Vunderklass - suallar II

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.

76. 2010-cu ildə CAR-da keçiriləcək Futbol Üzrə Dünya Çempionatının “Jabulani” adlanan topu ADİDAS fiması tərəfindən hazırlanıb. Onun dizaynında ADİDAS 3 simvolik 11-likdən istifadə edib. Birinci 11-lik futbolçuların sayını, ikicinci 11-lik Cənubi Afrika tayfalarını simvolizə edir. Bəs üçüncü 11-lik nəyi bildirir?

Müəllif : Emin

77. Rusiyanın məşhur Arqumentlər və faktlar qəzetinin dərc etdiyi ən maraqlı boşanmalar siyahısı. 4-cü yerdə ingilis futbol fanatı Nil Dyuxartın boşanma işi idi. Məhkəmə Nilin iddiasını təmin etdi və Nilin həyat yoldaşını vandalizmdə təqsirli bildi. Vandalizmin birbaşa obyekti isə Nilin sevimli köynəyi idi. Sual: Bəs qadın nə etmişdi?

Müəllif : Vüqar

78. Diqqət Qara Qutu ! “Gəlin dilimizi öyrənək!!!” seriyasından növbəti sual: Bu məişət əşyası ən çox istifadə olunanlar arasındadır. İlkin istifadəsi barədə heç bir dəqiq məlumat tapa bilməsək də, ilkin variantının heyvan buynuzundan,ə sasən də öküz buynuzundan düzəldildiyi məlumdur. Hal-hazırda bunun plastik və metal variantları geniş yayılıb.Onun şüşədən və kağızdan düzəldilmişləri də var. Hətta bunun kolleksiyası ilə məşğul olanlar belə var. Ən bahalıları fil sümüyündən, gümüşdən və balıqqulağından düzəldilmişləri hesab olunur. Komanda yoldaşlarınızdan soruşun, əgər onlardan kimsə bundan heç vaxt istifadə etmirsə, siz bunu bəlkə də onun barmağından görə bilərsiniz. Qara qutudakı nədir?

Müəllif : Vüqar

79. Bir sistemin qaydalarına görə o, öz həmkarlarından fərqli olaraq seçdiyi rəngə sədaqətlidir. Azərbaycan məsəllərindən biri onun böyüklüyünü sübut etsə də, bir ərəb xalqı üçün o, həmişə xırdadır. Yunanların sevgisini bildirən bir çox sözlər onu yada salır. Yumoristik proqramlardan birində isə bir həmyerlimizin Ceyms Bondla tanışlığı zamanı onun adı çəkilir. Əslində isə onun ən qiymətli yeri limanla bağlı olan tərəfidir. Siz isə çalışın ki, onun başqa bir yerində sizi yuxu aparmasın.Və bu 1 dəqiqə ərzində onun adını tapmağa çalışın.

Müəllif : Seymur

80. . Amerikan psixiatrı Alan Frensizin “Kişilərin qadınlar haqqında bildiyi hərşey” adlı kitabı artıq 20 ildir ki satışdadır. Kitabın çoxdan bestseller olmasına baxmayaraq bu kitab bütün dükanlarda polietilenə bükülmüş şəkildə satılır. Bu isə səbəbsiz deyil.Bir baxımdan çoxumuz kitabın müəllifini “Şərikli Çörək” kinofilmindəki epizodik bir obrazla eyniləşdirərdik. Niyə?

Müəllif : Vüqar

10 şərh

təpəgöz
77. Nilin köynəyini yəqin atıb
79 Sual çətindir.,Azərbaycan məsəli kimi isə dəvədən böyük fil var.Yunanlarda da fil sevmək deməkdir.Qalanlarını tapmadım.
Westsider
76. 11 dil
77. Köynəyin üzərində avtoqraf var idi, arvadı isə köynəyini yumuşdu
78. Dabankeş olar
79. Fil
80. Kitabı almamış içini oxumaq
mr13
Hamısı düzdür sonuncudan başqa
Westsider
78 və 79 amma gecikmişəm bir az)
girl_moon
80-ci sual çox maraqlı gəldi, bəlkə bu epizodik obraz bazarda aldadılan alıcı ilə bağlı ola bilər.
mr13
bəli həmin obrazla bağlıdır.
girl_moon
Bağlamanın içi boş çıxdığına görə onda belə çıxır ki, qadınlar haqqında hər şeyi bilmək çətin məsələdir))
MASON
Yaxşı suallardı.Amma79-da ipucuları çoxdu.1-ci sualı tapa bilmədim(Heyif ümumilikdə gecikdim.
mr13

76. 11 dil


77. avtoqraflı köynəyi yumuşdu


78. Dabankeş


79. fil


80. kitabın içi boşdur.