Sakura 28 mart turnirinin anonsu

Novruz bayramı və texniki çətinliklər ilə əlaqədar olaraq bir müddət Sakura onlayn-breyn rinq yarışı keçirilmədi. Müjdə vermək istəyirəm ki,sabah(28 mart) saat 18:00 yarış təzə sistem ilə başlayır.Artıq cavab vermək,şərhə cavab yazmaq,kimin tez,kiminsə gec cavab verdiyini yoxlamaq kimi şeylər olmayacaq:-)
Ayrıca bir səhifə veriləcək və hər bir qeydiyyatdan keçmiş istifadəçi suallara cavab verəcək,onun cavablarını heç kim görməyəcək.
Ola bilər ki,birinci dəfə yeni sistem ilə olduğu üçün problemlər yaransın,amma inanmıram ki,olsun.Suallar həmişəki kimi orijinal olacaq,Facebook-da Nə?Harada?Nə zaman? qrupundakı sualları oxumaya bilərsiniz:-)
Hansı səhifədə yarışın keçiriləcəyi və s. sabah elə bu topikdə elan olunacaq. Mükafat həmişəki kimi qalır.
 

15 şərh

Arzt
Çox gözəl xəbərdi.
mr13
Çoxdan gözləyirdik.
2ral
Deyildiyi kimi saat 17:55 bu topikə nəzər salınsın.Sakura-28 mart turnirinin suallarının veriləcəyi səhifənin ünvanı məhz o vaxt veriləcək. Cavab vermək üçün vaxt 18:15 qədər keçərli olacaq.
2ral
Suallar bu ünvandadır:
http://kayzen.az/page/sakura-28_mart/
səhifəyə girişdə problem olsa burada bildirin.
Leyla
Suallar çox xoşuma gəldi.mən artıq bitirdim.
papatürk
Məndən tez bitirən ola bilməz.Yaxşı ki,tarixə aid suallar çox idi.
mr13
Mən də bitirdim nəticələri gözləyək
2ral
Artıq vaxt qurtardı.
IDEAL
Cavabları nə vaxt görəcəyik?
Arzt
İndi gəlib çatdım:-((((((((
IDEAL
Ancaq təəssüf ki mənim səhifəmdə Brus li ilə əlaqəli sual yox idi əvəzində isə 8-ci sual iki dəfə yazılmışdı
Ferbara
Mən də elə gördüm.
HTML
Əsas topikdə qeyd edilib axı,səhv getdiyi üçün hamıya bir xal əlavə ediləcək.
Ferbara
Növbəti turnir nə vaxt olacaq?