Sakura 8 mart turniri

1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: "Qara saçlı qadınlar ya sarı saçlı?" Kant fikirləşmədən cavab verir: .......

2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- "Mən demokratam!" bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı... əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?
Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?

3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə?

4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: "Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir," - deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir?

5.Üç il bundan əvvəl Murmanskda yaşayan böyük qardaşımgilə qonaq getmişdim. Onun doğulandan elə orada qalmış 5 yaşlı balaca uşağı vardı,gələndən sonra ona Azərbaycanın adət-ənənələrini və s. öyrədirdim. Hər gecə ona Azərbaycan nağıllarını deyirdim. Bir dəfə ona Cırtdanın nağılını danışırdım. Divin xəlbirdə su gətirməsi prosesini deyəndə o, bildirdi ki,div axmaq olub,suyu evə gətirmək elə də çətin deyil. Nəyə görə sualını verəndə isə o elə bir cavab verdi ki,özüm də təəccübləndim. Əlavə heç bir alətdən və s. istifadə etmədən su gətirmək necə mümkündür?

6.Microsoft kompaniyasının tarixi muzeyində bir eksponat var. Orada bir telefon var qeyd edilib ki, telefonun dəstəyini qaldırmaqla ən vacib şəxsin danışığını eşitmək olar. Sizcə şirkət əməkdaşlarının fikrincə firmada ən vacib şəxs kimdir? Telefonda nə səsi eşitmək olar?

7.ABŞ-da çox yüksək kvalifikasiyalı və yüksək maaşlı peşələrdən biri çox qəribə jarqon ada malikdir: Prefessional əbləhlər(idioti).Bu şəxslər nə ilə məşğul olurlar?

8. `Bazar gününün övladları`. Fransada oliqofreniya xəstələrini belə adlandırırlar! Səbəb?

9. Bildiyimiz kimi Motsart ümumi qəbirstanliqda dəfn olunub.Niyə? 10. Nəyə görə xanımlarda düymə solda kişilərdə isə sağ tərəfdədi?

 

115 şərh

Aza
1.Saçsız qadınlar
Aza
2.respublikaçı
Aza
Size baxanda ele bil ki bu aclıöın səbəbkarı sizsiz4.
TM-çi
1.ağ saçlı qadınlar
TM-çi
4. Sizə baxanda isə adama elə gəlir ki aclığın səbəb sizsiniz
Azero
2. Respublikaçı
mr13
1.yaşlı qadınlar
mr13
4. sizə baxanda bunun səbəbinin siz olduğu görünür
mr13
2. Ruzvelt olardım
mr13
6.müştərinin səsini
mr13
3. ləvazimatların hündürlüyü və ya həcminə görə
mr13

8. bəlkə günah işlətməyəcəklərinə görə


 

Azero
4. Sizə də baxanda adama elə gəlir ki, bunun səbəbi Şotlandiyadır.
Leyla
1.ağsaçlı
Leyla
3.musiqi səslənir
Leyla
9. çünki yoxsul idi
Leyla
7. konsaltinq
Leyla
2. respublikaçı
Leyla
Onun aclığına səbəb sizsinzi.
Leyla
5. xəlbirdə distillə aparatı
Aza
bazar günü valideynlər içki qəbul eedirlər və bu gün hamilə qalan qadınların ushaqları xeste olur
Aza
5.ağzında gətirsin
Aza
9.Ümumi qəbirdə basırılıb
Aza
Varli qadinlari geyindirirdiler kishiler ozleri geyinirdi
Aza
3.saşlarına görə
Aza
yuxaridaki 8-ci sualin cavabıdır yazmağı unutmuşam
Aza
Daha doğrusu yuxarıdan 5-ci cavabım 8-ci sualin cavabıdır
Arzt

1 — qara saçlı


 

Arzt

2 — Mən də eşşək olardım.


 

Arzt
5 — ovcunda
Arzt
3 —  sonda xallar veriləndə
bankir
Vay gecikmiəm
bankir
1.asaçlı
bankir
2.respublikaçı olardım
bankir
3. səs gəlirdi
bankir
6. Bill Geyts
bankir
7. marketinqlə məşğul olanlar
bankir
8. Şənbə gününündə çox sevişirlər
TM-çi
3.Döşəmənin rənginə görə
TM-çi
9.Vəziyyəti belə idi
Azero
1. Saçsız qadınlar 2. Respublikaçı  4. Buna səbəb sizsiz ( Şotland idi o kişi ), 5. Su krandan gəlir də. 6 Bəlkə klientin?. 8. Dəlilikdir… 9. Yoxsullauq içində ölmüşdü. 10. Qadınların çoxu solaxay olur deyəsən.
2ral
Vaxt qurtardı.
Azero
7. Casuslar ( yəni agentlər )
2ral
İndi qiymətləndirmə olacaq.Xahiş olunur sakit olasınız və mükünsə kömək edəsiniz qiymətləndirmədə. Kimin birinci hansı suala cavab verdiyini müəyyənləşdirmək lazımdır.
Arzt

qiymətləndirməni özümüz aparırıq?


 

Aza
Bu defe hesablamaq lap çətin olaca deyəsən
Arzt
ola bilsin.Ama bu meseleni bir qrup istirakçı etsə və düzgün cavablarla esaslandırsa əla olar.
2ral
VAXT QURTARDI!
TM-çi
Aydaad 4-cü sualda 1dəq gecikmişəm...Nəyisə, eybi yox…
Aza

Düzgün cavabların necə olduöunu biləndən sonra daha asand olar hesablamaq

Leyla
Çox maraqlıdır ki,yarışın qalibi asan sözün düz yazmır=)
Aza
Leyla hər şey olur.Qaranlıqda yazıram özü də Azərbaycan şriftləri ilə yazmaöa öyrənşəmişəm.Hamısı ondan irəli gəlir.Amma iradınızı qedə alaram)
Arzt
Bu oyundu.Gecikmək olar.Əsas olan həyatda baş verən hadisələrə gecikməməkdir.
Azero
Mən «obnavit» eləməmiş yollamışdım, ona görə elə bilirdim ki, hamını qabaqlamışam. )))) Təəssüf, qalsın gələn dəfəyə…
Aza
Sizdə hər dəfə nəsə texniki bir problem olu.Eybi yox 3-cü dəfə problem olmaz İnşallah.
2ral
Aza,texniki problem olmayan və ikinci dəfədə bizim turnirdən yaxşı birisini təşkil edən sayt tanıyırsınızsa,deyin,biz də bilək.
Həm də,qeyd edilmişdi ki,mütərəqqi bir siistemə keçiləcək bu yaxında.
Aza
OO.2ral cavab sevhen sizin posta gelib ee.Men cavabi Azero-ya yazirdim.O hemişə nəyisə unudur və nəticəsinə təsir göstərir.Men saytalrda anacaq istifade edə bilirəm o da güclə.Ona görə bu sahədə heç bir köməklik edə bilməyəcəm
2ral
Düzgün cavablar indi elan olunacaq,amma belə görürəm ki,ilkin nəticədə Aza qalibə oxşayır.
mr13
Onun Qalib olması QANUNAUYĞUN OLARDI ÇÜNKİ nə qədər də olmasa 8 mart turniridir
mr13
Ürəyimiz partladı axı!!! cavablar!!!
2ral
birinci suala Aza və TM-çi
ikinci suala Aza və azero
üçüncü suala Leyla
dördüncü suala TM-çi
altıncı suala mr13
doqquzuncu suala Leyla
onuncu suala Aza

Kimin əlavələri və sualları varsa bildirsin
2ral
səkkizinci suala Aza
TM-çi
1-ci sualın cavbı ağ saçlıdı, saçsız yox.  Anlaşılmazlıq var.Bəlkə düzgün cavabları yazasınız biz sizə köməkçi olaq?
Arzt
Bir şey maraqlıdır.Meqsəd 1ci yazmaqdı yoxsa düz yazmaqdı?
TM-çi
Bəlkə düzgün cavabları elan edəsiniz, xalların hesablanmasına yardımçı olaq.
Aza
Düzdü cavabları bilmədən mən bilmərəm axı hansı cavablarım düzdü
Aza

Əgər TM-çidə 4-cü düzdürsə məndə  də düzdü axı )

TM-çi
4-cü sizdə də məndə də düzdü.Və burda xal sizə yazılmalıdı çünki bir dəqiqə məni qabağlamısınız…
mr13


Məncə artıq sizi təbrik etmək olar

Aza
Qalib mənəm ?Çox sağ olun.Urrrrrrrrrrrrra))
2ral
mr13,gələn dəfə həcmi 100 kilobayta yaxın olan və çox böyük şəkil qoymayın.
şərh silinmişdir
Arzt
Ən düz cavabları bizə də deyin bir az şeffaf olsun oynumuz.Hə bir də maraqlı.
TM-çi
Tamamilə razıyam…
Azero

Bəs 7-ci sualın cavabı ??

Aza
7 ilə bağlı ağlıma heç nə gəlmədi mənə də maraqlıdır .Deyirəm bəlkə İT mütəxəssislərdən gedir söhbət
mr13
belke nese ekstremal bir şey yada Avtomobil yarışçıları
Wizard

1. ağsaçlı qadınlar            2. Respublikaçı        3.qadınların yarışında muzika olur                                 4.sizə baxanda isə bunun səbəbkarının kim olduğu bilinir     5. buz halında    6.müştəriylə                  7. tester     8.bazar günü valideynlər içki qəbul edirlər və nəticədə bu gün hamilə qalan qadınların ushaqları xeste doğulur     9. kasıb olub     10. kişilərin özü, qadınlarda isə qulluqçular (köməkçilər) düymələyirdilər

TM-çi
Təşəkkür…
Wizard
Tester dedikdə İBM-də proqramlarda ən axmaq səhvləri tapmaq vəzifəsini öz üzərlərinə götürmüş şəxslər nəzərdə tutulur!
Arzt
Aydın oldu hər şey.Minnətdaram.Gələn oyunu sebrsizliklə gözləyirəm.
2ral
Ən maraqlı suallardan olan suyu buz kimi gətirmək məsələsinə heç kim cavab tapa bilmədi!
Ümumilikdə subyektiv fikrimə görə həm suallar,həm də yarışçılar yaxşı idi.
TM-çi
Umumiyyətlə belə bir virtual yarışı təşkil etdiyinizə görə sizə və bütün təşkilatçılara təşəkkür edirəm…
Aza
Buz sualı super idi.Heç birimiz uşaq kimi fikirləşə bilmədik(
Azero
Qalibi təbrik edirəm. Məncə, elə də texniki problem olmadı ki. Şəxsən məndə öz günahım ucbatımdan oldu.Gərək əvvəlcə bildiyim sualları yazardım.Hər şey normal və OK.
mr13

Növbəti yarışın nə vaxt olacağı barədə məlumat varmı?


Bir də komanda və ya qrup halında yarışma nə zaman olacaq?

TM-çi
Maraqlıdı...Qrup və ya komanda halında virtual oyunnecə mümkün ola bilər??? düşünüləsi sualdı…
Azero
Mr. 13, maraqlı təklifdir.
Aza
Məcə də ama o texniki cəhətdən bir az çətindir yeqin ki
mr13
əslində mənim təklifim deyil. bu bloqu yaradanların təklifidir.
2ral
Yarışın qalibi Aza elan olunur və Wizard tərəfdən yenə mükafat alır.
Yarışın aktiv iştirakçıları arasında sonradan nyəyə görəsə səsi çıxmayan Leylanı qeyd etmək istəyirəm.3-cü və ən maraqlı suallardan birinə məhz o düzgün cavab vermişdi.
Azero əvvəlcə cavabları qaydaya uyğun yazmasa da,sonra düzəltdi,amma artıq gec idi. Güclü iştirakçıdır. TM-çini xüsusi qeyd etmək istəyirəm, çox maraqlı çıxış etdi.
tünzalə_əliyeva düz saat 7-də qeydiyyatdan keçib iştirak etdi,gələn dəfə ondan uğur gözləyirik.
Aza
Urrrrra)))Çox sağ olun.Bayram günü lap yerinə düşdü.Teşkilatçılara və iştirakçılara təşəkkür edirəm
Leyla
Mən beş suala düzgün cavab verdim,amma görünür,qismət deyilmiş=)
Aza-nı təbrik edirəm. bankir-ə isə demək istəyirəm ki, gələn dəfə gecikməz yəqin ki.
TM-çi
Bir də məndə Motsart məsələsini bir az qəribə yazmışam ama düz idi vəziyyət yəni kasıb mənasında.Amma CQK oyunlarında mənim versiyam kimi yazılanda düz hesab etmirlər.Aza — nı qələbə münasibəti ilə təbrik edirəm.
Arzt
Qalibi tebrik edənlərə mən də qoşuluram.Təbriklər…
Aza
Tebriklərə görə hər birinizə təşəkkür edirəm.Belkə də komanda oyublarında hansınızla isə bir komandada olacayıq.Maraqlı olardı hər birinizlə oynamaq
Azero
Aza, təbriklər… ÇQK üzrə hansı komandada oynayırsız?
Aza

Hal hazırda hər hansısa komandada oynamıram.Daha doğrusu komandam da oynamır

Wizard
Təsadüfən 2005-2009-cu illər arası iqtisadçı klubunda(ad deyəsən belə olmalı idi) oynamamısınız?
Aza
İqtisadçıda heç vaxt olmamışam.Amma istəyən gedə bilər yaxşı klublardan biridir Azərbaycanda.
Azero
Təcrübən hiss olunur. ;-)
Wizard
Vaxt olub bu suallardan birini orada səsləndirmışəm(İER+ komandasının tərkibində).Tez tapdığınıza görə soruşdum!
Leyla
Gələndəfə gecikməzsən.