Sakura 30 may turniri

Suallar burdadır!



Həmişəki kimi,bugün axşam saat 18:00 Sakura turniri olacaq. Sualların çoxu asan olduğu üçün onların sayı 20 olub. Bu dəfə istifadəçilərin dünyagörüşünün nə qədər geniş olduğu yoxlanılacaq.
Digər bir xəbər isə odur ki,vaxt məhdudluğu ilə əlaqədar sualları hazırlamağa vaxt qalmır. Ona görə də Sakura turnirinin keçirilmə tezliyi iki həftədən bir olur. Əgər aktivlik olsa və istifadəçilərin  sual yerləşdirməkdə aktiv olsa,yarışı daha tez-tez keçirmək olar.



1. İngilis dilindən sonra dünyada ən çox danışılan Avropa dili hansıdır?
Cavab: ispan

2. Yunan dilində 4 yerə qatlanmış vərəq perqament parçasını necə adlandırırdılar? Rus dilini öyrənmək lazımdır:)
Cavab Тетра́дь (yunanca. τέτρα — «dörd»)

3. Bu şəhərin adı Ptolomeyin əsərində Makoraba adıyla rast gəlinir. Bu şəhərdə dini diskriminasiya var.
Cavab Məkkə. Şəhər ancaq müsəlmanlar üçündür. Bir dəfə ərəblər ora fransız xüsusi xidmət orqanlarının daxil olmasına icazə vermişdilər.

4. Bu alkoqollu içki həm soyuq, həm isti halda içilir. Onu bəzən araq, bəzən şərab sayırlar, əslində isə o pivədir. Bu Şərq içkisinin vətəni haradır?
Cavab: Yaponiya. Söhbət sake içkisindən gedir

5. Hissəciyin eyni zamanda sürətini və yerləşdiyi yeri eyni zamanda bilmək olmaz. Bu prinsip necə adlanır?
Cavab: Heyzenberq prinsipi

6. Belə hesab olunur ki,ən gözəlləri Hollivud aktrisalarına məxsusdur(Keira Knightly, Ancelina Coli, Monika Beluççi və s.)Dəy deyəndə dəymir, amma dəymə deyəndə dəyir.
Cavab: dodaqlar

7. Ponti Pilat İusus Xristosdan soruşanda ki, Həqiqət nədir? İusus məhz belə cavab verdi.
Cavab: susdu

8. Bu Roma imperatoru könüllü surətdə taxtdan 305-ci ildə taxtdan getmişdi
Cavab: Diokletian

9. Əslən Bavariyadan olan bu yəhudinin sayəsində o müasir görünüşdə istehsal olunmağa başladı. Onun adı İtaliyanın Genuya şəhərinin adından götürülüb. Dünyada elə bir ölkə yoxdur ki,onu geyməsinlər. Söhbət nədən gedir?
Cavab: Cins şalvar. Həmin yəhudi isə Levi Strauss.

10. Bernard Şou onu bəşəriyyətin xilaskarı adlandırırdı. Quranı-Kərimdə onun adı 4 dəfə çəkilib. O kimdir?
Cavab: Məhəmməd peyğəmbər

11. Bu kimyəvi elementi ingilis kimyaçısı Hemfri Devi potasium adlandırmışdı. Biz onu əsasən belə adlandırırıq
Cavab Kalium.

12. .... 54 şəhərdən ibarət federasiyadır. Hər şəhərdə təxminən 6000 nəfər yaşayır. Hər ailə müəyyən bir işlə məşğuldur. Orada xüsusi mülkiyyət deyilən şey yoxdur.
Cavab: Utopiya. Söhbət Tomas Morun Utopiya kitabından gedir.

13. e.ə. 490-ci ildə yunan sərkərdəsi Miltiad bu düzdə kiçik itkilərlə 6400 düşməni öldürməyə və qələbə çalmağa nail olur.
Cavab: Marafon

14. Katalan dili hansı ölkədə rəsmi dildir?
Cavab: Andorra

15. Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir O hədiyyənin ən bahasını Bill Gates 24 milyon dollara alıb. Hədiyyəni yaradan isə Leonardo Da Vinçidir.
Cavab: "Книга - лучший подарок"

16. Anonima Lombarda Fabbrica Automobili- .... mənim qonşumdur.
Cavab: Romeo

17. Yəhudi dilində Maşiax, azərbaycanca-
Cavab: Məsih, rusca isə Мессия

18. Səmada Günəşdən sonra ən parlaq ulduz budur...
Cavab: Sirius

19. Bu ölkənin bayrağı 1977-ci ildən ancaq yaşıl rəngdən ibarətdir. Bu ölkənin lideri kimdir?
Cavab: Lviya rəhbəri Müəmmar Qəddafi (معمر القذافي‎‎ — Mu‘ammar al-Qaḏḏāfī)

20. Yəqin ki onun ulu babası balıqçı olub. Atası yəhudi olsa da antisemit olub. Amerikanın fəxri,həm də düşməni olub.
Cavab: Robert Fişer

 

63 şərh

Agali
sualların sayı artıb vaxt 10-dəqiqə qalıb yoxsa oda artacaq?.. Sualın asand və yaxud çətin olmağının tez yazmağa elə bir dəxli yoxdur. Çünki hamı bildiyin yazır.Əgər sualların sayı artırsa deməli vaxtıda artırmaq lazımdır.
2ral
Reytinqi yuxarı olanlara 2 dəqiqə artıq vaxt verilir.Bu dəfə suallar çox asandır. Ona görə də 20 sual üçün 10-12 dəqiqə vaxt kifayətdir.
NICO_R
hər suala 30 san, bura sualı oxumaq üçün sərf olunan vaxt da daxildi…
2ral
yəqin ki hamı saatları http://kayzen.az/page/saat/ ilə uyğunlaşdırıb.
Azero
Salamlar… Əlıavə iki dəqiqə reytinqi neçə olanlara aiddir?
2ral
Reytinqi +3-dən artıq olanlara.
MASON
Maraqlı suallar idi
2ral
Vaxt qurtardı.İstəsəniz sualları müzakirə edə bilərsiniz.
MASON
20 sual çox oldu bir az məncə.Vaxtı düz bölməkdə çətinlik yaranır.
HTML
Cavablar hanı?
2ral
Cavabları yerləşdirdim.Sonra da deyirlər ki,vaxt azdır. Qalib nə az,nə çox,düz 16 suala cavab verib.Afərin. İndi nəticələri qoyacam.
r9perviz
Məncə də 20 sual çox idi, əgər sualların sayı artırsa, vaxtın da artırılmasına ehtiyac var.
Narmin
bu dəfə suallar nisbtən asan idi,mənə elə gəlir 10 dəq. bəs etdi.
2ral
İspan dilini çoxları tapıb.
tetrad sualına yalnız bir nəfər cavab verib.
3. Məkkə və Mərakeş cavabları üstünlük təşkil edirdi.
4.şərhsiz.
5.Bundan sonra saytı yaxşı-yaxşı oxuyunGülümsəyir
2ral
6. Heç bilməzdim ki dodaqlar haqqında sualı hamı tapar. cəmi bir dənə başqa cavab verilmişdi(aktrisaların bir yeri ilə bağlı)
7.Bu da tapıldı.Heç bilmirdim ki,Bibliyanı oxuyursunuz
8.Roma imperiyası yox idi. Kifayət qədər maraqlı cavab.
11.platin,helium,silisim və s. var idi.
ilham
Aktrsiaların başqa yeri? Konkret olaraq harası?
r9perviz
11-ci sualda «duz» cavabı qəbul olunur? Çünki biz həmin maddəni kaliumdan daha çox «duz» kimi tanıyırıq.
20 — Zəhmət olmasa Robert Fişeri izah edərsiniz.
2ral
11.Sualda kimyəvi element soruşulur.Duz kimyəvi element deyil
20. Fişerin antisemit olması,Amerikanın fəxri(Spasskini udandan sonra),sonralar isə ABŞ-dan qaçaq düşməsi haqda hər yerdə məlumat var.
Westsider
Hansı maddəni?)) Duz — NaCl — Natrium-xloriddir. Potaş — K2CO3 — Kalium-karbonatdır. Potassium — Kaliumdur.
r9perviz
Bu dəfə həmçinin suallarda çoxlu texniki səhvlər var idi.
2ral
Hansı səhvlər vardı? Əsaslandırın.
NICO_R
3. Bu şəhərin adı Ptolomeyin əsərində Makoraba adıyla rast gəlinir. Bu şəhərdə dini diskriminasiya var.
5. Hissəciyin eyni zamanda sürətini və yerləşdiyi yeri eyni zamanda bilmək olmaz. Bu prinsip necə adlanır? 
8. Bu Roma imperatoru könüllü surətdə taxtdan 305-ci ildə taxtdan getmişdi
Bu suallarda texniki səhvlər var.
15. Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir O hədiyyənin ən bahasını Bill Gates 24 milyon dollara alıb. Hədiyyəni yaradan isə Leonardo Da Vinçidir. 
Cavab: «Книга — лучший подарок»
burdan belə başa düşmək olar ki, ilk kitabı Da vinçi kəşf edib?
r9perviz
Məncə də 15-ci sualı izah etmək lazımdı. Kitabın yaradılmasıyla Da Vincinin əlaqəsini izah edin, zəhmət olmasa.
Umumilikdə bu günkü suallar elə də yaxşı deyildi.
r9perviz
5. Hissəciyin eyni zamanda sürətini və yerləşdiyi yeri eyni zamanda bilmək olmaz. Bu prinsip necə adlanır? — cümlənin quruluşunda səhv var.
8. Bu Roma imperatoru könüllü surətdə taxtdan 305-ci ildə taxtdan getmişdi.
2ral
Texniki səhvləri bir-bir aşağıda şərhlərdə göstərin. sualları hazırlayanda mən yoxlamışdım.
2ral
14.Sualların ən çaşdırıcısı olan Andorra cavabını cəmi bir nəfər tapıb. Çoxları İspaniya yazıb:).
15.qayçıdan tutmuş təyyarəyə qədər cavablar var.
17.  hamı tapıb!
18. Venera ulduz deyil. Ay isə ümumiyyətlə.

Qalib isə 16 cavabla Azerodur.Təbriklər.
papatürk
Qalan cavablar?
2ral
Azero 16 suala düz cavab verib. Qeyri-müəyyənlik prinsipi,kitab,Andorra və kalium haqqında sualalrdan başqa hamısı düzdür. Qalanları aşağı nəticədir:NICO_R 9,r9perviz 8,Sufi-9 və s. İki nəfər isə yarışda iştirak edib,amma saytda qeydiyyatdan keçmiş elə adamlar yoxdur.
Westsider
Bu cür asan suallara cavab verə bilməyib, çətin suallara cavab verib???????? Kitab və Kaliumu deyirəm. Çalışın sualları elə edin ki, Google-da cavabı olmasın. Gələn həftə üçün özüm sual göndərəcəm, görək kim tapacaq:)
Sceptic
Əgər qalib gələ bilməmisənsə, bu sənə başqalarının uğuruna kölgə salmağa haqq vermir. Belələri ən xoşuma gəlməyən insan tipidir.
Westsider
Sizi təəssüfləndirməli olacağam))) Mən ümumiyyətlə dünənki turnirdə iştirak etməmişəm. Turnirlərdən cəmi birində iştirak etmişəm, özüm də hamı kimi Google-dan istifadə etmişəm.

Ona görə deyirəm ki, suallar gərək fakt yox, NHN sualları olsun.
Erudit
heç vaxt hamının adından danışma. haqqın yoxdur
Westsider
Siz isə Azərbaycan dilində məcaziliyi öyrənin. Mənim cümləmdə «hamı» sözü "çoxluq" mənasında işlədilib.
NICO_R
NHN-da fakt sualı olmamalıdı deyə bir qayda yoxdur. Əksinə burada sualların fakta əsaslanması daha yaxşıdı. Çünki vaxt çox azdı. 10 dəq ərzində 15 ( hətta 20 ) suala cavab vermək yalnız bildin-bildin bilmədin-bilmədin prinsipi ilə mümkündür. Əlbəttə, 2-3 sual istisna ola bilər.
Azero
Salam. Hansı asan suallara? O prinsiplə bağlı faktına ümumiyyətlə rast gəlməmişəm. Qaldı ki, kitab sualına, fikrimcə yaxşı sual deyildi və elə sualları sevmirəm. Və ya belə deyək də, sənə elə gəlmir kalium və o katalan dili sualına Google-də axtarış verməklə tapa bilərdim?! Qalan suallar isə asan idi və çoxunu bilirdim, bəzilərini isə təqribi yazmışam düz çıxıb.
Narmin
17. Hamı tapmayıb :)
18. Sirius olduğunu bilirdim,amma bir müsabiqədə onun cavabı Ay kimi qəbul olunmuşdu,ona görə Ay yazdım.
2ral
17 yox 16. Romeo cavabını hamı tapıb.
2ral
Yoldaşlar,bir-bir aşağıda hansı suallarda səhv olduğunu qeyd edin.
NICO_R
3. Bu şəhərin adı(na) Ptolomeyin əsərində Makoraba adıyla rast gəlinir. Bu şəhərdə dini diskriminasiya var.
5. Hissəciyin eyni zamanda sürətini və yerləşdiyi yeri eyni zamanda bilmək olmaz. Bu prinsip necə adlanır? 
8. Bu Roma imperatoru könüllü surətdə taxtdan 305-ci ildə taxtdan getmişdi
Bu suallarda texniki səhvlər var.
15. Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir O hədiyyənin ən bahasını Bill Gates 24 milyon dollara alıb. Hədiyyəni yaradan isə Leonardo Da Vinçidir. 
Cavab: «Книга — лучший подарок»
burdan belə başa düşmək olar ki, ilk kitabı Da vinçi kəşf edib?
2ral
15.Müəyyən qədər razılaşmaq olar.Gərək həmin hədiyyənin yazılaydı.
NICO_R
müəyyən qədər? ) məncə sual tamamilə səhv fakt üstündə qurulub, ya da mövcud fakt səhv verilib
2ral
5. Hissəciyin eyni zamanda sürətini və yerləşdiyi yeri eyni zamanda bilmək olmaz olmalı idi.Səhvən söz iki dəfə yazılıb.
r9perviz
Biz də elə həmin səhvlərdən danışırq da.
8-ci sualda da «taxtdan» sözu iki dəfə yazılıb.
2ral
Şərh ağacını çox böyütməyin.
Самая дорогая книга в мире -"Лестерский кодекс" Леонардо — «трактат о воде, земле и небесных телах»(именно такое первоначальное название этой книги), составленный 500 лет назад в 1504-1516 гг. Если знаменитую «Мона Лиза» великого Леонардо да Винчи знают все, то о таком бесценном, в духовном смысле, памятнике эпохи Возрождения как «Лестерский кодекс» знают немногие. Это не мешает «Трактату о воде, земле и небесных телах» является самой дорогой книгой. В 1994 году она была куплена Биллом Гейтсом за 24 000 000 долларов. http://www.dorogoe.com/izdatelstvo/14-samaya-dorogaya-kniga.html
NICO_R
deməli 2. variant, mövcud fakt səhv çatdırılıb. Təxminən belə olmalı idi.
Sovet dövründə ən yaxşı hədiyyə hesab olunan X-in ən bahalısının sahibi Bill Qeyts, müəllifi isə Da vinçidir. X-i cavab kartınıza yazın.
NICO_R
burda sadəcə yazın ) cavab kartı olmadan )
2ral
Mən sizinlə razıGülümsəyir
Amma mənim səhvlərimi tapdığınız kimi özünüz də bəzi suallar hazırlasanız yaxşı olar.Heç bir şey mənim vaxtımı bu sual hazılramaq kimi almır.
P.S. Sən demə kitab 31 milyon dolllara alınıb.rus saytlarında 24 milyon,ingilis saytlarında isə 31 milyon dollar yazılıb.
NICO_R
əsla ) səhv tapmaq kimi bir niyyətim yoxdu, gözdən qaçan səhvlər deyildi sadəcə. Bildirməkdə məqsədim isə sadəcə gələn oyunada sual mətnlərinin daha keyfiyyətli hazırlanmasıdır. ÇQK-da cüzi fakt hətta texniki səhv oyunçunu düzgün cavabdan yayındıra bilər.
təpəgöz
Bu dəfə suallar elə bil ki,NHN formatında deyildi. Breyn-rinq sualları demək daha düzgün olar.Məncə sualların müəyyən hissəsi NHN,müəyyən hissəsi isə elə sual-cavab tipində olsa yaxşıdır.
Azero
Təbrikə görə sağ olun… Təəssüf ki, cavablandıran kimi tez ayrıldım forumdan…
mr13
bu super oldu. Dostum Azəri təbrik edirəm pulu alan kimi yəqin gedirik başına daş salmağa.
Azero
Sağ ol, qaqulik. Ona bir kitab görmüşəm onu alacam. Başqa vaxt başqa pulun başına daş salmaq arzusuyla, hələlik… ))
mr13
Hansını?
Sceptic
Adə adama deyərlər sənə nə? ))))))
Westsider
Tural, sualları hara göndərim?
TM-çi
Tural, mənim hələ 5 sualim qalib onlarin oynamasini gozləyirəm, yəqin bu ayin suallari içində yenə yaxşı suallara namizəd olacaq...Onlar oynayandan sonra gözəl suallarım var — göndərəcəm…
Azero
bu gün turnir olmayacaq?
2ral
Sabahın xeyirGülümsəyirŞərh yazmazdan əvvəl postu oxuyun.Sual azlığına görə iki həftədən bir keçiriləcək turnir.
r9perviz
Artıq iki həftə keçib, bu gün Sakura turniri olacaq? :)
2ral
r9perviz

Sakura Turniri həmişə «Nə? Harada? Nə zaman?» blogunun içində olur axı, mən də ora baxmışam, nə bilim siz bu dəfə turnirin linkinin yerini dəyişmisiz :( :)
Şərhimə tez cavab verdiyiniz üçün təşəkkürlər, yoxsa turnirdə iştirak şansını qaçıracaqdım :)

girl_moon
Köhnə sual-cavabların hamısını köçürmüşəm)) vaxt olanda oxuyuram, həm suallar maraqlıdı, həm də müzakirələr.