ADR, Çin və Kuba pul vahidləri göstərilmişdir. Necə deyərlər sən saydığını say, gör fələk nə sayır.

təpəgöz
Komandanızın ən maraqlı sualları bu dəfə verilmişdi.Xüsusən Mirzə Cəlilin sualı maraqlıdır.Çünki adi baza sualı deyil,həyatdan,məişətdən götürülüb.
Bir dənə birinci sual yaxşı deyildi-çünki orada şəkillər artıqdır.Mən də şəkillərə və kişiylə qadına görə elə fikirləşdim ki söhbət 14 fevraldan gedir.
mr13

Ümumiyyətlə bizim komandada baza sualları olmayıb və olmayacaq da :(((


Əslində elə şəkil çaşdırmaya yönəlib. Bu da bir «tryukdur»

Freddie
Suallar əla idi. Təşəkkürlər… mr13, 63.cü sualdakı şəkillərin hər birinin mənasını desən pis olmaz… xüsusən, sonuncu şəklin mənasını aça bilmədik...Bir də iki dənə plyusu sənin son şərhinə kim verib mənə çox maraqlıdır… Sən bildiyin cavabları yazmısan da. Burda qeyri-adi nə var ki :)) Elə bilmə ha sənin xainlığını çəkirəm :)))) Əsla!!!
Erudit
63 cü sualdakı şəkillərdən
I-poçt qutusu
II-kişmiş oyunu
III-2alma
IV-saqqallı uşaq
V-rus arvadı
Bir də ki bizdə heç vaxt nəinki bazadan götürülən heç bazada oxşarı ola biləcək suallar da olmur.
r9perviz
63-cü sualda «oxuyub tamamladığım sonuncu kitab» niyə yazılmışdı? Həmin cümlə məni çaşdırdı, dedim yəqin «Yarımçıq əlyazma»-nı nəzərdə tutursuz.
Erudit
yox yəni ki, oxuyub bitirdiyim son kitab.
r9perviz
Mən onu tələsik «tamamlamadığım» oxumuşam e :( :)