Sakura mart-7 turniri

Saat 18.00-da bu postda suallar təqdim olunacaq.
Xahiş olunur ki, Mozilla yaxud Opera brauzerlərindən istifadə edəsiniz. Suallar elan olunan kimi, bildiyiniz sualların cavabını yazın. Çalışın başqa istifadəçinin cavablarına baxıb öz vaxtınızı itirməyin. Sadəcə bildiyiniz sualların cavabını yazın. Hər suala bir cavab qəbul olunur. Cavabı sonradan dəyişdirmək olmaz. 15 dəqiqə bitəndən sonra qiymtəətləndirmə başlayacaq!

1. Bir fransız məsləlinə baxaq.Əgər xanım ona görüş təklif edən kişiyə yox deyirsə bu ola bilər anlamına gəlir.Əgər ola bilər` deyirsə bu artıq cavabıdır. Sual: Əgər xanım cavabını verərsə,bu nə deməkdir?

2.Göydən üç alma düşdü.Üçü də bir yerə.Bəziləri üçün bu yer son ümid yeri, bir sərkərdə üçün adi bir şəhər, milyonlar üçünsə əzab və məyusluq gətirən bu yeri tapın!

3.İki nəfərin dialoqu:

Birinci şəxs:mənim evim var!
İkinci şəxs: Mənim ürəklərim var, özüdə arta-arta gedir
Üçüncüsü: Nə olsun mənim də ürəklərim var, özüdə səninkilərdən sonra arta-arta gedir!
Sual:Bu şəxslərin söhbəti harda cərəyan edir?

4.Molla Nəsrəddin bir dul arvad alır. Özü də onun dördüncü əri olur. Aradan çox keçməmiş bərk xəstələnir. Arvadı mollanın yanında oturub, ağlaya-ağlaya soruşur:
-Məni kimə tapşırıb gedirsən? Nəsrəddin yataqdan başını qaldırıb ona nə cavab verir?

5.SSRİ vaxtı yəhudini külli miqdarda pulla həbs edirlər.
Müstəntiq: Bu pulları necə əldə etmisiniz?
Yəhudi: Evdə tumbuçkadan götürmüşəm.
Müstəntiq: Tumbuçkaya pulu kim qoyub?
Yəhudinin arvadı: Tumbuçkaya pulu mən qoymuşam.
Müstəntiq: Bəs səndə pul hardandı?
Yəhudinin arvadı: Mən pulları ərimdən almışam.
Müstəntiq yəhudiyə: - Bəs sən pulları hardan tapmısan?
Yəhudi nə cavab verir?

6.Uorren Baffetin sözlərinə görə onlar dövləti, kəndir asılanı saxlayan kimi saxlayırlar. Bakıda onlara əsasən şəhərin mərkəzində,lap dəqiqləşdirsək, Rəşid Behbudov prospekti ətrafında daha çox rast gəlmək olur. Onlar gənc ikən İstiqlaliyyət prospektində daha çox olur.Söhbət kimlərdən gedir?

7.Eramızdan əvvəl 500-ci ildə Hindistanın şimal-şərqində Qanq çayının sahilində Madaqha dövləti yarandı.O dövləti idarə etmiş sülalədən olan ən məşhur şəxs kimdir?

8.Avropanın şəhərlərindən birinin adı çox maraqlıdır! Əhalisi cəmi 30 min olan bu şəhər ,doğma olan bir firmaya isə qəlbində hə,dünyanın o biri başında olan çox böyük bir firmaya isə adı ilə yox deyir! Siz mənə bu şəhəri yox, onun yerləşdiyi ölkənin paytaxtını deyin!

9.O,Sankt-Peterburqda doğulub.Onun miss Tetçerə olan məhəbbəti haqda isə ədəbiyyatı sevənlər oxumamış olmazlar.Onun hətta bir zənci dostu da var.Bu şıltaq və macəraçı adam kimdir?

10. Orta əsrlərdə döyüşlər vaxtı nizələrin ucuna nazik lent (parça) taxırdılar! Sual:Bu nəyə görə edilirdi?

 

64 şərh

2ral
Şərh yazmaq olur.Hamı cavab yaza bilər
Aza
1.O hech xanım deyil
papatürk
4. Sonrakı ərinə
şərh silinmişdir
bankir
10.havanın istiqaməti
Səbinə
10. düşməni qorxuzsun deyə
Aynur
4keçmiş ərlərinə
Aynur
7krişna
Aza
5.İqtisadçılar
Wizard
Bu 6-cı sual idi,amma qebul edirik! 6-cı kimi!
papatürk
6. fahişələr:?))
2ral
Narxozun yanında fahişələr var ya Milli Bankın qabağında?Suala cavb verməzdən əvəl bir ikirləşin də…
Aynur
1mən səni sevirəm
bankir
6. iqtisadçılar,bankirlər
bankir
1. fahişədir:-)
2ral
Təzə növ xəstəlikdir?Bütün suallara fahişə cavabı vermək…
Wizard

Adamnan işin olmasın! Cavablara rəy bildirmə! Başa düşürəm bi az `qeri-adi` cavabdı.Amma çalış səbirli ol! :)


 

Leyla
1. mən səninəm(sevişə bilərik)
Aynur
2döyüş yeri
Aynur
5arvadımın çantasından
Aza
5.İsraildeən göndəriblər
Aynur
3iki sevən birlikdə söhbət edən vaxt
Aza
10.Duşmənin bedenine daha yaxşı görə bilsin
Aza
10.Yəni deşib girə bilsin
Aza
3.İnternetdə
Alliance

5. tumbuçkadan

2ral
Yarış qurtardı.İndi Wizard duzgun cavabları bildirəcək
Aynur
lap səbrim tükəndi
Aza
Əvvəlcədən təşəkkür.Amma təcrübə göstərdi ki,15 dəq kifayət deyil.Nəzərə almaq lazımdır ki,sualları özümüz oxuduğumuz üşün də vaxt gedir.
Azero
1. O heç qadın deyil 2. Troya 3. Poker oyununda 4. 5-ci ərinə 5. Tumboçkada 6. Dilənçi 7. Qautama ( Budda ) 8. Helsinki 9. Tom Soyyer 10. Küləyin istiqaməti
2ral
Azero,sonrakı peşmançılıq fayda verməz:)
Gecikmisiz.Amma ən çox suala siz düzgün cavab yazmısız.
Wizard
Azero Mükafatlanacaq!
Aza
Qalib bu gün elan olunacaq?
Azero

Salam verməyi də unutduq.Çünki, gecikirdik. ))) Təəssüf ki. Opera məsələsini oxumamışdıq.İnternet explorerlə girməyə çalışırdıq. (((


 

Wizard
Sizin Vaxtı nəzərə aldığıma görə bunları dedim və dediyim qüvvədədir!
2ral
sualların cavabını Wizardın təklifi ilə özüm yerləşdirirəm.
1.O xanım deyil                                                                                                                            

2.Yerusəlim(Qüds).söhbət 3 səmavi dindən gedirdi.                                                                           

3.Poker masasında

4. 5-ci(Sonrakı) ərinə

5.tumbuçkadan götürmüşəm

6.Maliyyəçilər(+iqtisadçılar və bankirlər)

7.Budda

8.Nokia. No Kia. Söhbət Finlandiyanın paytaxtı Helsinkidən gedir.

9.Tom Soyyer

10. Küləyin istiqamətini müəyyənləşdirmək üçün
2ral
İndi keçək qiymətləndirməyə.
4    papatürk
10    bankir
5    Aza
9    Aynur
7    Leyla
5    Alliance
2ral
bankir adlı istifadəçi iki suala(6 və 110) düzgün cavab verib.Lakin,Aza ondan daha tez 6-cı suala cavab verdiyi üçün,onun cavabı keçərli sayılır.
2ral
Ay camaat,qalibi müəyyənləşdirmək çox çətindir.Tələsməyin.Yaxın dəqiqələrdə hər şeyi görəcəksiniz.Yeni topik yaradırıq.
Aza
Əslində həqiqətən çətindir.İstədim özüm hesablayım gördüm alınmır.Oa görə sualları bir -bir vermək daha məqsədəuyöun lardı və hesablamaq asandlaşardı.
Azero
Bir daha təşəkkürlər… İdeyanız əladır. İnşaallah, gələn dəfə çalışarıq vaxtında cavabları çatdıraq…
Aza
Axı məndə iki düzgün cavab var.Birincisi nsual nəzərə alınmir?
Wizard
Düzdü! Dedim axı səhvlərimiz olacaq! Sizin cavabların sayının 2 olması təsdiqləndi!
Aynur
yaxşı bəs ikinci sualda milyonların əzab əziyyətinin sərkərdə üçün adi şəhər olmagın nə dəxli var yerusəlimə
Alliance
Men gec baxdim suallara, yoxsa ki, 4-5- ini tapardim. Inwallah gelen defe udaram :(
Wizard
Bu bir sınaq turniri idi! Gələn dəfə bir az ciddi yanaşın və diqqətli olun! Sizə Uğurlar!
TM-çi
Aydaaa.İqtisadın BM-ilə futbol oynamasaydıq cavab yazardım. 5-ni cavablara baxmadan tapdim.1-ni də yandirdim.
Aydaaaaaaaaaaaaaaaaaaaa…
fidan
Mənim də işim çıxdı((( Amma peşmanam,gərək oynayaydım,çox gərgin yarış olub,kommentlərin yazılma vaxtına baxanda bilmək olur.
Eybi yox,gələn dəfə özümüzü göstərərik))
Wizard
Sualları orta hesabla asan hesab edib yazdıq.Gələn dəfə bir balaca çətin olacaq! Vaxt güzəşti də olmayacaq ha!
TM-çi
Məncə Şəxsi mesajla hər hansı müəyyən olunmuş istifadəçiyə cavablar göndərilsə daha ədalətli olar. Heç kim heç kimin postunu görməz.Sualların sayını isə 15-ə çatdırıb 5-ni asan,5-ni orta, 5-ni çətin suallar kateqoriyasından vermək olar.Belə olan halda cavablara təyin olunan müddəti 30-40 dəqiqə çərçivəsində müəyyən etsəniz heç də problem olmaz. Digər bir təklifim isə mən bura xazar.org - yəni Xəzərin forumunda 
görərək qoşulmuşam.Bu təbliğatı isə disput.az saytının cto,qde,koqda bölməsində, həmçinin Sumqayıt intellektual klubunuun saytında intellek2alniy.clan.su versəniz bu yarışa qatılanların sayı mənim hesabımla 3 dəfə artar. BU HƏMDƏ SAYTLN «SAHİBKAR»LARINA DA XEYİR GƏTİRƏR. Təklifimi oxuduğunuz üçün minnətdaram…
Arzt
4-arvadın özünə
10-bu hücum etdildiyini gösterirdi
Arzt
4-arvadın özünə
10-bu hücum etdildiyini gösterirdi
3-qumarxanada