"Nə, Harada, Nə vaxt" sualları - Hikmət Əliyev

1)1924-cü ilddə  «Philip Morris» kompaniyası bütün dünyaya yenilik elan elədi.İstehsala nazik qadın X-ləri buraxılmışdı. Reklamda «May kimi yumşaq»deyildiyindən X qadınları özünə gözlənildiyindən də çox cəlb etmişdi.Zino isə X-i yuxuya getmiş gözələ bənzədirdi.X-in nə olduğunu tapın.

2)Enşteyn onu Əlahəzrət Uşaq adlandırırdı.Öz qəhrəmanı haqqında belə deyirdi: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər»Onu tanımaq üçün sizə bu üç söz sizə kifəyət edər.Şlyapa, iri çəkmə və əl ağacı...onun kim olduğunu tapın.

3)Yəhudilərin nə qədər ağııllı olduğunu göstərən bir əhvalata qulaq asın:Amerika İsrailə həm iqtisadi həm də siyasi məqsədlə kömək etmək üçün onlara 2 general verə biləcəklərini bildirdilər.Yəhudilər çox düşündülər və amerikalılardan bu iki generalı almaq qərarına gəldilər.Kömək üçün deyək ki, bu generallardan birinin xidmətində duranların sayı 250 minə yaxındır, digərinin adını çəkiləndə isə Tomas Edisonu yada salmamaq mümkün deyil.Söhbətin hansı generallardan getdiyini tapın.

4)Blits:

1)Tariхi mövzuda yazılmış bu roman Orhan pamuka yazıçıya beynəlхalq miqyasda şöhrət qazandırmışdı. Əsərin çapından az sonra «Nyu-York Tayms» qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan Pamukdur".Söhbətin hansı əsərdən getdiyini tapın.

2)Keşiş dağ məbədi, həmçinin digər adıyla Qaraca məbədi kimi tanılan bu məbəd — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir.Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız bu şəxsin hakimiyyəti dövründə ziyarət edilməyə başlanmışdır.Kimin?

3)Şahmatda bu işarələrlə göstərilən əməliyyatın adını yazın:  0-0 və 0-0-0

5)ibn Sina bunun haqqında nəzəriyyə yaratmışdı. Belə ki onun fikrincə bu dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi, gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da yazır. Deyilənə görə, o buna görə xəstələrə diaqnoz da qoya bilirmiş.Nəyə görə?

24 şərh

ferid1001
2-ci Charli Chaplin olmalidi
MASON
düzgün cavabdı.Söhbət Çaplindən gedirdi,bu haqda məlumat saytdada var
təpəgöz
Blits 3. Rokirovaka deyirlər buna. Azərbaycanca adını bilmirəm.
Blits sual 5. İnsanın nəbzi.
MASON
5 blistə aid deyil, amma düzdür, söhbət nəbzdən gedir.Blitsdə 3 sual olur.Blitsin üçüncüsünü də düz tapmısan, Azərbaycan dilində «qalaqurma» deyilir buna.
sirius
blits 1)sehv etmiremse,ORHAN PAMUKUN TARİXİ MOVZUDA YAZDİGİ VE MUKAFATA LAYİQ GORULMUŞ ESERİ «QAR»ESERİDİR…
MASON
teessuf ki sehv edirsen(
safty333
1-ci sual siqaretdi?
MASON
düzgün cavabdır, təbriklər.Zino isə Zino Davidoff idi.
safty333
blits2: ya baqrat ya da david olar yeqin
MASON

Bəli söhbət Qurucu DaVİDden gedir.Beləliklə blitsin hər 3 sualının düzgün cavabı belədi:1.Bəyaz(ağ) qala    2.Qurucu David    3.Qalaqurma

bankir
3-cü sualın cavabı nədir?
Agali
3-cü sualın cavabını tapan olmayıb?
Silen_ce
3. Məncə 0-0 qalaqurma adlanırdı
Silen_ce
şahla topun yerinin dəyişdirilməsi
Agali
Blitisin 3-ü qalaqurmadı. Sual 3-ün cavabını deyirdim.
Silen_ce
yəni ki düz tapmışam? :)
Silen_ce
məndən əvvəl yazıblarmış, görməmişəm… :(
HTML
3cü sualin cavabı nədi?
Aysel218
bu sualin cavabini tapmaga calisacam
Aysel218
ne eceb bu sualin cavabini yzmiyiblar?
seyidova
1)x-qadın bedeninin razmeri?yeni 36razmer? sualaı tam anlamadım.
2) Charli Chaplin 

 
besre
blits: 1) beyaz kale
 
ctrlA
3-cü sualın cavabı televiziya və radio ola bilər. düzdü bu 250min rəqəmi uyğun gəlmir, amma hər halda
kurdamir
Bu tip sualların Davamlı olmasını istəyirəm...İndi də yerləşdirən olsa pis olmaz.