Bir neçə sual

1. Bir müdrik kişi  kağız üzərində xətt çəkir və o birinə deyir ki, bu xətti kiçiltsin.O da bunu yerinə yetirir.

sual:İkinci müdrik kişi  nə edir?

2.Bu əşyanı romalılar  gənclərə at sürməyi öyrətmək üçün kəşf etmişdilər.Siz də çox güman ki, onunla rastlaşmısınız.Ən azından məktəbdə.O nədir?

3.Əsrin əvvəllərində böyük idman -konsert kompleksi tikilmişdi.Onun tərkibində hovuz,idman zalı,kort,türk hamamı,musiqi salonları, restoranlar,barlar var idi.Lakin açılışdan bir neçə gün sonra kompleks qonaq qəbulunu dayandırdı.
sual: Bu kompleks harada yerləşirdi?


4. 40№ sap hansı mənanı daşıyır?
 

24 şərh

bahar

1.Məncə kağızı kəsərək xətti kiçildir.


2.İdman zalında istifadə olunan kazyol.


3.Yunanıstanda


4.Tikiş maşınında istifadə olunur

kastanka
2.doğru cavabdır.
digərləri düz deyil.
Yucin
1. Üstündən horizantal xət çəkir.
2. İdman zallarında istifadə etdiyimiz «eşşək» deyilən əşya.
3. Nyu-yorkda Dünya ticarət mərkəzində.
Yucin
1-ci sualda yəni əgər horizontaldırsa vertikal çəkir vertikaldısa horizontal. nəsə belə bir şey.
4-cü sualda nəsə aydın olmadı.
kastanka
1. xəttin horizontal və ya vertikal olmasının əhəmiyyəti yoxdur.Sizin cavabınızda yaxınlaşma var hardasa.Amma bir az dəqiqləşdirsəniz yaxşı olar.

4-cü sualda nə aydın deyilsə yazın.başa salım.
Yucin
1. yəni xəttin üstündən xətt çəkib onu «müsbət işarəsi» "+" edir.
kastanka
Təəssüf ki yenə səhvdir. Düzdür xətt çəkir.Amma nə cür?
Bir az da düşünün.
Yucin
onda ona paralel kiçik xətt çəkir
kastanka
Siz tamam əksini yazdız bu dəfə.

Bəli paralel lakin ondan uzun xətt çəkir.

Aynur
Bu məsələni Hindistanda yaşayan bir şah veribmişAdı deyəsən Əkbər olub. Cavabı tapan filosof isə xəttin yanında daha uzun xətt çəkməklə vizual olaraq onu kiçildib.
Bunu mənə Tural demişdi.Yəqin ki bir zaman kayzendə qoyular həmin yazılar. Suallar əladır.
kastanka
2.doğrudur. Başqa cür desək Qimnastika atı.
Təbriklər.
bankir
3-cü sualda əsrin əvvəlləri deyəndə nə hansı əsr nəzərdə tutulur? XXI yoxsa XX əsr?
kastanka
XX əsrin əvvəlləri nəzərdə tutulur.
Yucin
3-cü cavab Macarıstan. (nəsə cavab I dünya müharibəsinin başlanması ilə əlaqədardır.)
kastanka
Cavab səhvdir.
Bir ipucu verim.Bu kompleks 1910-1920 ci illər arasında tikilmişdir.
burla xatun
3. Cavab Titanik gəmisi ilə bağlı deyil?
kastanka
Təbrik edirəm.Düz tapdınız.
Beləliklə 3-cü sualın cavabı: Titanik.
kastanka
Beləliklə 3 sual tapıldı.;

4 cü sualı biraz da dəqiqləşdirim.  Sapın  40№ li olması nəyi bildirir?
Yucin
sual nəsə aydın deyil. Titanik konkret idman-konsert kompleksi deyil axi. Gəmidir. Gəmini tikirlər ya yığırlar dəqiq bilmirəm amma sual aydın deyildi.
kastanka
Bu kompleks Titanik gəmisinin içərisində inşa edilib. Sual da beləydi ki,  bu kompleks harada yerləşirdi.Məncə aydın olmayan bir şey yoxdur.
bahar
40 nömrə sap əvvəllər tikiş maşınında istifadə olunan Pambıq sapdı.
kastanka
təəssüf ki.düz deyil.
Belə görürəm ki,  4-cü sualın cavabını  tapan olmadı.Odur ki, özüm açıqlama verirəm.

40 nömrəli sapın məhz bu cür adlandırılması o deməkdir ki,  40 metr sapın çəkisi  cəmi bir qramdır.

Bax belə.
Düzgün cavab verənləri təbrik edirəm.
bahar
Sonuncu sualın qoyuluşu məni qane etmədi.
kastanka
Ok mən razı.Bəs siz necə qoyardınız sualı.Əgər bir fikriniz varsa yazın.Mənə də maraqlıdır.