BİLİRSİNİZMİ?... 15 sual.

1. Yarasalar uçma istiqamətini necə müəyyən edir?
2. İşıq və kölgənin planet üzərindəki sərhədi necə adlanır?
3. Abş-ın bayrağında neçə zolaq var?
4. Ən qədim ədəbi janr hansıdır?
5. Dünyanın ən gənc hökmdarı kim olub?
6. Ən güclü canlı hansıdır?
7. Bazar gününü ilk dəfə kim təyin edib?
8. Bakı şəhəri nə vaxtdan paytaxt elan edilib?
9. Şəki xan sarayını hansı xan tikdirib?
10. İlanlardan hansı diri bala doğur?
11. Hansı dövlətin ali məktəbi yoxdur?
12. Hansı göyərçin köçəridir?
13. Bakıda açılmış ilk muzey hansıdır?
14. Şərqdə ilk rəsədxana harada tikilib?
15. Bakı metropoliteni neçənci ildə istifadəyə verilib?

10 şərh

Westsider
1. Ultrasəslə
2. Terminator
3. 13
4. Komediya olar
5. Dalay-Lamalardan-zaddan olar))
6. Timsah olsun
7. Yuli Sezar olsun
8. Haranın paytaxtı? Xanlıq zamanı, yoxsa ADR zamanı? 1-cidirsə, Şamaxıdakı zəlzələdən sonra. 2-cidirsə, əvvəl hökumət Gəncədə idi, sonra köçdülər Bakıya
9. Yadımdan çıxıb))
10. Heç biri
11. Vatikan
12. Biri var idi, amerikan göyərçini, 19-cu əsrdə qırdılar)) Belədə isə bilmirəm 
13. Maraqlı sualdır.
14. Marağa
15. 1967
Türkəl
9. Hacı Çələbi.
Karizma
10.Mence anakonda diri bala dogur
Fianda
Cavablar: 1. Ultrasəslə
2. Terminator
3. 13 zolaq
4. Təmsil janrı
5. Xətainin oğlu Şah Təhmasib 10 yaşında hakimiyyətə gəlib.
6. Qarışqa, özündən 50 dəfə artıq yük götürə bilir.
7. İmperator Konstantin.
8. 15 sentyabr, 1918-ci ildə.
9. Hüseyn xan Müştaq.
10. Anakonda.
11. Birləşmiş Ərəb Əmirliklərinin.
12. Qumru.
13. Azərbaycan tarixi muzeyi.
14. Marağada.
15. 6 noyabr, 1967-ci ildə
KarizmaWestsider doğru cavablar vermisiz, Westsider lap bildi bilmədi hamısın yazıb,ilk baxışdan baxan diyir-halaldı,oxuyanda görür yooox :)
Rene
:)) Ən azından bəxtini sınayıb da.
Maraqlı suallar idi.
SABINA ZZ
fianda xanim,siz hec ozunuz de bir nece seyi duzgun yazmayibsiniz.meselen dunyanin en genc hokmdari 3cu sah abbasdir,3 ayliqken hakimiyyete gelkib.baki ilk defe 1192 ci ilde paytaxt olub,sirvansahlarin hokmdari 1ci axsitanin dovrunde
SABINA ZZ
dunyada mence en genc sah 3cu sah abbasdir 3 ayliqken hakimiyyete getiribler
məryam
O nece dövleti idare edib?
SABINA ZZ
tebii ki,tehmasib kimi o da dovleti idare etmeyib,yalniz sah ismail xetai 14 yasinda gelib ve dovleti de sexsen ozu idare edib.
məryam

Sağolun. İstesede idare ede bilmez.